Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən nazirlərə deyirəm ki, bu millətə toxunmayın”

“Nə qədər ki, Rusiya Ukraynadan, Krımdan, Donetskdən və Donbasdan əlini çəkməyəcək, dünyada neftin ucuzlaşması prosesi davam edəcək.Yəni, bütün dünya da yaxşı bilir ki, Rusiya keçmiş SSRİ-ni bərpa etməyə çalışır”.


Bu fikirləri bu gün Qafqaz Universiteti tərəfindən Qubada “İqtisadi böhran konteksində ixracın stimullaşdırılması” mövzusunda keçirilən 5-ci Qafqaz İqtisadi Forumunda çıxışı zamanı Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
 
V.Əhmədov deyib ki, indi Rusiyanın əsas məqsədi keçmiş SSRİ-ni bərpa etməkdir. Onun sözlərinə görə, Rusiya SSRİ-nin bərpası istiqamətində çox ciddi mübarizə aparır:
 
“Bunu gizlətmək lazım deyil. Doğrudur, Rusiya bizim qonşu dövlətimizdir, strateji müttəfiqimizdir və biz onunla əməkdaşlıq edirik. Ancaq Azərbaycan müstəqil dövlətdir. Biz 1991-ci ilin 18 oktyabrında müstəqil dövlət qurmuşuq, Azərbaycanın müstəqilliyinə səs vermişik. Bizim ilk müstəqilliyimizi də tanıyan dövlət Türkiyə olub. Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan minlərlə insanımız bu gün Şəhidlər Xiyabanında yatır. Onlar bizim müstəqilliyimiz uğrunda mübarizə aparıblar. Ona görə də bu gün Azərbaycan xalqı, nə də Azərbaycan Prezidenti cənab İlham Əliyev əsla razı olmaz ki, dövlət müstəqilliyimiz itirilsin. Bu gün biz nə üçün İlham Əliyevi müdafiə edirik? Ona görə ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması üçün o, əlindən gələni edir. Əgər sabah kimsə Azərbaycanın müstəqilliyinə xələl gətirmək istəsə, dövlət müstəqilliyimizin əleyhinə olan hər hansı bir addım atsa, əlbəttə ki, biz onunla ölənədək qəti mübarizə aparacağıq. Yəni, Azərbaycanın müstəqilliyi daimi və əbədi olmalıdır. Bu bizim üçün böyük töhfədir. Əgər biz 1918-ci ildə cəmi 23 ay müstəqillik ola bildiksə, bu gün artıq Azərbaycan 25 ildir ki, müstəqil dövlətdir. Mən bilirəm ki, bu yol çox çətindir, ağırdır. Bizim yaşlı insanların düşüncələrində hələ də SSRİ simptomları qalır. Onlar deyirlər ki, SSRİ vaxtı indikindən daha yaxşı idi və sairə. Ancaq indi müstəqil Azərbaycanın bayrağı xaricdə dalğalananda, bununla bütün cavanlar fəxr edir. Mən çox razıyam ki, indiki cavanlar Azərbaycanın müstəqilliyinin qədrini bizdən də yaxşı bilirlər və müdafiə edirlər”.
 
V.Əhmədov cəbhə xəttində baş vermiş “dördgünlük” hərbi əməliyyatlara da münasibət bildirib:
“Bu il aprelin əvvəllərində cəbhə xəttində baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan gəncləri Qarabağın azad olunması üçün daha çox fəallıq göstərirlər və Ali Baş Komandan cənab İlham Əliyevi müdafiə edirlər. Mən bütün bunları ona görə deyirəm ki, bu gün bizə qarşı xaricdən təzyiqlər çoxdur. Rusiya bizə çox təzyiq edir. İstəyir ki, bizi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Gömrük və Avrasiya ittifaqlarına daxil etsin. Əgər Azərbaycan bu təşkilatlardan hər hansı birinə üzv olsa, biz dövlət müstəqilliyimizi itirəcəyik. 
 
Deputat həmçinin qeyd edib ki, Azərbaycanın çətinliyə müvəqqətidir: “İnanıram ki, 30-40 ildən sonra Azərbaycanda heç bir problem qalmayacaq. Bizim millət işləyən millətdir. Mən hər zaman nazirlərə və digər vəzifəli məmurlara deyirəm ki, bu millətə sadəcə toxunmayın, qoyun özləri özlərini dolandırsın, hər şeyi dartıb Azərbaycana gətirəcək və ölkədə də bolluq olacaq. Problem də olan deyil”.(publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar