Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məni vurulduğum yerdə dəfn edin”


Şamaxıya gedən yolun üstündə Acı dərə deyilən yer var


Burada kolkos basmış, qurumuş ağacların və otların arasından bir məzar daşı baş qaldıraraq sanki bizlərə 1918-ci illərin qəhrəmanlıqla dolu tarixini xatırladaraq : “ mən tək deyiləm, bu dərələrdə, təpələrdə torpağın altında yüzlərcə mənim kimisi yatır” - deyir.  29 yaşlı Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun  Bakıya 15 sentyabr zəfər yürüşündən sonra Qubada, Şamaxıda, Bakının kəndlərində və digər bölgələrdə qırğınlar törədən erməni-daşnak birləşmələrinin tör-töküntülərinin ləğv edilməsi uğrunda döyüşlər davam etmişdi. Bu dərədə də yüzlərcə Anadolu türkünün qanı axmışdı. 

O günlərin xatirəsi olan bu tək məzarın çox maraqlı bir tarixçəsi var. Ziyarətlərimizdən birində  özünü bu yerin gözətçisi adlandıran qoca kişi məzar haqqında məlumat verərək söylədi ki, mənim babam bu ərazilərdə Türk əsgərlərinin sırasında azğın ermənilərə qarşı vuruşmuşdu. O bu məzarda yatan Albayın yavəri olub. Döyüşlərin birində Albay ayağa qalxaraq əsgərlərə irəli əmri verir və özü də döyüşə atılır. Bu zaman kolların arasında gizlənmiş bir erməni onu sinəsindən vurur. Babam ağır yaralanmış Albayı döyüş meydanından çıxararaq onu arabaya qoyub  Şamaxıya aparır. Şəhər əhalisi yığışır, hərə bir türkəçarə deyir. Albayın yarasının üstünə kül toküb bərk sarıyırlar. İkinci gün adamlar bir həkim tapıb gətirirlər. Amma Albayı  xilas etmək mümkün olmur. Albay son nəfəsində babama deyir ki, məni vurulduğum yerdə dəfn edin. Babam və şəhər əhalisi onun vəsiyyətinə əməl edirlər. 

Bu yerlərdə də artıq döyüş bizim qələbəmizlə başa çatıbmış. Albayın cənazəsini arabaya qoyub Acı dərəyə gətirirlər və həmin vurulduğu yerdə də dəfn edirlər. Babam sovetlər dönəmində  məzarın üstünü daşla, ağacla örtüb gizlədir ki, digər məzarlar kimi bu məzarı da dağıtmasınlar. Qoca gözətçinin qəhərlənərək söylədikləri bir an da olsa  gözlərimiz önündə o tarixi döyüşləri canlandırdı. Anadolu türkünün bu adsız məzarı müstəqilliyimizin ilk illərində  çox böyük qayğı ilə əhatə olundu. Abadlaşdırma işləri aparıldı, şərəfinə abidə ucaldıldı, gül-çiçəyə qərq edildi. Böyükdən  kiçiyə kimi-məktəbli,tələbə, deputat,siyasətçi,dövlət məmuru, sadə insanlar zaman-zaman ziyarətinə gəldi, yolçular ayaq saxladı. Bəs indi nə baş verir? Tariximizi yaşatmaq üçün, onu gələcək nəsillərə çatdırmaq üçün kim və nə bizə mane olur? Məncə, qanımıza yoluxmuş virus mane olur. Biganəlik virusu...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar