Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lavrovun bəyanatında oyun elementləri var”



“Həm Ermənistanın bir müttəfiqi kimi, həm də Minsk Qrupunun həmsədri və digər həmsədrlər kimi dəfələrlə tamamilə boş, əsassız bəyanatlar verirlər”


Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. 

O, Azərbaycanın artıq bu cür yersiz bəyanatlardan doyduğunu bildirib:
 
“Çünki iş görməkdən çox bəyanat yaymaqla məşğuldurlar. Lavrovun İrəvanı Təhlükəsiz Kollektiv Müqaviləsi Təşkilatı çərçivəsində dəstəkləyəcəklərini bildirməsi çox absurddur. İş orasındadır ki, Azərbaycanın Ermənistana hücum etmək kimi bir fikri yoxdur. Moskva İrəvanı kimdən müdafiə etmək istəyirsə etsin, bu, onların öz işidir. İşğalçılardan fərqli olaraq Azərbaycan öz torpaqlarını azad etmək istəyir. Bunun Ermənistana heç bir aidiyyəti yoxdur. 

Çünki işğal altında saxlanılan torpaqlar Azərbaycana məxsusdur, bu, beynəlxalq strukturlar tərəfindən tanınan bir fakt və reallıqdır. Bunun müqabilində Ermənistana hansısa bir dəstək verilməsi gülüş doğurur. Axı Azərbaycan Ermənistana hücum etmir. Əksinə hücuma, işğala və soyqırıma məruz qalan bizik. Əminəm ki, Lavrov bunu çox yaxşı başa düşür və onun bəyanatında oyun elementləri var. Guya İrəvanı müdafiə edəcəklərini bildirir, ancaq elementləri açmır. 

Görünür, auditoriyaya çatdırmaq istəyirlər ki, Moskva yenidən İrəvanın arxasındadır. Onu da deyim ki, bütün bunların hamısı sadəcə bir oyundur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

“Kristal Abşeron”un tikdiyi “Qobu Park-3”də binalar əyilir... – Bəs niyə heç kim məculiyyətə cəlb edilmir?

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar