Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İsgəndər”ləri neytrallaşdırmağın yolu tapılacaqmı?

Ötən dəfələrdə yazmışdıq ki, Rusiya bizim başıbəlalı bölgədə eyni zamanda bir neçə rolu ifa edir. Bir tərəfdən Qarabağ problemini çox ustalıqla nəzarətdə saxlayırsa, o biri tərəfdən də bölgədəki silahlanma prosesini idarə edir...


Əgər Ermənistan silah-sursat almaq üçün əlini tez-tez Rusiyanın imkanlarına və büdcəsinə uzadırsa, Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün bu silahları pulla almalı olur. Amma bir çox hallarda bunun üçün o da yenə Rusiyaya üz tutmaq məcburiyyətində qalır...

Rusiya isə bu dəfə bölgədəki “hərbi intriqa doza”sını bir qədər artıq etdi. Birdən-birə Yerevanın küçələrinə elə silah çıxardı ki, azərbaycanlılar həqiqətən də çox düşünməli oldular: Ruslar niyə belə etdi?.. Düşünürük ki, onlar bununla Azərbaycana KTMT-nın və Avrasiya İttifaqının üzvü olmağın üstünlüklərini nümayiş etdirmək istədilər... 

Amma hansı səbəbdən olursa - olsun, nə məqsəd güdürsə - güdsün, biz bu haqda düşünməyə məcburuq və ölkədəki prosesləri azacıq müşahidə etmək yetir ki, bircə detalı dərhal tutasan - insanlar, adi adamlar, siyasətçilər və ya politoloqlar bununla bağlı həqiqətən də düşünməkdə davam edirlər...

Düzdür, burada iki irad ola bilər. Bəziləri deyir ki, narahatlıq üçün əsas yoxdur, məgər görmürsünüz ki, Rusiyanın, Türkiyənin və Azərbaycanın münasibətləri gündən-günə yaxşılaşır?..

Digərləri də ərz edirlər ki, nə qədər çalışsaq belə, silahlanma yarışında biz Rusiyaya çata bilmərik... Sabah Rusiya Yerevanda ən müasir silahları, yaxud da texnikaları nümayiş etdirə bilər. Biz nə etməliyik? Durub olan-qalan ehtiyatlarımızı bu silahları almağa xərcləməliyik? Daha yaxşı olmazdımı ki, biz də Ermənistan kimi KTMT-yə və Avrasiya İttifaqına üzv olaq və bununla hər şey birdəfəlik bitsin?..

Müxtəlif yazılarda artıq bu suallara cavab verməyə çalışmışıq. Elə birincini götürək. Bu gün Türkiyə-Azərbaycan-Rusiya münasibətləri biz də etiraf edirik ki, yüksək səviyyədədir. Amma onların gərgin vaxtları da olub və yüz faizlik təminat varmı ki, münasibətlər həmişə yüksəkdə qalmaqda davam edəcək? Yox, belə təminat yoxdur, çünki dünya da, bölgə də çox dinamikdir, daim yeni reallıqlar və çağırışlar meydana çıxır. Məşhur bir multiplikasiya filmində isə deyilirdi ki, müdriklər bütün sürprizlərə hazır olmağa çalışmalıdırlar...

İkinci irada gəldikdə isə, burada ciddi bir əsas var. Elə biz də əvvəldə dedik ki, Ermənistan silahlanma problemlərini çox asan həll edib, bunu Rusiyanın hesabına həll edirlər. Bəli, biz isə pul veririk. Özü də çox böyük pullar. Amma başqa yol varmı? Bu iradın tərəfdarları çıxış yolunu KTMT-yə üzv olmaqda, Avrasiya İttifaqına qoşulmaqda görürlər. Fəqət, belə etsək, Qarabağı qaytara biləcəyikmi? 

Düşünürəm ki, yox. Qarabağ bu gün Azərbaycanı və Ermənistanı Rusiyanın orbitində saxlayan ən əsas amildir. Rusiya heç bundan imtina edərmi?..

Bəs nə etməli? Görünür, başqa yollar aramaq lazımdır... Bizə elə gəlir ki, bunu etməyə çalışırlar da. 

Ekspertlər, təhlilçilər yol da göstərirlər. Belə təkilf edilir ki, biz də anoloji silahı Pakistandan və yaxud da İsraildən alaq...

Doğrusu, Pakistanın baş  nazirinin ölkəyə səfərini də çoxu elə bu konteksdə yozdu. Təbii, birmənalı söz demək və bunu təsdiqləmək çətindir, çünki heç də hər şey birmənalı şəkildə aydın deyil. Pakistanın baş naziri bura başqa məqsədlə də gələ bilərdi. Ən azı ona görə ki, bu ölkə ilə Azərbaycan arasında xeyli vaxtdır çox yaxşı münasibətlər qurulub...
Ona görə də narahatçılıq götürülmür, çünki sual yenə də qalır: Rusiya “İsgəndər”lərinin çarəsi tapılacaqmı?..

İnsanları bir məsələ də narahat edir. Belə iradlar da səslənir ki, Baltik ölkələrinin qonşuluğunda rus hərbi hissələri azacıq yerini dəyişən kimi aləm biri-birinə dəyir, Avropa böyük hay - küy salır. Bəs indi niyə susur və bir söz demirlər?..

Cavabı budur ki, hay-küyü özümüz qaldırmalıydıq. Adını çəkdiyimiz ölkələr Rusiyanı özlərinə qarşı əsas təhlükə kimi görür, NATO-nun sammitlərində, toplantılarında daim bu məsələni qaldırırlar. Bəs bizlər nə edirik? Hamıya deyirik ki, Rusiya dostumuz və strateji müttəfiqimizdir, Rusiya ilə dostluğumuzu hamının gözünə soxmağa və elə bil bununla Qərb ölkələrinin hakimiyyətlərini şantaj etməyə çalışırıq.

Ona görə də təəccüblənmək lazım deyil. Həm də unutmayaq ki, Qərbin başqa vaxtlarda da daha çox diqqət ayırdığı Baltik ölkələri NATO üzvüdür və Avropa təhlükəsizlik arxitekturasının mühüm bir hissəsidir...

Ona görə də çarəni özümüz tapmalıyıq. Çarə deyəndə ki, əslində bir az əvvəldə bildirdiyim kimi, ekspertlər bunun yolunu göstərirlər... 

Deməli, qalır bir az düşünmək və bir də pulları saymaq. Fikirləşsək və imkanlarımızı bir az səfərbər etsək, çarə də tapılar. Bu dünyada demək olar ki, çarəsi olmayan problem yoxdur. Yəqin bunu “İsgəndər”lərə də şamil etmək olar...(musavat.com)


Yazar : Hüseynbala Səlimov

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar