Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ləyaqətsiz, əxlaqsız ifadələr işlədən insanlara Müsavatda yer yoxdur”


Müsavat Partiyasının keçmiş MNTK üzvü Əlövsət Talışxanlı bu günlərdə müsahibələrinin birində Məclis üzvü Osman Kazımov barəsində ağır ittihamlar səsləndirib


Ə.Talışxanlı musavat.com-a demişdi ki, 1993-cü ilin yayında İsa Qəmbər həbsdə olanda Osman Kazımov Surət Hüseynovun qiyamçılarını Füzuli rayonunda təntənə ilə qarşılamağa hazırlaşırmış. 

O, partiyadaşı O.Kazımov haqda başqa ittihamlar da səsləndirmişdi. Kazımovun partiyada təmizləmə aparmaq təklifinə özünəməxsus formada reaksiya verən Talışxanlı bunları demişdi: “Səxavət Əlisoyun bu barədə yazdıqları ilə tanışam. Osman Kazımovun dilindən səslənib ki,  ”37-ci ilin Stalin repressiyaları"nın dalğası kimi, Müsavatı  təmizləmək lazımdır. Həmin Osman Kazımov eşitdiyimə görə, Surət Hüseynovun Gəncə qiyamı zamanı onu təntənə ilə qarşılayıb. Bizi partiyadan xaric etmək istəklərinə məhz 37-ci ilin repressiya dalğası kimi baxıram. Tənqidə görə, təşkilatda partiyadan çıxarmaq məsələsi yoxdur. Hazırda Osman Kazımovun bu çağırışı bir növ Xəlil Rzanın “davam edir 37, daha kəskin, daha ciddi” şerində deyilənlərə bənzəyir. Osman Kazımov da həmin sistemin yetirməsidir. Onun üçün nə nizamnamə, nə qanun var".

Osman Kazımov isə “Yeni Müsavat”a açıqlamasında barəsində səslənən ittihamlara belə cavab verib: “Əlövsət Talışxanlı tamamilə yanlış fikirlər səsləndirir. Bunun haradan qaynaqlandığını bilmirəm. Mən icra hakimiyyətində heç vaxt hüquq şöbəsinin müdiri olmamışam. Onun dedikləri böhtan xarakterlidir. Həqiqətə uyğun olmayan yalanlar danışır. Surət Hüseynov məsələsinə gəldikdə isə, bu, bir dövlət çevrilişidir. Təəssüf ki, hazırda bunun acısını yaşayırıq. 1993-cü il hadisələri ilə əlaqədar Qubadlıda o ərazidə yerləşən icra nümayəndələri və cəbhəçilərlə görüşümüz olub. Həmin görüşdə baş verən hadisə qiyam kimi qiymətləndirilib. Bu bəyanatın əsas müəlliflərindən biri mənəm. Həmin dövrdə Füzuli rayon İcra Hakimiyyətində 1-ci müavin olmuşam. Bakıya gələrək Prezident Aparatında Əliməmməd Nuriyevlə görüşərək, Füzulidəki batalyonun qiyamı yatırmağa hazır olduğunu bildirmişəm. O da Əli Kərimliyə məlumat verdi. Bildirdilər ki, Elçibəy qan tökülməsini istəmir. Əlövsət Talışxanlı bunları bilsə daha yaxşı olar. Onun dedikləri absurd iddiadır. Qaldı ki, İsa bəy həbsdə olanda guya mənim gözləmə mövqeyi tutmağıma... Sadəcə onu deyə bilərəm ki, Əlövsət bəy çox fantaziya quran insandır. Onun ən yaxın insanının müdafiəsində iştirak etmişəm. Çox təəssüf ki, təmənnasız. Buna indi təəssüflənirəm. Hər bir halda haqqımı onun qohumuna halal edirəm”.

Osman Kazımov Əlövsət Talışxanlının onun çağırışını “davam edir 37" cümləsi ilə ifadə etməsinə də aydınlıq gətirib: ”Neçə gündür belə çağırış etdiyimi axtarıram, özüm də tapa bilmirəm. Statusumda yazmışdım ki, nizamnaməni pozanlar barədə tədbirlər görülməlidir. Şəhid ailəsi haqqında elə ifadələr işlədirlər ki, insanı dəhşət bürüyür. Belələri haqqında tədbir görülməməlidir? Müsavatın adına ləkə gətirən, böhtan xarakterli kampaniya aparanlar cəzalandırılmamalıdır? Nizamnamə nə üçündür? Ellada Məmmədli deyir ki, guya mən 2005-dən Qubad bəylə kin saxlayıram. Həmin dövrdə seçicilərə müraciətim var. Onu müdafiə etmişəm. Kifayət qədər Qubad bəyin seçkisinə təsirim olub. Onlar yalan danışırlar.

Qurultaydan sonra gərginliyi artırmaq üçün siyahı ortaya atılıb. Bunlardan xəbərim belə yoxdur. Kimsə bir söz deyəndə vicdanını başının üzərində hiss etməlidir. Əlövsət Talışxanlı o adamdır ki, qurultayda hesabat verəndə heç bir saxtakarlığın olmadığını bildirib. Qubad bəy məğlub olandan sonra pozuntular üzə çıxdı? Bu sualı ona verin. O zaman onun səmimiyyətinin nə yerdə olduğunu görəcəksiniz. Müsavat qanunlarla idarə olunan partiyadır. Hər bir üzv ləyaqəti yüksək tutmalıdır. Deyirlər ki, Müsavat bitib. O zaman bitmiş partiyada nə işiniz var? Ləyaqətsiz, əxlaqsız ifadələr işlədən insanlara Müsavatda yer yoxdur. Arif bəyin adamları belə nizamnaməni pozurlarsa, cəzalandırılmalıdır. Fikir versəniz o insanların haraya müsahibə verdiklərini görərsiniz. Müsavatı bəyənməyən mətbuat orqanları və kanallar indi həvəslə partiyanı gözdən salmaq üçün hər şey edirlər. Bu insanlar da həmin KİV-nə müsahibə verirlər".

O.Kazımov Səxavət Əlisoyun onu Beriya, Arif Hacılını isə Stalinlə müqayisə etməsinə də münasibət bildirdi: “Nizamnaməyə əməl olunmasını bildirirəm, məni Beriya ilə müqayisə edirlər. Çox gülməli fikirlərdir. Bu narazılıqların nəticəsi olmayacaq. Müsavatı dağıtmaq mümkün deyil. Ola bilsin ki, 5-3 nəfər getsin. Bunların bəziləri yorulmuş insanlardır. İndiki situasiyanı bəhanə gətirərək, partiyadan gedirlər. İndiyə qədər rayon təşkilatlarından istefa ərizəsi təqdim edən olmayıb. Bilmirəm bu tənqidlər niyə məhz mənə ünvanlanır. Nə başqan müaviniyəm, nə Divan üzvü. Sadəcə bunlar Məclisə namizədliyimin hallanmasından sonra başladı. Bütün problemlər səngiyəcək. Müsavat yenə bir olacaq. Hər kəs də etdiyi hərəkətə görə vicdan əzabı çəkəcək”.

O.Kazımov Qubad İbadoğlu barədə də danışıb: “Qubad bəy deyir ki, partiyada qalıb fəaliyyətini davam etdirəcək. Amma tərəfdarları istefa verirlər. O zaman bir sual meydana çıxır. Qubad bəy, partiyada qalıb kiminlə mübarizə aparacaqsan? Seçkili orqanlarda tərəfdarın yoxdusa, iştirak etmirsənsə, mübarizən necə olacaq? Mənim üçün maraqlı olan budur. Qubad bəy daha çox tərəfdarlarının Müsavatda qalmasına can atmalıdır. Mövqelərini möhkəmləndirməlidir. Yersiz bəyanatların mənası yoxdur”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar