Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Jurnalistlərə imtiyaz vermək çox çətindir”


Bir sıra ölkələrdə media nümayəndələrinə müxtəlif imtiyazlar verilir


Məsələn, jurnalistlər ictimai nəqliyyatdan və digər ictimai yerlərdən istifadə üçün xüsusi güzəştlərə malikdirlər. Belə güzəştlər vaxtilə Azərbaycanda da olub, söhbət keçmiş SSRİ-nin vaxtından gedir. 

Bəs, görəsən, uzun illər əvvəl tətbiq olunan bu güzəşt yenidən qaytarıla bilərmi?

PİA.AZ bildirir ki, məsələ ilə bağlı  modern.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərə imtiyazların verilməsinə dair müxtəlif fikirlər səsləndirilir.

"Bir zamanlar nəinki jurnalistlər, cəmiyyətin bəzi digər nümayəndələri də imtiyazlardan istifadə edirdilər. Ancaq o imtiyazlar sonradan ləğv olundu. Bəzi ölkələrdə belə güzəştlərin tətəbiqi jurnalistlərin çalışdığı müəssisələrin üzərinə düşür. Belə ki, jurnalistlərə metrodan və şəhərdaxili avtobuslardan istifadə etmək üçün kartlar verilir, hətta onlar avtomobillərlə təmin olunur. Belə güzəştlər dövlətin hesabına deyil, çalışdıqları redaksiyaların hesabına həyata keçirilir".

Deputatın sözlərinə görə, hazırkı şəraitdə Azərbaycanda o qədər jurnalist var ki, onlar üçün güzəştlər tətbiq etmək çox çətindir, hətta mürəkkəbdir.

"Bu məsələni hansısa qurumun hesabına təşkil etmək mümkün olar. Ancaq bunun üçün həmin qurumlarla müzakirə aparmaq lazımdır. Belə qurumlara misal olaraq Həmkarlar İttifaqı Konfederasiyasını göstərmək olar. Təşkilatların özlərində də həmkarlar ittifaqları olur. Təşkilatlar Həmkarlar İttifaqından yığılan pullar hesabına bu məsələləri həyata keçirə bilər. Bu məsələni indiki şərait üçün müzakirə etmək lazımdır. Bu gün Azərbaycanda jurnalistlərin sayı kifayət qədər çoxdur. Hər gün yeni bir xəbər portalı yaradılır. Ona görə də məsələnin həlli üçün müəyyən mexanizm lazımdır. Hələ ki Azərbaycanda bu mexanizm yoxdur".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar