Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İrimiqyaslı müharibə riski getdikcə artır” – Azad İsazadə


ABŞ-ın özəl kəşfiyyat şirkəti olan “Stratfor” Azərbaycanla Rusiya arasında Qarabağa dair hansısa gizli sövdələşmə ehtimalından bəhs edilən bir yazı-hesabat hazırlayıb


 Yazı müəlliflərinin birmənalı iddialarına görə, bu sövdələşmənin bir hissəsi kimi Qarabağda Rusiya sülhməramlıları yerləşdiriləcək, ətraf rayonlar Azərbaycana qaytarılacaq.

Üstəlik “Stratfor” vitse-prezidenti Bhalla bildirib ki, Azərbaycan öz ərazilərini geri qaytarmaq istəyir və Rəsmi Bakı Qarabağı qaytarmaq üçün hansı güzəştə gedəcək?

Bəs bu məsələ doğrudan da realdırsa Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün hansı risklərə gedə bilər? Sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsi nə dərəcədə realdır?

Məsələyə münasibət bildirən hərbi ekspert Azad İsazadə Hafta.az-a açıqlamasında bildirib ki, sözsüz ki, bu təşkilat dünya miqyasında olduqca samballı bir mərkəzdir:

“Bu analitik mərkəz qeyri-kökumət təşkilatıdır. Həmin araşdırma ilə mən də tanışam. Onların hazırladıqları sadəcə bir araşdırmadır. Sözsüz ki, bu təşkilat dünya miqyasında olduqca samballı bir mərkəzdir. Adətən boş yerə heç nə demir. Biz bu məlumata ən azından çox ciddi yanaşmalıyıq. Etiraf edək ki, bu söhbətlər bir neçə aydır ki, gedir. Rusiyanın Minsk qrupundan kənarda ErmənistanAzərbaycanla danışıqlar aparıb bir neçə rayonumuzun bizə qaytarılması ilk dəfə deyil ki, gündəmə gəlir. Bunun əvəzində də Rusiya Dağlıq Qarabağın ermənilər yaşıyan hissəsində sülhməramlı qoşunlarını yerləşdirmək niyyəti güdür. Birincisi, bu Minsk qrupunun çərçivəsinə zidd bir addım olacaq. İkincisi, ATƏT-in Minsk qrupunun mandatına görə, sülhməramlı qüvvələr yerləşdirilsə də həmsədr ölkələrin qüvvələri olmamalıdır. Yəni, nə rus, nə fransız, nə də amerikan qoşunları olmamalıdır. Sülməramlı qüvvələr kimi Dağlıq Qarabağa ancaq üçüncü qüvvələrin qoşunları yerləşdirilə bilər. Çox güman ki, bu növbəti planlardan biridir. Buna real plan kimi sadəcə bir neçə planın çərçivəsində baxmaq olar. Bu planın rallaşması mümkündür amma hələlik bunun işartıları görünmür”.

Azad İsazadə araşdırmada qeyd olunan “müharibəyə sürüklənmə” məsələsinə də münasibət bildirib. Hərbi ekspert vurğulayıb ki, Azərbaycan xalqı onsuz da iyirmi ildir müharibəyə sürüklənmə vəziyyətində yaşayır:

“Elə hər iki tərəfdə vəziyyət bu cürdür; atəşkəs və mövqe döyüşləri aparılır. Adətən bu sürüklənmə doğru istiqamət və bunun əksi baş verir, belə ki, vəziiyət kəskinləşəndə buraya xarici emissarlar gəlir, vəziyyət sabitləşir. Bəzən də bunun əksi baş verir. Xarici emissarların gəlişindən sonra vəziyyət gərginləşir və s. Müharibə riski daimi olaraq qalır. Sadəcə bu riskin faizindən söhbət gedə bilər. İkinci bir tərəfdən dəfələrlə müharibə yox, “imitasiya vəziyyəti” fikri səsləndirilib. Bu Ermənistan hakimiyyətinə daha vacibdir. Onlar deyəcəklər ki, biz torpaqları elə -belə qaytarmamışıq. Onlar qeyd edəcəklər ki, biz çalışdıq amma Azərbaycan Ordusu ilə bacarmadıq. Onlar yeni bir hiylə işlədərək bildirəcəklər ki, amma biz bu ordu ilə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin edə bilərik. Baxın, belə bir forma da mövcuddur. Amma reallığın nə cür olacağını proqnoz etmək olduqca çətindir. Genişmiqyaslı hərbi əməliyyatların başlanılması riski olduqca yüksəkdir. Qeyd edim ki, o məqam hələ tam olaraq gəlib çatmayıb”. (dia.az)

pia.az



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar