Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Leyla və Arif Yunusların səhhəti ilə bağlı narahatıq”


İntiqam Əliyev və Rəsul Cəfərovun durumu isə normaldır...


Həbsdə olan hüquq müdafiəçilərindən xəbər var. Avqustun əvvəllərində saxlanılan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, həyat yoldaşı Arif Yunus, hüquq müdafiəçisi İntiqam Əliyev və İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun hazırkı durmunu öyrənmək üçün onların vəkilləri ilə əlaqə saxladıq.

Hüquq müdafiəçisi Xalid Bağırov Leyla və Arif Yunusların saxlanma şəraitinin normal olmadığını və səhhətləri ilə bağlı narahatlığını bildirdi: “Həm Leyla xanım, həm də Arif bəy mübariz əhval-ruhiyyədədirlər. Saxlanma şəraitləri normal deyil, BMT standartlarına uyğun gəlmir. Kameralar çox istidir, şəraitsizdir, balaca kameralarda çox sayda insan saxlanır. Onların səhhəti ilə bağlı narahatıq. Onlar azadlıqda olarkən sağlamlıqlarında problem var idi. İndi həbsxana şəraitində daha da pisləşə bilər. Ötən həftədən başlayaraq artıq onların yanına  yemək, sovqat buraxılır. Dərmanları göndərilir”.

X.Bağırov onu da qeyd etdi ki, həbs qəti imkan tədbirinin seçilməsi ilə Avropa Məhkəməsinə müraciət olunub. 

Hüquq müdafiəçisi İntiqam Əliyevin vəkili Anar Qasımlı isə müvəkkilinin vəziyyətinin normal olduğunu və hər hansı problem yaşamadığını bildirdi: “İntiqam müəllimlə dünən görüşdüm, işin gedişatı ilə bağlı bəzi məsələləri müzakirə etdik, qərara aldıq ki, bu həftə ev dustaqlığı ilə bağlı vəsatət verək. İntiqam müəllim dedi ki, vəsatət verilsin, ancaq özü iştirak etməyəcək. Sadəcə Avropa Məhkəməsinin perspektivi baxımından biz bu şikayətləri veririk, ancaq özü iştirak etmir, vəkilləri iştirak edəcək. Səhhəti də normaldır, hər hansı problem yoxdur”. 

İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun vəkili Fariz Namazlı onunla bağlı hər hansı problemin olmadığını, ailəsi ilə görüş üçün razılıq alındığını qeyd etdi: “Durumu yaxşıdır, sağlamlığı və saxlanma şəraiti bağlı hər hansı problem yoxdur, hər hansı istintaq hərəkəti aparılmır. Anası və qardaşı ilə görüş üçün müraciət etmişik, istintaq orqanları görüşə etiraz etməyib. Sadəcə görüş otaqlarında təmir getdiyi üçün ailəsi ilə görüş hələ ki, mümkün deyil. Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı yerli məhkəmə instansiyalarını keçmişik, hazırda Avropa Məhkəməsinə müraciət hazırlayırıq”. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar