Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“MTN bizdən 300 min istədi“


15 nəfərin öldüyü dəhşətli yanğınla bağlı şok ifadə


Bu gün Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi məhkəmə davam edib.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən "QlobalStone” MMC baş direktoru olmuş Ələkbər Əsgərov ifadə verib. O, ifadəsində faciədə ölənlərin ailələrinə baş sağlığı verib. Təqsirləndirilən şəxs bildirib ki, günahsız yerə 1 il 6 aydır ailəsindən, cəmiyyətdən təcrid olunub: "Nədə təqsirləndirildiyimin, burda olmağımın səbəbi mənə aydın deyil. Mənə ifadə vermək çox çətindir. Miryusif Mahmudovun təklifi ilə fəaliyyətə başladıq. Müəssisənin bütün ehtiyatlarının planlanması sistemini qurdum. Şirkət beynəlxalq nüfuzlu şirkətlərlə birlikdə əməkdaşlığa başlamaq üçün bizə imkan yaradırdı".
 
Təqsirləndirilən şəxs yanğın günü heç nədən xəbərin olmadığını deyib: "Yanğın baş verən zaman həmin yerə gedəndə tıxaca düşdük. Yollar bağlanmışdı. Ofisə qayıtdıq. Ofisə çatanda MTN əməkdaşları içəridəydi. Kompüterləri yığdılar. İşçilərlə danışırdılar. Sonra prokurorluq əməkdaşları ofisə gəldi. Mən onlarla birlikdə getdim. Şirkətin təhlükəsizlik xidmətinin rəis müavini Arif Əliyev otağa gəldi. Dedi ki, Xətaidə baş verən yanğından sonra rəy hazırlanır. Həmin işlərdə rəy hazırlanması keçmiş MTN-ə tapşırılmışdı. Bizdən də həmin rəyə şirkət haqqında müsbət fikir əlavə etmək üçün pul istəyirlər. Məbləğin 300 min olduğunu dedi. Miryusif Mahmudov da əsəbiləşdi. Dedi ki, verməsək nə olacaq? Miryusif Mahmudov əlavə etdi ki, bizim gördüyümüz işlər göz qabağındadır".
Digər təqsirləndirilən Uğur Bəşirov ifadə verib. O bildirib ki, 2013-cü ilin iyun ayında "Global Stone" MMC-də direktor kimi işə başlayıb: "Yanğın hadisəsi olan günün sabahı prokurorluğa çağırılıb ifadə verdim. Həmin günün axşamı məni həbs elədilər. Ondan sonra da məndən heç nə soruşmadılar. Yanan bina üçün materiallar hazırlanarkən və göndərilərkən şirkətdə işləmirdim, həmin binaya heç bir aidiyyatım olmayıb. İndi mənə məlum deyil ki, məni niyə həbs ediblər. Fikirləşirdim ki, yaxın vaxta məni azad edərlər. Sonra sanksiyaya aparıb Kürdəxanıya göndərdilər. 1 il mənə heç bir sual vermədilər. Sanki varlığımı unutmuşdular. Hərdən gəlib hansısa sənədə qol çəkdirirdilər. Hər dəfə soruşurdum ki, məni hansı səbəbə görə həbs etmisiz. Amma cavabsız qoyurdular. Vəkilim Cavid Rzazadə istintaqa da, məhkəməyə də binanın üzlənməsi tarixlərini əks etdirən fotoları təqdim edib, lakin heç biri tədqiq edilməyib".
Prosesdə fasilə elan edilib. Məhkəmən günün ikinci yarısında davam edəcək.
 
Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib. A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar