Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lotu Quli” azərbaycanlı “qanuni oğru”ların liderinə çevrilir

Həbsdə olan Nadir Səlifov “Kor Hüseyn”ə onun başının üstündən heç bir azərbaycanlıya “qanuni oğru” adı verilməsinin mümkün olmayacağını çatdırıb


Avqustun 18-də Rövşən Canıyevin (“Lənkəranski”) qətlinin bir ili tamam olur. MDB məkanında ən titullu “qanuni oğru”lardan hesab edilən “Lənkəranski”nin İstanbulda öldürülməsindən sonra azərbaycanlılar arasında Nadir Səlifovun (“Lotu Quli”) lider kimi önə çıxacağı gözlənilirdi.

Azərbaycanlılardan ibarət kriminal dəstələrin 1995-ci ildən həbsdə olan “Lotu Quli”nin ətrafında toplaşması haqda Rusiya mediası da tez-tez yazır. “Lotu Quli” yeni kriminal qruplaşmanın lideri və hazırda o, ən güclü “ordu”ya malik olan “qanuni oğru” kimi təqdim edilir. Məlumatlarda deyilir ki, “Quli” təkcə MoskvaMoskvaətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları deyil, vilayətlərdə, hətta ucqarlarda vaxtilə “Lənkəranski”yə aid digər obyektləri də nəzarətə almağı bacarıb. Maraqlıdır ki, Rusiya hüquq-mühafizə orqanları “Quli”nin daha da güclənməsi ilə kriminal aləmdə yeni savaşın başlayacağını iddia edirdi. Amma görünən budur ki, “Lənkəranski”nin yoxluğu ilə “Quli”yə müqavimət göstərə biləcək güc mərkəzi qalmayıb. İkinci bir tərəfdən, “Quli”də qəfil ortaya çıxmış biri deyil, “qanuni oğru”lar arasında böyük nüfuzu var. 

2013-cü ildə qətlə yetirilən Aslan Usoyan (“Ded Xasan”) klanına yaxın hesab olunan “Quli” bir çox azərbaycanlı “qanuni oğru” ilə ciddi konfliktdə idi. Amma o, bu savaşı böyük itkilər (“Quli”yə yaxın olan bir neçə azərbaycanlı “qanuni oğru” öldürülüb) hesabına olsa belə, qazanmış kimi görünür.

Rusiyanın primecrime.ru saytının məlumatına görə, çeçen “qanun oğru” Hüseyn Əhmədov (“Kor Hüseyn”) öz ad günündə İlyuxa Qaqauzski və Məmmədqulu Muxtarova “qanuni oğru” adı verməyi planlaşdırıbmış. Amma Bakıdan gələn xəbərdarlıqdan sonra bu istəyindən əl çəkib. Sayt yazır ki, “Quli” “Kor Hüseyn”ə onun başının üstündən heç bir azərbaycanlıya “qanuni oğru” adı verilməsinin mümkün olmayacağını çatdırıb.

Qeyd edək ki, hazırda həbsdə olan “Şakro Molodoy” ləqəbi ilə tanan Zaxari Kalaşov “qanuni oğru” adı verilməsinə moratorium qoyulub. Bu səbəbdən də son illər “qanuni oğru” adı almaq əvvəlki kimi rahat deyil. Məmmədqulu Muxtarovun “Sabirabadlı Hikmət” kimi tanınan, “qanuni oğru”lar sırasında ən nüfuzlardan biri, rəhmətlik Hikmət Muxtarovun qardaşı oğlu olması məsələni qəlizləşdirə bilər. Çünki “Quli” ilə Azərbaycanın ən titullu “oğrular”ı arasında problem də məhz “Lotu Hikmət”lə bağlı bir hadisədən başlamışdı. Bildirilirdi ki, indi artıq tarix olan Bayıl təcridxanasında “Quli” oğru etiketlərinə zidd olaraq “böyük qardaş”- “Sabirabadlı Hikmət”ə əl qaldırıb.

http_95.86.135.60_bpictures_picture54559.jpg (53 KB)

Sabirabadlı Hikmət”in sağlığında Moskvada 9 “oğru”nun toplaşdığı “sxodka”da “Quli”nin “oğru” adının alınması bu savaşı daha da böyüdüb. Bundan sonra kriminal aləmdə azərbaycanlılar arasında parçalanma dərinləşib, tərəflər çoxsaylı itkilər verib ki, öldürülənlər sırasında bir çox “qanuni oğru”lar (“Sabirabadlı Hikmət”, “Otar”, “Nardaranlı Mirseymur”, “Ağbaş Çingiz” və sair...) da olub.

“Kor Hüseyn”ə gəldikdə isə o, 1966-cı ildə Qroznıda anadan olub. “Qanuni oğru” adını 1985-ci ildə Stavropoldakı “Belıy Lebed” adlanan təcridxanada alıb. Sonuncu dəfə 2012-ci ildə 10 ay həbsxanada cəza çəkib. Hazırda azadlıqdadır.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar