Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İsa Qəmbər, Arif Hacılı ola bilər, Tural yox..?!”


Başxanım Abbaslı: “Müsavatda Putin-Medvedev variantı oldu”


“Qubad İbadoğlu ilə Arif Hacılı oğlumun əleyhinə təbliğat apardılar”

Müsavatın qurultayından sonra partiya daxilində narazılıqlar başlayıb. Nəticəyə etiraz edən xeyli müsavatçı var. Əsas arqument də budur ki, saxtakarlıq yox, ədalətsizlik olub. Etirazçı tərəfdəki partiya üzvləri seçki günündən yox, seçkiyə qədər ki mühitdən narazıdır. 
Başqanlığa namizədlərdən Tural Abbaslının anası, veteran müsavatçı Başxanım Abbaslı ilə Müsavat seçkilərini dəyərləndirdik.

- Başxanım müəllimə, başqanlığa namizədin anası olaraq, seçkilərin nəticələrindən razısınız?

- Müsavatda hər zaman demokratik seçkilər keçirilib. Onu deyim ki, saxtakarlıq seçki gününə qədər olub. Məsələn, İsa Qəmbərin adından sui-istifadə edilib, qurultay nümayəndələrinə zəng edib deyiblər ki, Arif Hacılının başqan olmasına İsa bəy qərar verib. Bütün bunlar da ədalətsizlikdir. Eyni zamanda Qubad bəy də bunu təkrarladı. Turalın seçilməsinə ümidim az idi. Çünki hər iki namizədin tərəfdarları Turalı belə təbliğ edirdilər ki, o, hələ uşaqdır. Siyasi cəhətdən yetişsə də, idarəçilik bacarığında deyil. Bunlar Turalın az səs toplamasına ciddi səbəb oldu. Bundan əlavə, Tural seçkilərə çox gec başladı. Həm maddi imkansızlıq, vaxtın olmaması rayonlarda görüşlərə mane oldu. Bu bir sınaqdır. Seçki günündən narazılığım yoxdur.

“Yeni seçilən rəhbər insanlar arasında barışıq yaratmalı, intriqabaz olmamalı, hamıya eyni cür hörmət bəsləməli, haqqı olanlara haqqını verməlidir”

- Tural Abbaslı və tərəfdarlarının Müsavat Məclisinə düşməməsinə necə baxırsınız? 

-  Müsavat daim qiymət verməyi bacaran partiya olub. Amma burada böyük ədalətsizlik oldu. Tural Abbaslı, Əhəd Məmmədli, Rüfət Hacıbəyli vicdan məhbusu olublar. Necə ola bilər ki, partiyada heç bir fəaliyyəti olmayan, qurultaya 10-15 gün qalmış partiyaya gələn adamlar Məclisə düşdü, amma bunlar yox. Bilirdilər ki, Tural Məclisə düşsə, iddialı olduğuna görə, sədrliyə və İcra Aparatına iddiasını irəli sürəcək. 

- Qubad İbadoğlunun partiyanı parçalayacağı ilə bağlı fikirlər dolaşır. Buna münasibətiniz necədir?

- Qubad bəy çox hörmətim olan alim, iqtisadçıdır. Görünür onun gördüyü ədalətsizliklər olub. Partiyada parçalanma olacağına inanmıram. Çünki bu partiya heç bir qurumla müqayisə oluna bilməz. Tural seçkidən əvvəldə demişdi ki, kim seçilsə, əl-ələ verib işləyəcəm.

- Seçkidə siyahılar paylandığı və məhz bu amilə görə Arif Hacılının tərəfdarlarının Məclisə daha çox düşdüyü deyilir. Sizcə bu doğrudur?

- Təəssüf edirəm ki, bəzilərində uzaqgörənlik yoxdur. İnsanların çəkdiyi əməyə qiymət verən yoxdur. Dəstəklədikləri namizəd kimə deyirsə, ona səs verirlər. Amma belə olmamalıdır. Əslində yeni seçilən rəhbər insanlar arasında barışıq yaratmalı, intriqabaz olmamalı, hamıya eyni cür hörmət bəsləməli, haqqı olanlara haqqını verməlidir.

- Konfransa seçilən nümayəndələrə necə baxırsınız? Saxtakarlıqlar olduğu iddia edilir...

- Rayonlar var ki, kvorum olmadan nümayəndələr seçilib. Ya az, ya da həddindən artıq çox. Xüsusi göstərişlər var idi ki, kim indiki başqanın tərəfdarıdır, seçilsin, deyilsə, seçilməsin. Birdə ki, 22 ildir partiyada fəaliyyət göstərdiklərinə görə kimin-kimi dəstəkləyəcəyini yaxşı bilirdilər. Bunlar çox böyük təsir etdi. Oğlum ümid edirdi ki, yenilik olacaq. Amma heç bir yenilik olmadı. Düşünürəm ki, Müsavatda Putin-Medvedev variantı oldu. 

- 2011-ci ildə Tural Abbaslının həbsdə olması onun tərəfdarlarının konfransa seçilməyinə mane oldumu?

- Tural, Əhəd və Rüfətin həbsdə olmaları, partiyada sönüklüyün olması, Gənclər Təşkilatında sədr əvəzi olan şəxsin zəif olması özünü göstərdi. Bəzi partiya funksionerləri Mustafa Hacıbəylinin yanında canfəşanlıq edərək, adamlarını seçdirdilər. Çünki üzv olduğum Səbayel təşkilatında belə müdaxilə cəhdi olmuşdu. Biz ona yol vermədik. Baxmayaraq ki, mən yol vermədim, amma yenə əksəriyyət onların dediyi adam oldu.

“Övladım debatlarda partiyanı uğurla təmsil edəndə, meydanlarda öndə olanda yetişmiş siyasətçi olur, amma başqanlıq iddiasına düşəndə qapıları üzünə bağlayırlar” 

- Tural Abbaslıya verilən 20 səsə ana olaraq münasibətiniz?

- Təbii ki, bu qədər səs gözləmirdim. Çünki Turalın 14 illik fəaliyyəti, mübarizəsi, əqidəsi 20 səs almağa adekvat deyildi. Sadəcə olaraq yuxarıda qeyd etdiyim kimi, iki namizədin eyni fikirlə oğluma qarşı təbliğat aparmaları buna səbəb oldu. Amma bilməlidirlər ki, İsa bəy oğlum yaşında olanda Milli Məclisin sədri və iki ay prezident səlahiyyətlərini icra edib. Arif Hacılı 28 yaşında deputat seçilib, 30 yaşında dövlət müşaviri olub. Onlar ola bilərdilər, amma 14 illik siyasi təcrübəsi ilə Tural Abbaslı bəzi insanların düşüncəsində başqan ola bilməzdi. Necə olur ki, 4 illik siyasi təcrübələri ilə İsa bəy, Arif bəy yüksək postlarda təmsil oluna bilirlər, amma Tural yox? Bir ana, veteran müsavatçı, 3 müsavatçı övladının anası kimi bunlar mənə ağır təsir bağışladı. Bu təbliğat alçaldılmış təbliğat idi. Tural uşaq deyil. Onun çıxışları göz qabağındadır. Övladım debatlarda partiyanı uğurla təmsil edəndə, meydanlarda öndə olanda yetişmiş siyasətçi olur, amma başqanlıq iddiasına düşəndə qapılar üzünə bağlanır. Demokratik ölkələrdə Tural yaşda olanlar yüksək postlarda təmsil olunurlar. Konkret partiya rəhbərliyi Turalın başqan olmasını istəmirdi. Çünki Turalın mövqeyi, kəskin çıxışları hər kəsə aydın idi.

- Tural Abbaslının qurultaydakı nəticəsini gənclərin partiyadakı fiaskosu kimi qəbul edirsinizmi?

- Gənclərə müraciət edirəm ki, dözümlü olun. Unutmayın ki, səbirli olanlar sonda qalib gəlir. 4 il böyük zaman deyil. Daha da təkmilləşin, bir olun. Sonrakı seçkilərdə sizlərə oğlumla birlikdə qələbələr arzulayıram. İnşallah qələbə sizinlə olacaq.

- 11 oktyabr Müsavat Məclisinin boş qalan yerlərinə keçiriləcək seçkilərdən nə gözləyirsiniz?

- Düşünürəm ki, Tural və ətrafındakı gəncləri susdurmaq, sakitləşdirmək, narazı olanları neytrallaşdırmaq üçün bir neçə gəncə yer veriləcək. Bundan artıq heç nə gözləmirəm. Məclisin sədrinin kim olacağı məni çox maraqlandırır. Orada mən öz fikirlərimi hər kəsə deyəcəm. 

- Son sualım, yeni başqan Tural Abbaslıya bir vəzifə verməsə, buna necə baxacaqsınız?

- Mənim oğlum vəzifədə olsa da, olmasa da, yenə Turaldır. Vəzifə verilsə, Tural göylərə qalxmayacaq, əksinə, yükü artacaq. Sadəcə olaraq Turala vəzifə verilməsə, bunu anası olaraq yox, bir müsavatçı kimi böyük ədalətsizlik hesab edərəm. Amma heç zaman incimərəm. Qoy necə istəyirlər, elə də olsun. Öz komandası ilə istədiyi kimi işləsin.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar