Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lider” şirkətindən mal əti salosu fırıldağı - Foto

Paytaxt marketlərinin birində hisə verilmiş salo alan istehlakçı onun fotolarını redaksiyamıza ünvanlayıb


 Alıcı “Lider” firmasına məxsus məhsulu açarkən bərbad görüntüsünün şahidi olub.



İstehlakçı bildirib ki, vaxtaşırı salo alır və əsasən Ukrayna, Belarus mağazalarına üstünlük verir.

Ancaq bu dəfə evin yaxınlığındakı marketdə gördüyü “Lider”in salosunun tamını yoxlamağa qərar verib.

Evə gətirəndə isə salonun yeyilməz bir vəziyyətdə olduğunu görüb zibil qutusuna atmalı olub. Məhsulun üzərində isə mal əti, duz və ədviyyatlardan istifadə edildiyi yazılıb.



Amma şəkildə donuz fotosu var. Absurddur. Mal ətindən salo hazırlanırmış. Göründüyü kimi, həm müştərilər aldadılıb, həm keyfiyyətsiz məhsul istehsal olunub.

Məlumdur ki, salo bərk piydir. Salo təzə halda, duzlu, hisə verilmiş, qaynanmış, pörtülmüş və qızardılmış halda yeyilir.

Duzlu və ya hisə verilmiş – duzlu donuz salosunu adlandırmaq üçün bəzən alman sözü olan şpik sözündən istifadə edilir. Lakin əhali arasında bu məhsul sadəcə olaraq, duzlu salo və ya hisə verilmiş salo adlandırılır.

Bir sıra ənənəvi xörəklər məhz quyruq qatılmaqla bişirilir. Azərbaycan mətbəxinə məxsus piti, badımcan kababı və s. həmin sıradandır.

Donuz (salo) və qoyun (quyruq) piyindən fərqli olaraq, mal ətinin piyi və keçi ətinin piyi yemək üçün sərbəst halda istifadə olunmur. ABŞ-da mal ətinin piy tullantıları biodizel – “green diesel” istehsalında tətbiq olunur.

“Lider” firması isə biodizeldə istifadə edilən, etiketində “mal əti” yazılan, di gəl tərkibində mal əti olmayan(!!!), üzərində donuz fotosu olan məhsulu xalqa sırıyır.

Azərbaycanda leş ətdən kolbasa, dönər hazırlanması, müxtəlif ziyanlı maddələrdən sosiska və s. məhsullar istehsal olunması faktına rast gəlmişdik, amma salonun mal əti kimi sırınması yeni əsrin kuryoz fırıldağıdır.

Qeyd edək ki, bundan əvvəl “Lider”in kolbasa məhsullarının tərkibinə xərçəng xəsətliyi yaradan nitrit maddəsi qatıldığı barədə iddialar mətbuatda yayılmışdı.

Image result for “Lider” şirkəti kolbasa
Mediada gedən yazılarda deyilirdi ki, natrium nitrit NaNO2 (E250) kolbasanın saxlanma müddətini artırmaq, qızardıcı rəng vermək məqsədi daşıyır.

Bu maddə bir çox hallarda onkoloji xəstəliklərə yol açır, zəhərlənməyə, hətta ölümə gətirib çıxarır.

Xüsusilə, azyaşlı üşaqlar üçün tərkibində natrium nitrit olan qidaları qəbul etmək təhlükəlidir. NaNO2 (E250) onlarda sinir xəstəlikləri yaradır.

Mütəxəssislər bildirir ki, “E250” 100 kiloqram məhsula 7 qram qarışdırılmalıdır. Konservant normanı keçdikdə orqanizmdə konsentrasiya çoxalır, zəhərləyici təsir göstərir.

Buna baxmayaraq, şirkətin üzərinə donuz fotosu yapışdırıb, tərkibində mal əti olması yazıb salo satmasına aydınlıq gətirəcəyinə ümid edirik.(AzEuroNews.com)

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar