Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kəsilən ayağım salamat idi, o biri məni öldürür axı...”

“Kəsilən ayağım salamat idi, o biri məni öldürür axı...” - Veteran ana


“Səhərdən özümü öldürürəm ki, bu ayağım salamat idi axı...(amputasiya edilmiş ayağını qucaqlayır) Bunu niyə kəsiblər? Bu ayağım sallanır axı, (qanqrena verən ayağını göstərir), bu ayağım məni öldürür axı...”

PİA.AZ Meydan TV-yə istinadən xəbər verir ki, bu sözləri bu gün bütün Azərbaycanda gündəm yaradan diabet xəstəsi Tərlan Məmmədova deyir. O, təsdiq edir ki, ona sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.

“Dedilər ki, sol ayağın topuqdan kəsiləcək. Özləri də sarımışdılar ayağımı. Xəstə ayağım qalıb kənarda, salamat ayağımı tutub kəsiblər”- Tərlan Əliyeva danışır.

Danışdıqca qəhərlənir, əməliyyat olunan salamat ayağını qucaqlayır sonra əlini ondan kəsib hələ də ağrıyan və əməliyyat olunmayan sol ayağına uzadır.

Xəstənin qızı Tahirə Əliyeva isə anasının qəhrəman ana olduğunu qeyd edib:

“Həkim dedi ki, o biri ayağında (sağ ayaq) heç nə yoxdur. Biz dedik ki, bəlkə bu ayağında da nəsə var ( sağ ayağın göstərir) dedi heç nəyi yoxdur, budur. ( sol ayağın göstərir) Həkim bu sözü özü deyib. Hələ biz fikirləşdik ki, bu biri ayağına da keçər götürüb apararıq. Həkim baxdı, dedi yox, bu, (sağ ayağın göstərir) salamat ayaqdır. Dedi, bu ayağını da (sol ayaq) kəsəcəm ana, lap da yaxşı olacaq. Biz də dedik, daha ağrıya dözmür”.

Onlar cərrah həkim Valeh Kərimovla tibbi xidmət müqaviləsi də bağlayıblar. Amma əməliyyatdan sonra həkimi görən olmayıb. Xəstənin qohumları deyir ki, V.Kərimovun onlara verəcək cavabı yoxdur deyə qaçıb.

“Əməliyyatdan çıxandan sonra həkim qardaşımı çağırdı. Özü də heç yaxşı çıxmadı içəridən, mən şübhələndim. Lap birinci bacım gördü, dedi səhv ediblər. Heç mənim ağlıma gəlmirdi ki, belə bir şey ola bilər. Baxım baxan kimi dedi ki, anamın sağlam ayağı gedib. Biz heç bilmədik neyləyək”.

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Ən çox oxunanalar