Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Krım Rusiya üçün tələ, iplər isə ABŞ-ın əlindədir”


Ukraynanın şərqindən hər saat xoş olmayan xəbərlər gəlməkdə davam edir. Rəsmi Kiyev antiterror əməliyyatlarının aparılması ilə bağlı qərar versə də, istənilən nəticə hələ yoxdur.


Donetsk vilayətinin bir neçə şəhərində Rusiya tərəfdarı olan silahlılar inzibati binaları əllərində saxlayır. Ukrayna hakimiyyəti Rusiyanın Ukraynanın şərqinə diversant qruplar göndərdiyini iddia edir. Məlumatlara görə, Rusiya hərbi kəşfiyyat orqanlarının bir neçə əməkdaşı da həbs edilib.
 
Bütün dünyanın daha çox düşündürən məsələ isə rəsmi Moskvanın bundan sonra necə davranacağı ilə bağlıdır. 

Publika.Az – a açıqlamasında Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri seperatçıları dəstəkləyən Rusiyanın heç də xoş olmayan proseslərlə qarşılaşacağını dilə gətirib.
 
Politoloq hesab edir ki, Rusiya yol verdiyi yanlış hərəkətinə görə, hazırda əvəz ödəyir:
 
Rusiya hazırda vəziyyətdən çıxış yolları axtarır. Krımın Rusiyaya birləşdirilməsi bir sıra səbəblərlə izah edilir. Bunlardan biri də Putin hakimiyyətinin ölkə daxilində ciddi uğursuzluğu ilə bağlıdır. Putin daxildə uğur qazana bilmədiyi üçün xaricdə uğur qazanaraq öz reytinqini yüksəltmək istəyir. Bu eyforiya rus cəmiyyətində, xüsusilə millətçilərdə var və Putinin reytinqi hazırda ən yüksəkdir. Amma bu yaxın perspektivdə belədir. Uzaq perspektivdə görünən odur ki, Rusiya informasiya, həm də ideoloji baxımdan qlobal güclərə uduzub. Rusiya dövlətinin, onun prezidentinin imici ciddi zərbə alıb. Rusiyanı etibarlı tərəfdaş kimi heç bir beynəlxalq təşkilatda tanımırlar. Rusiyanın bundan sonra hər hansı bir dünya dövlətini, beynəlxalq təşkilatları inandırması çox çətin olacaq. Rusiyanın itirdikləri Krımın fonunda qazandıqlarından qat-qat çoxdur”.
 
N.Mirinin sözlərinə görə, Rusiya vəziyyətdən xilas olmaq üçün müxtəlif vasitələrə əl atır. Ukraynaya birbaşa müdaxilə etməyə risk etmədiyini deyən politoloq bildirib ki, Moskva Ukraynanın 50 milyonluq bir bataqlıq olduğunu da anlayır:
 
“Bu elə bir bataqlıqdır ki, Rusiya buraya girsə, çıxa bilməz. Rusiya həm də anlamamış deyil ki, o ABŞ-ın qurduğu Krım tələsinə düşüb. Ola bilsin ki, yaxın perspektivdə Krım Rusiyanın uğuru sayılsın. Amma qeyd edək ki, NATO ikinci dünya müharibəsindən sonra bu qədər Rusiya sərhədlərinə yaxınlaşa bilməmişdi. Rusiyanın bütün sərhədlərində NATO ciddi şəkildə güclənir. NATO-nun gəmiləri artıq Qara dənizdədir, ABŞ, Fransa və Rumınıya hərbi gəmiləri birgə hərbi təlimlər keçirir. Şərqi Avropa ölkələrində bütün növ hərbi qüvvələr artırılır. Balkan və Skandinaviya ölkələrində NATO ciddi şəkildə güclənir. Onun sərhədlərinə yaxınlaşması və güclənməsi üçün Rusiya NATO-nun əlində güclü əsaslar verdi. Rusiya NATO-nun onu əhatəyə alması siyasəti qarşısında acizdir. Rusiya Krım işğalı ilə NATO-ya tutarlı əsaslar verdi. Rusiya Krım işğalı ilə ABŞ-ın tələsinə düşdü. Bu tələdə iplər artıq ABŞ-ın əlindədir”.
 
Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri hesab edir ki, Moskva Qərb, eyni zamanda Ukrayna ilə danışıqlar masasına oturaraq böhranın həllinə səy göstərməsə, proses Rusiyanın çöküşünə kimi davam edə bilər:
 
“Proses bir az da dərinə gedərsə, hətta Rusiyanın özünün daxilində seperatizm dalğasını məhz Qərb alovlandıra bilər. Bunun qarşısını almaq Rusiya üçün çox çətin olacaq, proses hətta Rusiyanın bir neçə hissəyə bölünməsinə qədər inkişaf edə bilər. Fikrimcə, uzaq perspektivdə bu proses Rusiyanın əleyhinə işləyəcək”.
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar