Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Leyla və Arzu ərköyün deyildilər“ - Prezidentin qızlarının müəlliməsi


"Leylanın uşaqlıq illərində yazıdığı bir şeiri mənim heç vaxt yadımdan çıxmayıb. O, həmin şeiri Ümummilli lider Heydər Əliyevə həsr etmişdi”


Bunu Azvision.az-a açıqlamasında Prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevanın təhsil aldıqları orta məktəbin direktoru olmuş Sədaqət Məmmədova deyib.

Hazırda yaşla əlaqədar olaraq təqaüdə çıxan əməkdar müəllimə söhbət zamanı Bakıdakı 219 saylı orta məkəbin direktoru işlədiyini və bacıların da orada ibtidai təhsil aldıqlarını deyib:

- Qızlar iki il bizim məktəbdə təhsil alıblar. Onlar 3- 4-cü sinifləri bizim məktəbdə oxuyublar. İbtidai sinifdə təhsil aldıqları zaman Aygün Bayramova adlı bir müəlliməmiz onlara dərs deyib. Həmin müəllimə bizim məktəbə xüsusi dəvətlə gəlmişdi. Müəllimə həmişə bacılar haqqında yüksək fikirlər söyləyirdi.

Leyla uşaq ikən də çox gözəl şeirlər, nağıllar yazırdı. Müəllimə həmişə onun şeirlərini gətirib mənə göstərirdi. Bir dəfə o, Leylanın babasına həsr etdiyi şeirini mənə göstərmişdi. Balaca Leyla o vaxtlar da gözəl şəkillər çəkərdi. Şagirdimiz olmuş Leyla xanım hazırda hərtərəfli inkişaf etmiş şəxsiyyətdir. O, çox bacarıqlı qızdır. Bu gün də onun şeirlərini internetdən tapıb oxuyuram. Çox sevinirəm ki, Azərbaycanda belə istedadlı gənclərimiz var. Onun siyasi sahədə olan uğurlarına da çox sevinirəm. Leyla xanımın fiziki qüsurlu uşaqlara olan qayğısını da görürəm.

Leylanın uşaqlıq illərində yazıdığı bir şeiri mənim heç vaxt yadımdan çıxmayıb. Həmin şeiri rus dilində yazmışdı. Onu babası, mərhum prezidentimiz Heydər Əliyevə həsr etmişdi. Şeirdən onun babasına bir nəvə və şəxsiyyət kimi olan böyük məhəbbəti duyulurdu. Leyla uşaq olanda da başa düşürdü ki, babası əvəzolunmaz bir şəxsiyyətdir. O, babasına olan məhəbbətini yazığı misralarla çox ürəyəyatımlı bir formada təqdim etmişdi.

Sədaqət müəllimə şagirdi olmuş L. Əliyevanın məktəb illərində çəkdiyi şəkillərdən də söhbət açıb: "Müəlliməsi Leylanın çəkdiyi şəkilləri də gətirib mənə göstərirdi. O, uşaqlıq illərində də təbiətə çox bağlı idi. Gülləri, çiçəkləri, dənizi, günəşi, sahilin rəsmlərini çəkərdi. Onun təbiətlə bağlı şəkilləri çox idi. Arzu da çox istedadlı şagird idi. Onlar eyni mühitdə böyüyüblər”.

Müəllimənin sözlərinə görə, Əliyeva bacıları dərs zamanı çox sakit oturarlarmış. Qızlar məktəb illərində əlaçı şagirdlər olublar: "Qızlar balaca olanda da çox ağıllı idilər. Onlar dərslərdə özlərini çox sakit aparırdılar. Leyla və Arzu məktəb illərində həmişə yaxşı oxuyublar, əlaçı şagird olublar. Onların bütün qiymətləri 5 olurdu. Qızların imla yazılarına da baxırdım. Dəftərləri həmişə səliqə-səhmanlı olurdu. Heç vaxt qara salmırdılar. Yazı qaydalarına çox yaxşı əməl edirdilər. Valideynləri də onlara çox dəstək olurdular. Qızların anaları da çox istedadlı və özünü təsdiq etmiş bir şəxsiyyətdir. Eyni zamanda o, çox gözəl anadır. Üç uşaq dünayaya gətirib, onları böyüdüb və tərbiyə verib. Övladlara zamana uyğun tərbiyə vermək hər kəsə fəxarət gətirir. Mehriban xanım eyni zamanda gözəl həyat yoldaşıdır. Bütün çətinliklərə baxmayaraq, həmişə hörmətli Prezidentimizin yanındadır. Onlar çox mükəmməl ailəyə sahibdirlər və gözəl övladlar yetişdiriblər. İnsan üçün bundan böyük dəyər ola bilməz. Amma qızlar özləri də fitri istedada malik idilər”.

Müəllimə tez-tez bacıların valideynlərilə də görüşüb. Onlar həmişə müəllimənin rəyini öyrənib, dərslərlə maraqlanıblar.

- Leyla o vaxtlar balaca boylu, qara saçlı qız idi. Emosiyalarına sahib çıxmağı bacarırdı. Bacıların heç biri ərköyün deyildi. Onlar çox sakit və təmkinli idilər. Babaları da qızların dərslərilə maraqlardı, yazılarını, inşalarını yoxlayardı,- deyən Sədaqət müəllimə qeyd edib ki, Leyla və Arzu bacıları birinci-ikinci sinifi Moskvada təhsil alıblar: "Bacılar 3-cü sinfə keçəndə Azərbaycana gəldilər və bizim məktəbdə təhsil aldılar. Azərbaycan əlifbasını bizim məktəbdə öyrəndilər. Hər ikisinin xətti çox qəşəng idi”.

Sonda isə müəllimə keçmiş şagirdlərinə öz arzu və istəklərini ifadə edib: "Arzum budur ki, onlar tutduqları yoldan heç vaxt dönməsinlər. Onlar Azərbaycana həmişə başucalığı gətirən gənclərdir. Daim çiçəklənsinlər. Azərbaycanın gələcəyi naminə gördükləri işlərə görə onlara minnətdaram”.















pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Ən çox oxunanalar