Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Leyla Yunusun səhhəti normaldır“



Ədliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsi hüquq müdafiəçisi Leyla Yunusun səhhətində yaranan ciddi problemlərlə bağlı yayılmış məlumatları təkzib edib


Leyla Yunusun səhhətində problemlərin olması ilə bağlı yayılan məlumatlar tam əsassızdır. L.Yunusun səhhəti normaldır, səhhətində hər hansı narahatçılıq yaradacaq problem yoxdur”, deyə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinin sualının cavabında bildiriblər.

Vəkil Elçin Qəmbərov Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisinin son günlər səhhətinin kəskin şəkildə pisləşdiyini bildirib.

Onun sözlərinə görə, Yunusun qara ciyərində parçalanma prosesi başlayıb, xroniki olaraq az yemə nəticəsində təzyiqi ciddi şəkildə düşür və zəifdir. Həbs edildiyi gündən etibarən L.Yunus 10 kq arıqlayıb.

“Vəkil Ramiz Məmmədov istintaq təcridxanasına Yunusun analizlərinin nəticələri haqqında məlumat verilməsi üçün rəsmi sorğu təqdim edib, lakin istintaq təcridxanasının rəhbərliyi bu sorğunu qeydiyyata almaqdan imtina edib ki, bu da birbaşa qanun pozuntusudur, Qəmbərovbildirib.

Vəkilin dediyinə görə Leyla Yunus ağır diabet xəstəsidir və bu ilin iyulunda həbs edildikdən sonra o, müvafiq şəkildə müalicə olunmur. Kamerada mənəvi və fiziki təzyiq fonunda həbsdə onun səhhəti getdikcə pisləşir.

Beynəlxalq və yerli ictimaiyyətin hüquq müdafiəçisinə lazımi köməkliyin göstərilməsi haqqında hakimiyyətə çoxsaylı müraciətlər edib.

Leyla Yunus və həyat yoldaşı Arif Ermənistanın xeyrinə casusluqda ittiham olunur ("Amerikanın səsi").


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar