Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lotu Quli”ni qəbul etməyən “Gəncəli Firdovsi”yə “oğru” adı verilib? - Video

Bir neçə gündür “Gəncəli Firdovsi” kimi tanınan Firdovsi Mustafayevin “qanuni oğru” kimi taclandırması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb


 Crimetime.ru- nun məlumatına görə, “whats app” proqramı ilə yayılan səsli mesajlarda Firdovsi Musatafayevin qanuni oğru adına yiyələndiyi və yaxın vaxtlarda bütün həbsxanalara “praqon” yayılacağı bildirilir.
 
Lakin saytın kriminal dairələrdən aldığı məlumata əsasən, yayılan xəbərlər yalandır və  həqiqəti əks elətdirmir.
 
Yayılan daha bir məlumatda qeyd olunur ki, “Gəncəli Firdovsi” və bir neçə azərbaycanlı kriminal avtoritetin yaxın vaxtlarda taclandırılılması gözlənilir.
 
Xatırladaq ki, bir müddət əvvəl “Gəncəli Firdovsi” ilə Şəmkir rayonundan olan “Yetim Sabir” kimi tanınan avtoritet arasında həbsxanada vəziyyətə nəzarət etmək üstündə mübahisə yarandığı haqda məlumatlar yayılmışdı. Firdovsi  “Yetim Sabir”ə hazırda Türkiyədə olduğu qeyd edilən “Lotu Quli”ni oğru kimi tanımadığını bildirmişdi.
 
Qeyd edək ki, “Gəncəli Firdovsi” ötən il Sankt- Peterburqda həbs edilərək, Azərbaycana ekstradisiya olunub. O, 2015-ci il avqustun 3-də Gəncə şəhəri Nizami küçəsində 3 şəriki ilə birlikdə kütləvi davada iştirakda günahlandırılır. Dava nəticəsində Gəncə sakini,1985-ci il təvəllüdlü Niyaməddin Zeynalov bıçaqla qətlə yetirilib, 1986-cı il təvəllüdlü Cəlal Abdullayev isə qarın nahiyəsindən bıçaq yarası alıb.
 
Hadisədən bir müddət sonra isə Firdovsi Mustafayev Rusiyaya qaçmağı bacarmışdı.
 
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə Firdovsi Mustafayev 17 il müddətinə azadlıqdan məhrum edilib.
 
Daha sonra isə Firdovsi Mustafayev Gəncədə yerləşən Penitensiar Xidmətin İstintaq Təcridxanasından Bakıda yerləşən vərəmli məhkumların saxlandığı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə gətirilib. Hazırda onun adı çəkilən yerdə saxlandığı bildirilir.(Lent.az)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar