Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İsa bəyin yenidən başqan olması siyasi oyunbazlıq olar”


“Siyasi oyunbazlıq deyil ki, İsa Qəmbər yenidən başqanlığa qayıtsın”


Müsavatın yeni başqanı Arif Hacılının legitimliyinə qarşı çıxan Səxavət Əlisoy deyib.

Onun sözlərinə görə, bəzi müsavatçılardan belə təklif gəlib: “Amma nizamnamə var və nizamnamə iki dəfədən artıq seçilməyə imkan vermir. İsa bəyin yenidən başqan olması siyasi oyunbazlıq olar”.

S. Əlisoy Arif Hacılının barışıq müraciətinin nə ilə nəticələnəcəyinə də münasibət bildirib.
 
“Ortada faktlar var. Bir dəfə demişəm, yenə deyirəm. Bu, aşirət deyil ki, küsülülər barışsın. Müsavat siyasi partiyadır və burda keçirilən seçkidə saxtakarlığın, ədalətsizliyin olması ilə bağlı faktlar var. Bu faktlara cavab verilməlidir. Ondan sonra nələrin olacağını zaman göstərəcək. Yoxsa, gəlin hər şeyi unudaq prinsipi qəbuledilməzdir. Kim istəyir barışsın, qucaqlaşsın. Amma məni düşündürən Müsavatın bir siyasi partiya olaraq mövcudluğudur. VIII qurultay Müsavat tarixinə qara ləkədir. Bunu aradan qaldırmalıyıq, əgər bu baş verəcəksə, sakitik olacaq. Əks təqdirdə, başqa şeylər də ola bilər”, - deyə o bildirib.

S. Əlisoy qeyd edib ki, dünən Arif Hacılının legitimliyinə partiya funksionerləri etiraz edirdisə, bu gün rayon təşkilatları da bu etiraza qoşulur: “Obyektivlik bərpa olunmasa, narazılıq da zaman-zaman davam edəcək. Bayramda çıxıb “gəlin barışaq” deməklə iş bitmir. Qarşıdan Yeni il, Novruz bayramları gəlir. Onda hər problemi bayramda müraciət etməklə həll etməliyik. Əgər obyektivlik olmasa, Arif Hacılının müraciətinin 5 qəpiklik faydası olmayacaq”.
 
“Adil Qeybulla ilə birgə təsis etdiyiniz SDİM gələcəkdə siyasi quruma çevrilə bilərmi?” sualına cavabında S. Əlisoy “Hər şey mümkündür” deyib. O hətta bu qurumun Müsavata alternativ olmasını da mümkün hesab edib.(publika.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar