Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kitab yazmaq dövrü keçdi, qəti siyasi addımlar atmaq lazımdır”



Bu sözləri APA-ya açıqlamasında Milliyyətçi Hərəkat Partiyası (MHP) parlament qrupu sədrinin müavini, Kayseri millət vəkili Yusuf Halaçoğlu deyib


APA-nın “9 sentyabrda Yunanıstan parlamenti “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması barədə qərar qəbul etdi. 2015-ci ilə doğru gedən yolda Türkiyənin hazırlıqları kifayət edirmi?” - sualına Türk Tarix Qurumunun keçmiş başqanı, tarixçi professor Yusuf Halaçoğlu belə cavab verib:
 
“Təəssüf ki, yunan parlamentinin 9 sentyabr qərarına hökumət çox laqeyd yanaşdı. 2015-ci ildə Türkiyəyə qarşı təzyiqlərin artacağı heç kimə sirr olmasa da, hökumət təzyiqləri aradan qaldırıb əks-hücuma keçmək üçün heç bir addım atmır. İndiyə qədər lazım olan kitabların hamısını yazdıq, külli miqdarda arxiv sənədləri “soyqırım”ın olmadığını ortaya qoydu. Bostondakı daşnak arxivlərinin açılmasına dair təklifimizə müsbət cavab ala bilmədik. Bundan sonrakı mərhələdə qəti və radikal siyasi addımlar atılmalıdır. İlk növbədə, “erməni soyqırımı”na dair qərarlar qəbul etmiş ölkələrdən millət vəkilləri Türkiyəyə dəvət edilməli və onlar ətraflı  şəkildə bilgiləndirilməlidirlər. İngilislər deyir ki, “soyqırım” olub, bəs o vaxt ingilislərin hansı işlərlə məşğul olduğunu niyə onlardan soruşan yoxdur? Tarix dərsliklərinə daxil edilmədiyi müddətcə əcnəbi ölkələrin parlamentlərinin qəbul etdiyi “soyqırım” qərarlarının heç bir əhəmiyyəti yoxdur. İkinci istiqamət isə Türklərin əcnəbi ölkələrə qarşı insan haqları məhkəmələrində  təzminat iddiaları qaldırmasıdır. Hökumətimizin dəstəyi ilə 100 minlərlə vətəndaşımız “türklər soyqırım törədib” deyən əcnəbi ölkələrə qarşı 100 avroluq təzminat iddiası qaldırsa, o ölkələr bunun altından qalxa bilərlərmi?”
 
APA-nın “Siyasət və hüquq yollarını aktivləşdirməyin lüzumunu vurğulayırsınız. AİHM-in İsveçrəni cəzalandırdığı örnəkdə bunun ən  düzgün yol olduğunu gördük. Əgər AİHM o qərarı qəbul etməsəydi, İsveçrə sizi də cəzalandıracaqdı. Bu istiqamətdəki çalışmalara dəstək verəcəksinizmi?” -  sualını Y. Halaçoğlu belə cavablandırıb:
 
“Mən də həm hökumətimizi, həm də türk xalqını o yoldan getməyə çağırıram. İnsan haqları məhkəmələrində özümüzü müdafiə edəcəyik, eyni zamanda vətəndaşlarımız insan haqları məhkəmələrinə ərizə yazıb bizi “soyqırım” yapmaqda günahlandırmaq istəyən ölkələrə qarşı maddi təzminat iddiaları qaldırmalıdır. İnsan haqları məhkəmələri tarixi sənədlər tələb edəcək, Türkiyənin “soyqırım” olmadığına dair istənilən sənədi təqdim etməsində heç bir problemi yoxdur”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar