Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İsa Qəmbər öz gününə ağlasın”


“İsa Qəmbər getsin, öz gününə ağlasın. Avropa Oyunlarını boykot etməklə kimə nə edəcək? Ürək bulandırmaqla məşğuldurlar. Görünür, bu tapşırığı da kimlərdənsə alıblar”.


PİA.AZ bildirir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az -a açıqlamasında deyib. O, Müsavat Partiyasının gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməklə bağlı çağırışına münasibət bildirib: “Olimpiya oyunları o ölkələrdə keçirilir ki, orda ictimai-siyasi vəziyyət stabil olsun, abadlıq-quruculuq işi aparılsın və Avropa standartlarına cavab verilsin. Əgər nəzərə alsaq ki, Avropa Olimpiya Oyunları tarixdə ilk dəfə keçiriləcək, deməli, hər bir azərbaycanlı, damarında Azərbaycan qanı axan hər kəs bunu alqışlayıb dəstəkləməlidir. Çünki bu həm də Azərbaycanın tarixə düşməsi deməkdir.
 
Onlar erməni mənbələrindən maliyyə dəstəyi alırlar. Biz belə halların “Avroviziya” zamanı da şahidi olduq. Təsəvvür edin ki, dünyanın 50-dən çox ölkəsində Azərbaycan həqiqətləri deyilir, təbliğ olunur, hətta Ermənistanda etiraf edilir, amma Müsavat və AXCP, onların ətrafındakılar buna qarşı çıxırlar. Bunlar o adamlar idi ki, köynəklərinə yazılar yazıb, şəkillər çəkib küçəyə çıxırdılar, “Avroviziya” iştirakçılarından Azərbaycana gəlməməyi tələb edirdilər. Öz xalqını, dövlətini istəməyənlərdən nə desən, gözləmək olar”.
 
S. Novruzov qeyd edib ki, Müsavat Olimpiya Oyunlarının Bakıda keçirilməsinə heç bir maneə törədə bilməz: “Sadəcə olaraq, ermənilər, Avropa Şurasında, ABŞ-da Azərbaycanı istəməyən deputatlar, konqresmenlər bundan istifadə edəcəklər. Müxalifət ümummilli məsələlərdə belə, öz şəxsi mənafeləri uğrunda mübarizə aparır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar