Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kəlbəcər girovlarının işi ilə bağlı rəy hazırlanır”


"Azərbaycanın girov düşmüş iki vətəndaşı Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə hər hansı bir yeni informasiya almamışıq"


"Onlarla bağlı ermənilər tərəfindən açılmış cinayət işinə qarşı rəy hazılayırıq". 

PİA.AZ bildirir ki, bunu Modern.az- a açıqlamasında Kəlbəcər girovlarının hüquqlarını müdafiə edən jurnalist Elxan Salahov deyib. 

“Hüquqi əsasları olmayan cinayət işi barədə hazıladığımız rəyi geniş ictimaiyyətə, beynəlxalq təşkilatlara, Qızıl Xaç Komitəsinə ünvanlayacağıq”.

Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova da Modern.az-a açıqlamasında Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev, həmçinin öldürülərək Dağlıq Qarabağda dəfn olunan Həsən Həsənovun meyitinin qaytarılması ilə bağlı hər hansı yeni informasiya olmadığını söyləyib.

Qeyd edək ki, adı çəkilən şəxslər işğal olunmuş Kəlbəcər rayonunda ermənilərə girov düşüb. Onlardan Həsən Həsənov ölüdürülərək Dağlıq Qarabağda dəfn olunub. Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı isə cinayət işi açılıb. Ermənilər hər iki azərbaycanlının diversant olduğunu iddia edirlər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar