Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kapital Bank“dan basqın açıqlaması


"Kapital Bank" Abşeron filialının keçmiş binasına basqınla əlaqədar rəsmi açıqlama yayıb


Bankdan verilən məlumatda deyilir: “İyulun 3-də axşam saatlarında "Kapital Bank"ın Abşeron filialının Xırdalan şəhəri, Qalibiyyə küçəsi, 27-ci məhəllə ünvanında yerləşən keçmiş binasına basqın olub. Basqın edən şəxs filial bağlandığı ərəfədə oğurluq etmək məqsədilə banka daxil olub, lakin filialda gecə növbəsində keşik çəkən mülki mühafizəçi Hamlet Şıxəliyevin müqavimətinə rast gələrək onunla bir müddət əlbəyaxa olduqdan sonra niyyətinə çatmadan hadisə yerindən qaçmağa cəhd göstərib. "Kapital Bank"ın təhlükəsizlik xidmətinin və Abşeron rayon Mühafizə Polisi İdarəsinin əməkdaşlarının birgə uğurlu səyi nəticəsində basqın edən şəxs dərhal tutulub. İlkin araşdırma zamanı məlum olub ki, cinayətkar "Kapital Bank"da sürücü-inkassator vəzifəsində bir müddət çalışmış Hikmət Əliyevdir".

Bank məlumat üçün bildirir ki, bir neçə gün öncə "Kapital Bank"ın Abşeron filialı yeni təmirdən çıxmış binaya köçürüldüyü üçün basqın zamanı binada hər hansı maddi vəsait və qiymətli əşya olmayıb: "Basqın zamanı filialı mühafizə edən H.Şixəliyev yüngül yaralanıb, ona hadisə olduqdan dərhal sonra təcili yardım göstərilib və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti normaldır. "Kapital Bank" vəzifəsini layiqincə yerinə yetirən Abşeron rayon Mühafizə Polisi İdarəsi və bankın təhlükəsizlik xidmətinin əməkdaşlarına dərin təşəkkürünü bildirir, eyni zamanda, H.Şıxəliyevin müalicəsi ilə əlaqədar bütün xərcləri öz üzərinə götürür".

Qeyd olunur ki, dünən baş vermiş hadisə lokal xarakter daşıdığı üçün "Kapital Bank"ın fəaliyyətinə təsir göstərməyib: "Bankın bütün filialları, o cümlədən yeni istifadəyə verilmiş Abşeron filialı bu gün normal rejimdə müştərilərə xidmət göstərməkdə davam edir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar