Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lans” prezidenti Azərbaycandan 4 milyon istədi


“Lans” prezidenti “Hafka”dan əlini üzüb, Azərbaycandan yapışdı: “4 milyon verin”


Fransanın “Lans” futbol klubunun prezidenti Jerve Martel azərbaycanlı ortağı, klubun majoritar səhmdarı Hafiz Məmmədovdan pul almaq ümidlərinin boşa çıxmasından sonra Azərbaycan dövlətinin yaxasından yapışıb.

 Jerve Martel klubun büdcəsinə 4 milyon avro köçürülməsi üçün Azərbaycan dövləti ilə birbaşa danışıqlar aparır. Məlumatı “Canal+” yayıb. Bildirilir ki, Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası “Lans”ın büdcəsində kifayət qədər pul olmadığını əsas gətirərək ona oyunçu transferini qadağan edib. Əgər sentyabrın 1-nə qədər zəruri vəsait tapılmasa “Lans” yni futbolçu transfer edə bilməyəcək.

Məlumata görə “Hafka” fransızlara “yaxın bir-iki həftədə pul tapacam” vədi versə də hazırda müflis durumda olan azərbaycanlı oliqarxın “Lans”a vəd etdiyi 10 milyon avronu verəcəyinə artıq inanmırlar. 



Bu səbəbdən Jerve Martel böhrandan çıxmaq üçün Azərbaycan dövləti ilə birbaşa danışıqlara girməyi qərara alıb. Bəs “Hafka”nın verə bilmədiyi pula görə Azərbaycan dövləti niyə cavabdeh olmalıdır? Azərbaycan dövləti “Lans”a pul verməyə borcludurmu?

“Canal+” bildirir ki, Jerve Martelin Azərbaycan dövlətindən pul istəmək üçün əsas kimi “Lans”ın oyunçularının üzərində “Land of Fire Azərbaycan” şüarı yazılmış köynəklər geyməsini nəzərdə tutan müqaviləni göstərir. Bu müqavilə “Hafka” “Lans”ı alandan sonra bağlanıb və şərtə görə iki il ərzində klubun oyunçuları üzərində bu şüar yazılmış köynəklər geyməlidir. 

İndi Jerve Martel hesab edir ki, “Lans” futbolçuları Azərbaycanı təbliğ etdiyinə görə Azərbaycan dövləti bu reklamın əvəzində kluba heç olmasa 4 milyon avro verə bilər. Azərbaycan tərəfinin bu istəyə reaksiyası məlum deyil. 

Təxminlərə görə J.Martel 4 milyonla bağlı danışıqları Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə aparır.
(virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar