Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Koroğlu” stansiyası ətrafındakı avtobus dayanacaqları köçürüləcək


Gələn il Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar paytaxtda nəqliyyatın sıxlığının aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçiriləcək. Bununla bağlı Nəqliyyat Nazirliyində Tədbirlər Planı hazırlanır


Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.
 
Ə. Cəfərov qeyd edib ki, Olimpiya stadionuna gedən avtomobil yolunda marşrutların maneəsiz hərəkətinin təşkili məqsədilə müəyyən variantlar üzərində iş gedir. Belə ki, nəqliyyatın hərəkətinin asanlaşdırılması üçün Nizami rayonu Koroğlu metro stansiyası ərazisində yerləşən avtobus dayanacaqlarının Bakıxanov qəsəbəsi, Qara Qarayev metro stansiyası ətrafına köçürülməsi ehtimal edilən versiyalardan biridir.
 
Onun sözlərinə görə, hazırda müxtəlif sahələr üzrə Bakı şəhər İcra Hakimiyyətinin rəhbərlik etdiyi komissiyalar çalışırlar.
 
“I Avropa Oyunlarında avtobusların dislokasiya nöqtələrinin hansı ərazidə yerləşəcəyi barədə müzakirə edilir. Qeyd edilən ərazidə nəqliyyatın hərəkəti mütləq məhdudlaşdırılacaq. Bütün bunlar günün tələbatından asılı olacaq. Lakin bu gün bunu demək çətindir”, - deyə Ə. Cəfərov qeyd edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar