Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məmmədyarov bu yolla Rusiyaya dedi ki, Qarabağı qaytarın... ”



“Cənab Məmmədyarov diplomatdır və o Rusiyaya birbaşa demir ki, biz heç vaxt Avrasiya İttifaqına girməyəcəyik”


“Qarabağ elə bir qarmaqdır ki, o qarmaqda həm Azərbaycan həm də Ermənistan Rusiyanın xeyrinə işləyir”

Bu sözləri politoloq Zərdüşt Əlizadə Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiyanın “Rossiya 24” telekanalına verdiyi müsahibəsində Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşula biləcəyi barədə fikrini şərh edərkən söyləyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiya telekanalına verdiyi müsahibəsində Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşula biləcəyini bildirib. Nazir bunun üçün Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi olaraq qəbul etməsini ön şərt olaraq irəli sürüb. Məmmədyarov həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin hələ öz həllini tapmamasına baxmayaraq, o, tərəflərin ümumi təmas nöqtələrini tapacağına ümid edir.

Nazirin bu bəyanatını PİA.AZ-ın əməkdaşına şərh edən politoloq Zərdüşt Əlizadə hesab edir ki, Məmmədyarovun verdiyi bəyanat müsbətdir, amma gerçəkləşməsi mümkün deyil:

“Cənab Məmmədyarovun verdiyi bəyanat müsbətdir, amma gercək deyil. Çünki faktiki olaraq Avrasiya İqtisadi Birliyi beynəlxalq təşkilatdır və Azərbaycan da bir çox beynəlxalq təşkilatların üzvüdür. Məsələn, Azərbaycan Avrop Şurasının, BMT-nın, İslam Ölkələri Komissiyasının, ATƏT-in və s. Beynəlxalq təşkilatların üzvüdür. Bu təşkilata da üzv olmaq olar, əgər Ermənistan Qarabağı qaytarsa və yaxud da Rusiya Ermənistana desə ki, Qarabağı qaytarsın, onda biz də Avrasiya İttifaqına girə bilərik. Mən sadəcə hesab edirəm ki, bu bəyanatı verən cənab Məmmədyarov diplomat kimi davranıb və o, əslində Rusiyaya birbaşa demir ki, biz heç vaxt Avrasiya İttifaqına girməyəcəyik. Məmmədyarov bu yolla dedi ki, Qarabağı qaytarın, biz də İttifaqa üzv olaq. Bu da o demək idi ki, Rusiya Ermənistana desin ki, Qarabağı qaytarsın və aydın məsələdir ki, Rusiya bunu etməyəcək. Çünki Qarabağ elə bir qarmaqdır ki, o qarmaqda həm Azərbaycan həm də Ermənistan Rusiyanın xeyrinə işləyir. Ona görə bu imtinanın mədəni formasıdır.

Cənab Məmmədyarov çox açıq şəkildə dedi ki, əgər Qarabağ qaytarılsa, Ermənistan Qarabağın işğalına son qoysa, onda biz Avrasiya İttifaqına qoşulmağa hazırıq. Onlar bu şərti yerinə yetirsinlər, biz də Avrasiya İqtisadi İttifaqına qoşulaq. Etməsələr demək ki, biz də İttifaqa  qoşulmayacağıq”.


Zərdüşt Əlizadə: “Ya Rusiya, ya Qərb deyilən bir anlayış yoxdur”


Politoloq həmçinin Azərbaycanın Rusiya ilə Qərb arasında seçim etmək kimi bir siyasətinin olmadığını vurğulayıb:

“Bizim adamlar uşaq baxçası səviyyəsində düşünürlər. Ya Rusiya ya Qərb deyiləb bir anlayış yoxdur. Qərbin Avropa İttifaqı, Amerika və Rusiya ilə geniş ticarəti və başqa sahələrdə əlaqələri var. Biz Avrasiya İqtisadi İttifaqına qoşulsaq, neftimizi, qazımızı yalnız Rusiyaya satacağıq? Rusiyanın öz nefti başından yuxarıdır. Biz neftimizi yenə Qərbə satacağıq. Yaxud da Lada, Juqili alacağıq? Yox yenə də Amerika, Yapon, Koreya maşınları alacağıq. Yəni iqtisadi münasibətlər kəsilmir. 

O ki, qaldı mədəniyyət sahəsinə, kim mane olur ki, Qərbdən də, Rusiayadan da oxuyanlar, şairlər, rəssamlar gəlirlər. Yəni bizdə hər şey baxça uşağı səviyyəsindədir. Baxçada uşaqlar deyir ki, mən Fatmayla danışmıram, sən də danışma. Mən yalnız Gülgəzlə dostluq edirəm, sən də onunla dostluq et. İndi Qazaxıstan Avrasiya İqtisadi İttifaqının üzvüdür, Qazaxıstan yalnız Rusiya ilə münasibətlər qurub? Xeyr, Qazaxıstan Çin, Avropa İttfaqı, Amerka ilə də münasibtlər saxlayır. Və yaxud da Belarusiyanı deyək. Belərusiya ucuz qiymətə Rusiyadan qaz, neft alır amma Avropa İttifaqının ölkələri ilə də, geniş iqtisadi əlaqələrə malikdir. 

Bizdə isə bu məsələni ya Rusiya, ya Qərb kimi ilə gətirirlər. “Ya”, yoxdu dünyada. Həm Rusiya, həm Avrasiya İqtisadi İttifaqı, həm Avropa İttifaqı, həm Ameika, ümumiyyətlə bütün dünyanın ölkələri ilə normal münasibətlər var və dünyagörüşümüz də, siyasətimiz də bu cür formalaşmalıdır. Burada bir faciəli bir hadisə yoxdur. 

O ki qaldı bizim seçimimizə, Avropa özü real müttəfiq deyil. Çünki Avropanın özünün xeyli qüsürları var. Avropanın Yaxın Şərqdə, Şimali Afrikada törətdikləri o böyük bəlaları, fəlakətləri yalnız korlar görməz. Amma gözü olanlar bilirlər ki, onlar Suriyanın, Yəmənin, Afrika ölkələrinin və başqalarının başına nə oyun gətiriblər. Avropa dəyərləri deyəndə qanunun aliliyi, insan hüqüqlarına hörmət nəzərdə tutulur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar