Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mehriban düşmənlər” üçün kritik anlaşma fürsəti


“Mehriban düşmənlər” üçün kritik anlaşma fürsəti – gözlər yenə Parisdə...


“Su-24” insidentindən sonra ilk dəfə dünya liderləri Fransa paytaxtında bir araya gələcəklər; AzərbaycanErmənistan prezidentlərinin də qatılacağı sammitdən sonra dünya ya qismən rahat nəfəs alacaq, ya da...

Bu gün Parisdə BMT-nin iqlim probleminə həsr olunan beynəlxalq konfrans öz işinə başlayacaq. Toplantıda 147 ölkənin dövlət və hökumət başçıları, o cümlədən ABŞ, Türkiyə, Rusiya prezidentləri iştirak edəcəklər. Gözlənildiyi kimi, Fransa paytaxtındakı 13 noyabr qanlı terror aktları ilə əlaqədar ölkənin hüquq-mühafizə orqanları indiyədək görünməmiş təhlükəsizlik tədbirləri həyata keçiriblər. 

Tədbirə ən böyük sanbal verən sözsüz ki, orada qüdrətli ölkələrin birinci şəxslər səviyyəsində təmsil olunmasıdır. İkinci önəmli özəllik ondan ibarətdir ki, Antalyadakı G20 sammitindən sonra baş tutan ilk belə yüksək səviyyəli toplantı yetərincə mürəkkəb beynəlxalq vəziyyətə təsadüf edir. 

Məsələ də ondadır ki, dünyanın əsas problemi hazırda qlobal iqlim dəyişikliyindən daha çox, qlobal və regional təhlükəsizliyə yaranan real təhlükələrlə, o sırada İŞİD terroru ilə, Türkiyə və Rusiya arasında, digər “mehriban düşmənlər” arasında münasibətlərinin kəskin şəkil alması ilə bağlıdır.   

G20 toplantısından sonra bu, ilk ciddi fürsətdir ki, dünya gücləri beynəlxalq gündəlikdəki kritik mövzulara da toxunsunlar və situasiyanı yumşaldacaq addımlara getmək üçün özlərində təpər tapsınlar. Bu xüsusda Rusiyanın Türkiyəyə qarşı təxribatlarının nəticəsində ortaya çıxmış “Su-24" insidentindən dolayı yaranan təhlükəli durumdan hamı üçün məqbul, ortaq çıxış yolunun tapılması baxımından Paris sammiti mühüm fürsət tədbiri kimi yadda qala bilər. Fəqət, qalacaqmı? 




Söhbət ən əvvəl Rusiya və onun lideri Vladimir Putinin məlum olaya münasibətdə qeyri-adekvat davranışından gedir. Əfsus ki, şimal qonşumuzun rəhbərliyi “Su-24" olayı ilə bağlı lüzumsuz isterikadan uzaqlaşmağa tələsmir, bir növ mazoxistlər kimi, Türkiyə əleyhinə ən çox özünə ziyan gətirəcək ”sanksiyalar" haqda düşünür, bu yöndə hərəkət edir, qardaş ölkənin ünvanına əsassız və sərt ittihamlar yağdırır. 

***
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə rusiyalı həmkarı ilə görüşmək istədiyini bildirib. “Hörmətli Putinlə məqbul bir nöqtədə anlaşma, iki ölkə üçün gərəksiz olan bu mövzunu qapatmaq istərdim” söyləyib Ərdoğan. “Çünki bu vəziyyət kiməsə sərf edə bilər, amma əziyyət çəkən ölkələrimiz olacaq. Münaqişə heç kimə xeyir gətirməz. Rusiya Türkiyəyə lazımdır, Türkiyə də Rusiyaya”, - deyə Ərdoğan rusiyalı həmkarını konstruktiv mövqe tutmağa çağırıb.




Doğrudan da belədir. Xüsusən də son illər bir-birinə kifayət qədər güclü iqtisadi-ticari, energetik, humanitar tellərlə, turizm sahəsində dərinləşən əlaqələrlə bağlanmış Ankara və Moskvanın bir-birinə qarşı sanksiyaları hər iki tərəfə baha başa gələcək, əsasən də iki ildir Qərbin sərt sanksiyalarından əziyyət çəkən Rusiya xalqına. 

Təəssüf ki, Türkiyə liderinin bu, pozitiv və praqmatik jestinə hələlik Kremldən olumlu cavab gəlməyib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bunu Ankaranın “Su-24" təyyarəsinin vurulmasına görə üzr istəməməsi ilə əlaqələndirib. ”Təyyarə insidentindən sonra Türkiyənin üzr istəməkdə istəksiz olduğunu görürük" - bildirib Uşakov. O, həmçinin, Putinin Parisdə beynəlxalq konfrans çərçivəsində İsrail baş naziri Benyamin Netanyahu və Almaniya kansleri Angela Merkellə görüşəcəyini bildirib.

***




Belə bir təmasın Rusiya və Türkiyə prezidentləri arasında da reallaşması “Su-24" insidenti ətrafında bir həftədir hökm sürən gərgin situasiyanı yumşalda, ən önəmlisi, bundan birinci növbədə Rusiya fayda götürərdi. Çünki məntiqlə şimal qonşumuz hərbi qarşıdurmada maraqlı deyilsə (hər halda rəsmən belə deyilir), o zaman o, yeni və böyük iqtisadi itkilərdən qaçmaq barədə düşünməli, öz xalqının iqtisadi maraqlarını göz önünə gətirib Paris fürsətindən faydalanmalıdır. 

Üstəgəl, Ərdoğan dünyanın gözü qarşısında, publik şəkildə ona əl uzadıb. Putin əgər realist və uzaqgörən siyasətçisidirsə, yenə ən əvvəl öz xalqının maraqları naminə bu əli sıxmalıdır.

Nədən ki, bu, rəsmi Ankaranın münasibətlərin qırılmamasına yönəlik çox qiymətli, xoşməramlı bir jestidir. Bəlkə elə tet-a-tet görüşdə Ərdoğan Putinə elə sözlər deyəcək ki, üzrxahlıq kimi bir şey olacaq? Bir də belə fürsət yaranmaya bilər. Top indi Rusiya tərəfdədir.
Ötə yandan, təcrübə göstərir ki, analoji situasiyalarda liderlərin 5-cə dəqiqəlik görüşü də, aradakı xoşagəlməz ab-havanı yumşalda, ilk baxışda həllolunmaz görünən problemlərin çözümünə yol aça bilir. Ancaq Paris sammiti ərəfəsi Putinin Türkiyə əleyhinə atdığı addımlar, verdiyi qərar və açıqlamalar, sərgilədiyi ritorika göstərir ki, o, Ərdoğandan məhz üzrxahlıq gözləyir. 

Bu da böyük ehtimalla, ona Türkiyəni mənən sındırıb Rusiyanı “qlobal güc” kimi dünyanın, Qərbin gözündə təsdiqləmək, eyni zamanda Ankaraya qarşı növbəti analoji hava təxribatları üçün arxayanlıq və qarantiya qazanmaq uçun lazımdır. Təbii ki, Türkiyə Putinin bu hiyləgər niyyətini anlamamış deyil...       
  
***
Heç şübhəsiz, Türkiyə-Rusiya böhranının tezliklə aradan qalxması beynəlxalq sülhə və təhlükəsizliyə töhfə olmaqla yanaşı, Azərbaycanın da mənafeyinə cavab verir. Məsələ ondadır ki, iki regional güc arasında konfrontasiyanın dərinləşməsi Bakını qəliz seçim qarşısında qoymaqla yanaşı, Dağlıq Qarabağ konfliktinin həlli üçün çatışmayan zəruri atmosferi daha da əlçatmaz edəcək. 




Yeri gəlmişkən, Parisdə AzərbaycanErmənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyanın bir araya gələ biləcəyi haqda da məlumatlar yayılıb. Doğrudur, rəsmən nə Bakı, nə də İrəvan məlumatları təsdiqləməyib. İstənilən halda, prezidentlərin budəfəki görüşündən də real nəticələr gözlənilməsə belə, “pis sülh müharibədən yaxşıdır” məntiqi üzrə növbəti təmas Qarabağa dair danışıqlarını irəli aparmaq üçün kövrək də olsa, ümid yarada bilər. 

Əlbəttə ki, bu yöndə konfliktin həllinə cəlb olunmuş böyük vasitəçi dövlətlərin - Rusiya, ABŞ və Türkiyənin qarşılıqlı münasibətlərindən, onların rəhbərlərinin siyasi iradəsindən çox şey asılıdır. Hansı ölkələrin ki, liderləri növbəti dəfə bir araya gəlmə şansı qazanacaqlar. Paris sammiti həm də bu kontekstdə çoxtərəfli fürsətlər tədbiri kimi tarixə düşə bilər, əgər təbii ki, liderlər bu fürsətləri qaçırmasa və siyasi iradə nümayiş etdirsələr.      

Əlavə edək ki, Azərbaycan prezidenti İlham Əliyevin Belarusa rəsmi səfərini başa vurduqdan sonra Parisə yollanacağı gözlənilirdi....(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar