Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən sevdiyim kişi ilə ailə qurmağa hələ qərar verməmişəm“


"Mən sevdiyim kişi ilə ailə qurmağa hələ qərar verməmişəm"


Bunu AzNews.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva deyib. Onun sözlərinə görə, bu məsələdə qərar vermək onun üçün çox çətindir: "Qəti qərar vermək çətindir. Sevdiyim şəxsin özü də Azərbaycanda yoxdur. Telefonla əlaqələrimiz var. Əsas qərar məndən asılıdır. O isə mənimlə bağlı öz qərarını verib. Ailə qurmaq çətin bir işdir. Nə vaxt beynimə tam batsa, o zaman qəti qərar verəcəm". 

N.Allahverdiyeva bildirib ki, qızı bu evliliyə qarşı deyil: "Hər kəs ona verilən həyatı yaşamalıdır. Qızım da kimisə sevib ailə quracaq. O zaman mən tək qalmamalıyam. Qızım təhsilini artırmaq üçün başqa ölkəyə gedəcək. Hər şey vaxtında olmalıdır. İndiki zamanda ailə qurmaq çətin məsələdir. İnsanlar göründüyü kimi olmurlar. Ailə o zaman qurulur ki, tərəflər bir-birinə öyrənsinlər. İnsanlar çox dəyişiblər. Bu gün gördüyün insan sabah qarşında tamam başqa cilddə olur". 

Aktrisa onu ailə qurmasına, kimisə sevdiyinə görə qınayanlara da cavab verib: "Mənim nə yaşım var, cavan qadınam. İnsan heç vaxt tək olmamalıdır. Heç kəsin haqqı yoxdur ki, kiminsə həyatına müdaxilə eləsin. Sabah mən tək qalıb xəstə olanda kimsə qapımı döyməyəcək, ən yaxının belə sənin halına yanmayacaq. Məni ailə qurmağa görə qınayanlar sabah xəstə olanda gəlib məni həkimə aparacaqlar? Heç kəsin fikri məni maraqlandırmır". 

"Bu evliliyə yox deyə bilərsinizmi?" sualına N.Allahverdiyevanın münasibəti belə olub: "Həyatda hər şey ola bilər". 

Xatırladaq ki, aktrisa N.Allahverdiyeva sosial şəbəkədə həyatında birinə önəm verdiyini, sevdiyi şəxsin olduğunu və yaxın zamanlarda onunla ailə həyatı qurmağa hazırlaşdığını bildirib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar