Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kimin-kim olduğunu çox gözəl bilirik“


Tural Abbaslı: "Aparılan təbliğat kampaniyası gənclərin partiyada ciddi rəqib olduqlarını göstərdi"


Son günlər Müsavat Partiyasının qurultay məsələsi qədər başqanlığa namizədlərin kimlər olacağı da ciddi müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə aktiv olan müxalifətçilər başqanlığa namizəd kimi Müsavat Divanının üzvü Tural Abbaslı, Müsavatın Mərkəzi  İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Partiyası Divanının üzvü Qubad İbadoğlu və Müsavat başqanının müşaviri Səxavət Əlisoyu görürlər. Namizədlər hələlik rəsmi olaraq təsdiqlənməsə də, sosial şəbəkələrdə başqanlığa namizəd olacaqlarını açıqlayan şəxslərin tərəfdarları təbliğat işlərinə başlayıblar.

 Facebook sosial şəbəkəsində Müsavat Divanının üzvü Tural Abbaslının şəklini paylaşan gənclər namizəd kimi onu dəstəklədiklərini ifadə ediblər. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin "Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var" sitatı ilə üzərində T.Abbaslıya aid "Gənclik məsuliyyəti öz üzərinə götürməyə tam hazırdır!" sözlərinin yazıldığı şəkil sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılaraq böyük marağa səbəb olub.

Müsavatçı gənclərin apardığı bu kampaniyaya münasibət bildirən Tural Abbaslı deyib ki, bunu siyasi təbliğat kampaniyası adlandırmır. Onun sözlərinə görə, hələ namizədlərin kim olacağı bilinmir və təbliğata start verilməyib: 

"Hər halda sağ olsunlar, bizi dəstəkləyən gənclərin belə bir təşəbbüsü oldu və biz də etiraz etmədik. Çox gözəl də alınıb və mən bunu normal qiymətləndirirəm. Digər namizədlərin də adlarını səsləndirirlər. Düzdür çalışırlar onların adını gizli saxlasınlar və gizli təbliğat aparsınlar. Bizlər siyasətlə məşğul oluruq və kimin kim olduğunu çox gözəl bilirik".

T. Abbaslı bildirdi ki, facebookda aparılan təbliğat kampaniyası gənclərin partiyada ciddi rəqib olduqlarını göstərdi.

Qeyd edək ki, Müsavat Partiyasında qurultayın Suraxanıdakı  Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilməsi məsələsi müzakirə olunur. Srağagün Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılı açıqlamasında bildirmişdi ki, qurultayı həmin mədəniyyət evində keçirilə bilər. Ancaq hələlik Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin bu barədə qərarı yoxdur.  

A. Hacılı demişdi ki, partiya istənilən halda qurultayını keçirməlidir. Onun sözlərinə görə, qurultayın ləngiməsi Müsavat Partiyasına ciddi ziyan vurur: “Sentyabrın 27-nə qurultayımızı təyin edərkən Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində əsas fikir bundan ibarət oldu ki, nəyin bahasına olur-olsun, qurultayı keçirməliyik. Hələlik qurultayın partiyanın qərargahında və ya Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilməsi barədə qəti fikir söyləmək tezdir. 

Biz təbii ki, daha yaxşı variantları axtarmaqda davam edəcəyik və çalışacağıq ki, partiyanın qurultayı 800-1000 nəfərin iştirak edə biləcəyi uğurlu bir zalda təşkil olunsun. Sonuncu müraciətimizə cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətindən bildirmişdilər ki, partiya hər hansı şadlıq sarayı və ya özəl müəssisə ilə razılıq əldə edə bilər. Məncə, bu məsələlər də müzakirə olunmalıdır. Biz yenə də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar