Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Leyla Yunus dərhal azad edilsin!“


Azərbaycan hakimiyyəti məşhur hüquq müdafiəçisi Leyla Yunusu dərhal azad etməli və ona və həyat yoldaşı Arif Yunusa qarşı siyasi motivli ittihamları ləğv etməlidir


 Bu barədə Human Rights Watch hüquq müdafiə təşkilatının bəyanatında deyilir.

“Son dörd ayda irəli sürülən ittihamların və təqiblərin konteksti göstərir ki, Leyla və Arif Yunusa qarşı ittihamlar saxtadır və onları susdurmaq məqsədi daşıyır”, deyə Human Rights Watch-un Avropa və Asiya üzrə direktor müavini Reyçel Denber bildirib.

“Hakimiyyət Azərbaycanın aparıcı hüquq müdafiəçilərinin qorxudulması kampaniyasına dərhal son qoymalı və onlara maneəsiz işləmək imkanı yaratmalıdır”, deyə o əlavə edib.
 
Azərbaycanın beynəlxalq tərəfdaşları, o cümlədən Avropa Şurası və üzv ölkələrin rəhbərləri açıq-aşkar göstərməlidirlər ki, Yunusların təqibi onların Azərbaycan hökuməti ilə münasibətlərinə birbaşa təsir edəcək.

Yunuslar Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqda ittiham edilərək, iyulun 30-da onlar saxlanılıb prokurorluğa gətirildikdən sonra bir neçə saat dindiriliblər.

Müstəntiqlər Yunusların xalq diplomatiyası üzrə layihələrdə Azərbaycan vətəndaşlarının cəlb edilməsi zamanı xarici qrantlardan istifadə ediblər. Əslində isə bu qrantlardan casusluq fəaliyyətinin ört-basdır edilməsi üçün istifadə ediblər.

6 saat dindirmədən sonra prokurorluq Leyla və Arif Yunuslara qarşı dövlətə xəyanət, fırıldaqçılıq, vergi ödənişindən yayınma və s. ittihamlarla cinayət işi açıb.

Bundan sonra məhkəmə Leyla Yunusu 3 ay müddətinə həbs edib, Arif Yunus isə ev dustaqlığına buraxılıb.

Azərbaycanda çoxdan hakimiyyəti tənqid edənlərə qarşı saxta ittihamlardan istifadə olunur. Son iki ildə hakimiyyət 40-dan çox siyasi fəala, jurnalistə, blogerə və hüquq müdafiəçisinə qarşı əsassız cinayət işi açıb, onların əksəriyyəti həbsdədir.

Mayın 15-də Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başladıqdan sonra da tənqdi səslərin boğulması davam edir, deyə Denber qeyd edib.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar