Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən çox şeyi açıqlayanda AXCP çalxalanacaq“


“Əli Kərimlinin ayaqqabısı götürülsəydi, dünyanı dağıdardı”


AXCP-nin qərargah kimi istifadə etdiyi, bir neçə ay əvvəl partlayış baş verdikdən sonra sökülən mülkün sahibi Azər Əsgərov “Yeni Müsavat”a müsahibə verib. Mülk sahibi məhkəmə çəkişməsi, vətəndaşlıqdan imtina və müdafiəsi istiqamətində gedən işlərdən danışıb. 


- Azər bəy, mülklə bağlı məsələ nə yerdədir?  

- Artıq yeddi ay geridə qalıb və heç nə dəyişməyib. İcra hakimiyyəti Fövqəladə Hallar Nazirliyinə, o da icranın üstünə göndərir. Bu işdə “köhnə hamam, köhnə tas”dır, yenilik yoxdur. Nə mənə təzminat, nə də mülk verilir. Artıq Azərbaycan prezidentinə məktub yazmışam, ölkə vətəndaşlığından imtina ilə bağlı ərizəmi qəbul etməsini xahiş etmişəm. 

Bu hökumətin idarəçiliyi altında Azərbaycanda yaşamaq mümkün deyil. Bir vətəndaş kimi mülkiyyət hüquqlarım qorunmursa, hansı ədalətdən söhbət gedə bilər? Sonuncu məhkəmə prosesi iyulun 1-də olub. Nərimanov Rayon Məhkəməsi o vaxtdan bəri növbəti prosesi təyin etməyib. Ona görə də vətəndaşlıqdan çıxıb, Almaniya səfirliyinə sığınacam. Belə ölkədə yaşamaq olmaz. 

- Bəs mətbuat, partiyalar sizin müdafiənizlə məşğul olurmu, dəstək verirmi?

- Bu yeddi ay ərzində mənə güclü dəstək verilməyib. “Azadlıq” qəzeti müsahibələrimin, mətbuat konfransında çıxışlarımın yarısını çap edir. Partiyada Gözəl Bayramlıdan başqa maraqlanan olmayıb. Bununla bağlı Həsən Kərimliyə və Gözəl Bayramlıya gileyimi çatdırdım. Ötən şənbə günü yazı qoydular, bazar günü saytdan çıxarıldı. 

Mənim nə qəzetə, nə AXCP-yə etibarım qalıb. Əli Kərimli martın 4-də çıxışında mülkün partladılmasını partiyaya qarşı dövlət terroru adlandırıb, vəssalam. Mənim onlara, müxalifətə görə mülküm əlimdən çıxıb, bu günə kimi ciddi şəkildə dəstək görməmişəm. Ondan sonra Əli Kərimli facebookda partiyanın qərargahsız qaldığını yazıb, mənə aid hissəyə toxunmayıb. Bu da müxalifət liderinin çıxışı... Belə görünür ki, ortada başqa məsələlər dönür.  

- Nə məsələlər dönür ki? 

- Mən Türkiyədə yaşamışam, siz isə jurnalistsiniz. Hansı işlər döndüyünü məndən yaxşı bilməlisiniz. AXCP bu qədər vaxtda vətəndaşa ziyan dəydiyini deməyib, elə 7 aydır dişimə vura-vura gəlirəm. Yəqin yuxarıdan göstəriş verilib. Mən çox şey öyrənmişəm və açıqlayanda AXCP çalxalanacaq, zəlzələ olacaq. Hələlik gözləyirəm. Çünki istəmirəm ki, hakimiyyət müxalifətə qalib gəlsin. Gəminin kapitanı ya hamı ilə birlikdə batar, ya da axırda sərnişinlərdən sonra göyərtəni tərk edər. Burda əksinə olub. Əli Kərimli hadisə olan günü qərargaha gəlmədi. Məndə olan məlumata görə, partiyanın Bakı şöbələrindən maşınlarla dolu adamlar gəlmək istəyib, partiya rəhbərliyi geri qaytarmağı tapşırıb. Yenə deyirəm ki, o gündən bəri mənimlə Gözəl Bayramlı maraqlanıb. 

Partiya bu işi məhkəməyə daşıyacağını söyləyib, Kəmalə Bənəniyarlı ilə mülk məsələsinin Avropa Məhkəməsinə göndəriləcəyi deyilib. Ancaq heç bir addım atılmayıb. Əli Kərimlinin ayaqqabısının bir tayı götürülsəydi, dünyanı dağıdardı. Bir hərəkətlərinə baxsın. Mən pis iş görüb onlara qərargah vermişəm? Budur yaxşılığım? Deməli, ortada başqa işlər var. Gileyimlə bağlı arabir facebook səhifəmdə atmacalar yazıram. Cəbhəçilər də deyirlər ki, yazma, belə etmə. Axı mən də insanam, mülküm dağıdılıb, kompensasiya verilməyib?! 

- Deyirsiniz ki, partiya arxanızda durmayıb, ölkədən də getmək istəyirsiniz, o halda həbs olunmaq təhlükəsi hiss edirsinizmi? 

- Hər an məni şərləyib həbs edə bilərlər. Bu vaxta qədər üç dəfə polis tərəfindən saxlanmışam. Nərimanov məhkəməsində üzümə durdular ki, mən polisi və dövləti təhqir etmişəm. Hakimdən tələb etdim ki, bunu sübut etmək üçün kamera gətirilsin, videoyazısına baxaq, görək harada kimi təhqir etmişəm. Yəni məni hər saniyə şərləyib tutmaq imkanları var. Müxalifət bu vəziyyətdədirsə, iqtidar istədiyini edəcək. Ona görə də vətəndaşlıqdan imtina edirəm, sığınacaq alıb Avropa Məhkəməsinə üz tutacağam. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar