Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lotu Quli” üçün həbsxanada təmtəraqlı ad günü


Azərbaycanın ən nüfuzlu “qanuni oğru”larından birinin həbsxanada ad günü keçirilib


PİA.AZ-ın Modern.az-a istinadən məlumatına görə, bu barədə xarici mediada məlumat verilib. 

Təntənəli mərasimin qəhrəmanı “oğru” aləmində “Quli” ləqəbi ilə tanınan Nadir Səlifovdur.

“Bu gün oğru anadan olub! – deyə mərasimdəkilərdən biri “malyava” oxuyur. "Sizi alqışlayır, həbsdəkilər! Sizi şad görməkdən məmnunuq, sizə cansağlığı arzulayırıq. Qardaşlar, bu gün bizim böyük qardaşımız – “qanuni oğru” Qulinin ad günüdür. Gəlin yığışaq və onu sağlığına bir fincan “çifir” qaldıraq, ona uzun ömür arzulayırıq, uğurlar, çox yaşa, çoxlu qələbələrin olsun! Bizə göstərilən diqqətə görə minnətdarlığımızı bildirirk. Öz növbəsində, o da bütün vicdanlı insanları salamlayır”.
 
Bütün bunlardan sonra mərasimdəki qışqırıblar: “Allah Quliyə cansağlığı versin! “Oğrulara həyat!”.

Həbsxana rəhbərliyinin bu mərasimə reaksiyası haqda məlumat verilmir.
 
Azərbaycanın ən nüfuzlu “qanuni oğru”larından sayılan Nadir Səlifov hazırda uzunmüddətli çəzasını çəkir. Hələ 1996-cı ildə, 27 yaşında Azərbaycanda adam oğurluğu, qanunusuz silah saxlama və zorakılıq ittihamları ilə həbs edilib.
İndi onun 43 yaşı var və 27 yaşında “taclandırılıb”. O, hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Qeyd edək ki, “oğru” aləmində “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov bu yaxınlarda İstanbulda qətlə yetirilən digər azərbaycanlı "qanuni oğru", "Rövşən Lənkəranski" ləqəbi ilə tanınmış Rəvşən Vanıyevlə "qanlı bıçaq" olub. "Oğru aləmi"ndə həmişə bir-birinə düşmən gözü ilə baxan bu avtoritetlərin adamları arasında bir neçə dəfə ciddi dava-dalaş baş verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar