Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən məşqçi ilə deyil, klubla müqavilə bağlamışam”



“Qəbələ”-klubunun rumıniyalı yarımmüdafiəçisi Adrian Ropatan Premyer liqamızın 17-ci turunda İnter”lə oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb


Qol.Az həmin müsahibəni təqdim edir

- Oyun haqqında fikirlərini bilmək istərdik.

- Çox gözəl və baxımlı oyun keçdi. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Qalib gəlmək üçün şanslarımız çox olsa da, bunu dəyərləndirə bilmədik. Amma bu oyundakı heç-heçə də bizim üçün yaxşı nəticədir. Əsas olan odur ki, biz bu gün “İnter”ə qarşı yaxşı mübarizə apardıq.Amma yenə də çox istərdik ki,oyundan qalib ayrılaq.

- Zədələnsən də, əvəzlənməni istəmədin...

- Bəli, zədəm çox ciddi olmadığı üçün əvəzlənmək istəmədim. Çünki, oyunda qalıb komandama kömək etmək istəyirdim. Hər top üçün meydanda mübarizə aparmaq istəyirdim. Komandam bugün çox vacib bir qarşılaşma üçün meydana çıxmışdı.

- Çempionatın ən güclü komandalarından biri ilə oynadız və hesabda irəli də keçə bildiniz. Bəs hesabı sona kimi qoruyub, qələbə qazanmağa nə mane oldu?

- “İnter” taktiki cəhətdən Premyer Liqanın ən güclü komandalarından biridir. Biz də komanda kimi əlimizdən gələni etdik ki, onlara qarşı yaxşı mübarizə aparaq və qalib gələk. Nəinki “İnter”, biz istənilən rəqiblə oyunda meydana qələbə üçün çıxırıq və yaxşı oyun sərgiləyirik. Amma bu futboldur hər şey ola bilər.

- Dorinel Muntyanunun istefasından sonra son üç oyunda xallar toplamağı bacardınız. Demək olarmı ki,komandada həqiqətən məşqçi dəyşikliyinə əvvəlcədən ehtiyac vardı?

- Baş məşqçinin göndərilməsinin bizim oyunumuza heç bir təsiri yoxdur. Bizi meydana kimin çıxarmağından aslı olmayaraq işimiz yaxşı mübarizə aparmaqdır. Ona görə də demək olmaz ki, biz baş məşqçinin istefasından sonra uğur əldə etdik. Əvvəllər necə futbol oynayırdıqsa, indi də eyni oyunu sərgiləyirik.

- Muntyanunun gedişindən sonra komandadan ayrılmaq haqqında düşünürsənmi?

- Mənə görə məşqçinin kim olmasının önəmi yoxdur. Mən məşqçi ilə deyil, klubla müqavilə bağlamışam. Bu gün əsəs məqsədim komandamın uğurları üçün çalışmaqdır. Nə vaxt komandamın mənə ehtiyacı olmasa, onda getmək haqqında fikirləşmək olar. Amma hələlik buradayam və “Qəbələ”nin uğurları üçün əlimdən gələni əsirgəməyəcəm.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar