Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Khazar İslands”a görə Hacı İbrahimdən 1,5 milyon vergi borcu tutuldu


“Avesta” konserni ilə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti arasında məhkəmə çəkişməsi davam edir


Ali Məhkəmə işi Bakı Apelyasiya Məhkəməsinə qaytarıb.

 “Avesta” Konserninin sahibi İbrahim Nehrəmli “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O, vergi borcunun “Khazar İslands” layihəsi ilə bağlı olduğunu deyib: “Həmin layihə çərçivəsində biz 500 hektar su altında olan torpaqların 37 hektarını doldurmuşuq. Həmin 37 hektar torpaq artıq su altından çıxıb. İstifadəli sahə olduğu üçün buna vergi vermək qanunda göstərilib. Lakin su altında olan torpaqlara vergi düşmür. Lakin Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti su altında olan torpaqlara görə də bizdən vergi tutub. Biz də onları məhkəməyə vermişik. Burada sadəcə anlaşılmazlıq olub. Məhkəmə bunu həll edəcək. Dediyim kimi, vergi qanunvericiliyinə əsasən, su altında olan torpaqlara vergi tutulmur. Biz bunu əsas götürərək nazirliyin departamentini məhkəməyə vermişik. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti bizim şirkətdən 3 il ərzində 1 milyon 500 min manat pul tutub. Biz də onlara dedik ki, bu yalan olar, burada vergi məbləği 100 min manat olmalıdır. 1,4 milyon pul isə artıq ödəmədir. Həmin pulları başqa borclarımıza yönəldəcəyik”. Xatırladaq ki, “Avesta Konserni” MMC Azərbaycan Vergilər Nazirliyinin Bakı Vergilər Departamentini məhkəməyə verib. Şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar