Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kadırov özünü Putinin əsgəri hesab edir”


“Lavrovun Rusiya maraqlarının qorunması üçün əlindən gələni edəcək kimi təhdid mesajından aydınca sezilir ki, Qərb Rusiyanı öz sanksiyaları ilə çökdürməyə davam edərsə, Moskva da nüvə silahına əl ata bilər”


Bunu Axar.az-a açıqlamasındaAzərbaycanın Xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Moskvanın Qərbin sanksiyalarına qarşılıq olaraq yağdırdığı təhdidləri şərh edərkən deyib.
 
Onun sözlərinə görə, Qərb Rusiyanın vəziyyətinin kritik olduğunu çox yaxşı bilir:
 
“Buna görə də Qərb addım-addım NATO-nun Rusiya ətrafında güclərini artırır, təşkilata üzv ölkələri gücləndirir. Buraya Baltikyanı və Şərqi Avropa ölkələri daxildir. Rusiyanın Qərbin sanksiyalarına cavab olaraq təhdidlərində növbəti dəfə güc tətbiq etməsi və hansısa təxribata əl atması qeyri-mümkündür. Xüsusən də Qafqazda. Çünki Moskva çox yaxşı başa düşür ki, belə bir addım onu xilas etməyəcək. Eyni zamanda Rusiyanın resurs ehtiyatının qarşılanmasında Qafqazın rolu böyükdür. Bu baxımdan da Rusiyanın hansısa təhdid xarakterli mesajı elə təhdid olaraq da qalacaq.  

Lavrovun Rusiya maraqlarının qorunması üçün əlindən gələni edəcək kimi təhdid mesajından aydınca sezilir ki, Qərb Rusiyanı öz sanksiyaları ilə çökdürməyə davam edərsə, Moskva da nüvə silahına əl ata bilər. Ancaq Qərb bütün bunları ilk gündən nəzərdə tutub və Rusiyanın təhlükəli nüvə dövləti olduğunu da çox gözəl bilir. Rusiyanın Qərbin Ukraynanın işğalını tanıması arzusu ürəyində qalacaq. Qərb isə bununla heç vaxt barışmayacaq. Əvvəla, Ukrayna bununla heç vaxt barışmayacaq. 

Bu, ona görə mümkün deyil ki, bir milyonluq çeçenlə bacara bilməyən Rusiya indi onlara tam müstəqillik verib və əvəzində də Kadırov özünü Putinin əsgəri hesab edir. Əgər vaxtilə Kadırova verilən ixtiyar Cövhər Dudayeva verilsəydi, heç bir müharibəyə ehtiyac qalmazdı. İndi Çeçenistanla bacarmayan Rusiya 50 milyonluq Ukrayna ilə necə bacaracaq? Ukraynanın arxasında Qərb çox möhkəm dayanıb. Əgər lazım gələrsə, Qərb Kiyevi ən müasir silahlarla da təmin edə bilər”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar