Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kişilik damarı“ və aborta sevinən qadınlar


İstər Azərbaycanda, istər müsəlman dünyasında, istərsə də Qərbdə əksər hallarda qadınların “Qadın” olduğu üçün aşağılanması, keçmiş zamanlarda olduğu kimi hələ də əksər ölkələrdə qız uşaqlarının dəyərsiz əşya kimi görülməsi, kişilərin qadınlardan “bir addım öndə” olduğunu isbat etmək istəyi qadınların dəyərini “öldürür”


Mən inanclı biriyəm. Amma həyatımızın sırf dini aspektlərdən və şərii qanunlardan ibarət olmasına tamamilə qarşıyam. Hə, onu da əvvəlcədən deyim. Feminst deyiləm. Ola bilsin ki, bəziləri məni feminstlikdə ittiham etsin, deyə söyləyirəm.

Mətləbə keçirəm. Bu gün abortların sayına baxsaq, xüsusən də qız uşaqlarının kütləvi şəkildə qətliam olunduğunu nəzərə alsaq, hələ də İslamdan öncəki cəhalətin tam ortasında olduğumuzu söyləyə bilərəm. Və hesab edirəm ki, ana bətnində qız uşaqlarını qətliam etmək, ərəb cəhaləti dönəmində yeni doğulan qız uşaqlarını diri-diri basdırmaqdan heç bir şeylə fərqlənmir. Sadəcə o dönəmdə uşağın cinsiyyətini formalaşdıran texnologiya olmadığına görə ərəblər yeni doğulan qıcığazları diri-diri basdırırdılar. Bizə çatan rəvayətə görə, bunu atalar anaların rizası olmadan edirdilər. İndi isə atalar və analar əlbir şəkildə qız uşaqlarını qətl edirlər. Heç acımadan, gülə-gülə qərar verirlər və ALLAHIN ƏVƏZİNƏ aldıqları qərarla qürurlanırlar. Bəli məhz qürurlanırlar.

Əslində hər kəs öz yükünü daşımaqla məhkumdur. Amma niyə əsasən qız uşaqları abort vasitəsi ilə öldürülür? Bu sualın cavabı yenə də həm kişilərin, həm də qadınların "kişilik damarlar"ı ilə əlaqəlidir.

Övladlar arasında qız-oğlan ayrı-seçkiliyinin mövcudluğu hər zaman bütün qövmlərdə, millətlərdə mövcud olub. Keçmişdə də olub, indi də var,  yəqin ki, gələcəkdə də olacaq. Bir yandan baxanda insanları qınamaq çətin olur. Çünki bu seçkini keçmiş nəslimiz yaradıb və insan təfəkkürü nəticəsində sonrakı nəsil bu ayrı-seçkiliyin inkişaf etməsinə şərait yaradıb. Elə "Kitabi Dədə Qorqud" dastanında da bir hissə var ki, Bayındır xanın təşkil etdirdiyi şadlıq məclisində övlad ayrı-seçkiliyinə görə  insanlara dəyər verilir. Yəqin ki, xatırlayarsınız, Bayındır xan təşkil etdiyi şadlıq məclisində ağ, qızıl və qara otaq qurdurur. Ağ çadır oğlu olan, qızıl çadır qızı olan, qara çadır övladı olmayan bəylər üçün nəzərdə tutulur. Nə oğlu, nə qızı olmayan bəylərdən biri olan Dirsə xanı qara otağa aparırlar və o haqlı olaraq sual verir, "Bayındır xan mənim hansı əksikliyimi gördü? Mənim günahım nə oldu ki, qara otağa yerləşdirdi?". Bayandır xanın istəyinin bu cür olduğunu bildiyi zaman evinə gəlir və öz xanımını danlamağa başlayır.

Düzdür, bir müddət sonra Dirsə xanın oğlu olur-olmasına, amma başlanğıcdakı ayrı-seçkiliyə meyl olması bugünkü günümüzdə də özünü göstərir. Bu cür yanlış müdaxilələr, qızı olduğuna görə insanları "kişinin oğlu olar" kimi təhqirlər və hətta qız övladı olduğuna görə qadını günahlandırıb, ailələri dağıdan üçüncü şəxslər və kənar müdaxilələr həmişə var olub.

Əgər biz aborta qarşıyıqsa, insanları qınamadan, mühakimə və təhqir etmədən mədəni şəkildə maarrifləndirməliyik. Ən əsası ölkədə sağlam uşağın abortuna şərait yaradan həkimlər cəzalandırılmalıdır. Bəzən hamilə qadında uşaq inkişafdan qalıb ölürsə, abort lazım olur. Bu kimi istisnalar xaric, aborta əl atan valideynlərin həkimlərin insafsızlığı da qız uşaqlarının ölümünə şərait yaradır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə,əsasən müsəlman ölkələrində və kasıb regionlarda qız övladlarının sayı abortla azaldılır. Mütəxəssislər düşünür ki, selektiv abortlar nəticəsində yaxın 20 ildə oğlanlarla qızlar arasındakı balans tamamilə pozula bilər. Bəlkə də artıq pozulub?! 

Bu Azərbaycanda da belədir. Qızların sayı sürətlə azalmaqdadır. Bu isə  o anlama gəlirki, biz öz soyumuzu tükədirik. Bu həmçinin homoseksualizmin inkişafına yol açan bir səbəb olur. Yaşadığımız dövrdə artıq qız-oğlan münasibətindən, evliliyindən daha çox homoseksualların münasibətləri daha çox diqqət mərkəzindədir. Belə ki, homoseksualların evliliyinə və münasibətinə ölüm cəzası verən ölkələrlə yanaşı, onların evliliyini leqallaşdıran ölkələrdə kifayət qədərdir.

Homoseksualizmin köklərini araşdıran psixoloq Ziqmund Freydin nəzəriyyəsinə görə, homoseksualizmin yaranma səbəbi ailədən gəlir. Oğlanlar ailələrində iradəsi zəif ata gördükləri zaman bu cür hallar yaşana bilir. Qadın homoseksualizmi isə  yalnız insan təfəkkürünün məhsuludur.Homoseksualizmin yayılmasına normal yanaşan insanlarla yanaşı, homoseksualların seçimlərini birmənalı tənqid (bəzən təhqir) edən, əxlaqsızlığın leqallaşmasına yaradılan şərait kimi dəyərləndirənlərdə az deyil. Lakin gerçək olan budur ki, qəbul etsək də, etməsək də homoseksuallıq öz-özünə yayılmır. Biz kimi və niyə tənqid edirik?!

İstər Azərbaycanda, istər müsəlman dünyasında, istərsə də Qərbdə əksər hallarda qadınların “Qadın” olduğu üçün aşağılanması, keçmiş zamanlarda olduğu kimi hələ də əksər ölkələrdə qız uşaqlarının dəyərsiz əşya kimi görülməsi, kişilərin qadınlardan  “bir addım öndə” olduğunu isbat etmək istəyi qadınların dəyərini “öldürür”. Elə Azərbaycanın özündə də “kişiyə hər şey olar” deviziylə yaşayan insanlar az deyil. 

İnsanlığın hələ də, bu psixoloji təsir altında yaşaması insan şüurunun   nə qədər geri qalmasının göstəricisidir. Ən dəhşətlisi isə, qadınların bu "kişilik damarı" ilə çıxış etməsidir. Açığı mən qız övladlarını sevinə-sevinə abort elətdirən və qız övladını istəməyən qadınları anlaya bilmirəm. Əgər biri onları anlaya bilirsə, xahiş edirəm, mənə də anlatsın.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...

Miçiqandakı ərəbləri cəhalətin pəncəsindən xilas etmək gərəkir…

Ən çox oxunanalar