Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Komissiya gözlənilməz hadisələrə hər zaman hazır olmalıdır”



Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının növbəti iclası keçirilib


Dövlət Komissiyasından verilən məlumata görə, komissiyanın sədri Mədət Quliyev ermənilərin tarixən Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım və işğalçılıq siyasətindən danışıb. 

O, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış humanitar problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işləmək lazım olduğunu, status-kvo dəyişmədikcə, humanitar fəlakətin tam aradan qaldırılmasının mümkünsüz olduğunu diqqətə çatdırıb. Komissiya sədri Kəlbəcər rayonu ərazisində işğalçı Ermənistanın hərbçiləri tərəfindən 2014-cü ilin iyulunda girov götürülən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qeyri-qanuni olaraq azadlıqdan məhrum edilmələrinin ciddi narahatlıq doğurduğunu söyləyib: “Bu məsələdə də qeyri-insani münasibət nümayiş etdirən Ermənistanın müharibə qurbanlarını daim siyasi təzyiq vasitəsinə çevirmək cəhdləri qəbuledilməzdir. Komissiyanın gözlənilməz hadisələrə hər zaman hazır olması vacibdir”.

Sonra komissiyanın sədri iclasın gündəliyini elan edib. Komissiyanın işçi qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı 2016-cı ilin birinci yarısında aparılan axtarış-araşdırma və siyahılarda dəqiqləşmə işləri, həmçinin aprel hadisələri ilə bağlı humanitar proseslərin təşkili və icrası sahəsində qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Dövlət Komissiyası ilə BQXK arasında imzalanmış “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante-Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişindən irəli gələn öhdəliklərlə əlaqədar, o cümlədən itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələrin toplanması işi davam etdirilib və artıq 2461 donordan nümunə götürülüb.

İşçi qrupun rəhbərinin müavini Eldar Səmədov Dövlət Komissiyasının yeni rəsmi internet səhifəsinin istifadəyə verildiyini nəzərə çatdırıb. Komissiyanın üzvü, baş prokurorun müavini-hərbi prokuror Xanlar Vəliyev ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bütün cinayətlərin istintaqının 2005-ci ilin mayından etibarən Hərbi Prokurorluğa həvalə olunduğunu xatırladıb. Hərbi Prokurorluq tərəfindən aparılan istintaq nəticəsində bu günədək onlarla Azərbaycan vətəndaşının işgəncələrə məruz qalaraq qətlə yetirildiyi barədə mühüm faktlar əldə olunub.

İclasın sonunda komissiyanın sədri M. Quliyev müharibə qurbanı kateqoriyasına aid edilən əsir-girov və itkinlər probleminin həm Azərbaycan dövlətini, həm də ictimaiyyəti narahat edən və həllini gözləyən vacib məsələlərdən olduğunu bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar