Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mənim atamın goruna 932 adam söyüb, hesablamışam” – Həftənin sitatları


Nahid Canbaxışlı: “Allahım, sən hər gün övladına bir tikə çörək üçün evdən çıxan, gecələr evinə əliboş qayıdanların ahı ilə Tarif Şurası üzvülərinin qəbir əzabını müəyyən et-AMİN”


Qan Turalı: “Yazıçı adı, şair adı “maarif xadimi” adıyla yox, alkoqolik adı ilə assosiasiya olunursa, bu Gəncə şərab zavodunun yox, bizim günahımızdır.”

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Müsəlman ölkələrində qardaş qanı axıdılmasına laqeyd baxa bilmərik”.

ABŞ Dövlət katibi Con Kerri:Barak Obamanın rəhbərliyi dövründə bütün problemləri həll edə bilmədik, amma cəhd etdik. Qəzetlərdə yazılanların əksinə olaraq, önümüzdəki yolu uğurla sona çatdıracağıq. Dünya parçalara ayrılmır, əksinə birləşir”.

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan: “Biz Avropanın ev sahibiyik və bizi Avropadan xaric etməyə nə Avropa İttifaqı, nə də irqçilik pəncəsinə düşənlərin gücü çatar”.

Belarus prezidenti Aleksandr Lukaşenko: “Böyük Vətən müharibəsində qələbənin əldə edilməsində Azərbaycan nefti həlledici rol oynayıb”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:Rusiya ilə dostluğumuzu davam etdirəcəyik”.

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov: “Biz konkret tələb qoymalıyıq ki, Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini davam etdirən Ermənistanın rəhbərliyi məhkəməyə çağırılmalıdır”.

Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov: “Məhkəmə qarşısında söz verirəm ki,  dövlətə dəymiş ziyanı ödəməyə hazıram.  Mənim xidmətlərim olub”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "Azərbaycan etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına xüsusi önəm verir”.

Rusiyanın patriarxı Kirill: “Biz Azərbaycanda da bütün xalqların və dinlərin nümayəndələrinin sülh şəraitində bir-biri ilə mehriban yaşadığınız şahidi oluruq. Son 10 ildə xalqlarımızın taleyində çox hadisə baş verdi, çətin günlər yaşadıq. Birlikdə yaşadığımız Sovet İttifaqı dağıldı. Bəzi hallarda bu proses sakit və sülh şəraitində keçmədi və bilirik ki, Dağlıq Qarabağ yarası hələ də qanayır”.

Haqqin.az və Virtualaz.org saytlarının təsisçisi və baş redaktoru Eynulla Fətullayev: “Cani və qatil Akif Çovdarovun oğlu “Yeni Müsavat” qəzetinə müsahibə verib, atasının günahsızlığından danışır. 2005-ci ilin martın 2-də sənin atan 38-yaşlı Elmar Hüseynovu qətlə yetirib, onun övladını yetim qoydu. İndi siz Allahdan imdad diləyirsiz. Allahın barmağı yoxdur ki, vurub gözünüzü çıxartsın! Sən həmişə qatil Çovdarovun oğlu kimi bu məmləkətdə yaşayacaqsan... Atan isə bu dünyada cəhənnəmi gördü. İnşallah o dünyada da cəhənnəmi, görəcək...”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn: “Bugünkü tədbirə fərqli baxıram. Fərqli zamana gəlib çatmışıq. Əvvəlki dövrlərdən fərqli zamanı yaşayırıq”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Böyük imkanları olan bir ölkənin sakinləri bu dərəcədə kasıb və zəlil günündə yaşaya bilməz”.

Köşə yazarı, jurnalist Zamin Hacı: “Zibilxananın yanında durmuşdum. Əvvəlcə bir sınıq-salxaq maşın gəldi. İçindən yetim görkəmli, olduqca kasıb, çirkli geyimdə iki nəfər düşüb başladılar qutuları eşələməyə. Bir-iki paslı dəmir tapıb getdilər. Sonra bir cavan oğlan gəldi. O da zibilləri boşaldıb polietilen kulokları yığdı getdi. Özü də zibili yerə dağıdırdı. İstədim etiraz edim, ancaq belə çörəkpulu toplayan adama ekologiyadan danışmağın nə qədər mənası var, tapa bilmədim, o üzdən susdum. Sonra nisbətən babat “Jiquli”də bir ağsaqqal gəldi, öz-özünə danışa-danışa çörək qırıntıları topladı, getdi”.

Azərbaycan Demokrat Partiyasının sədri sərdar Cəlaloğlu: "Uzun illər öncədən təhlükələr barədə iqtidarı xəbərdar edirdik. Amma hakimiyyət bizim dediyimizə məhəl qoymurdu. Artıq iqtisadi təhlükə ölkəni başına bürüyüb. Hökumət baş verənləri iqtisadi cinayət kimi qələmə verir”.

Əməkdar artist Şəbnəm Tapdıq: “Məhəbbəti futbol topu kimi kənara atıram. Biri deyir ki, mənə ərə gəl, sənə pul buraxım, ev alım. Dedim, atamı səndən üstün tuturam. Mən şəhərin birnömrəli binasından yaşayıram. Kiminsə aldığı evi nə edim? Hələ heç bir kişiyə deməmişəm ki, səndən xoşum gəlir. Başımı niyə ağrıdım? Sərxan Sərxan yaxşı deyib ki, müğənni tək yaşamalıdır. Mənim xoşuma gələn tip bizdə yoxdur”.

İqisadçı ekspert Samir Əliyev: “Qısaca onu bildirim ki, artım prosesi bununla yekunlaşmayacaq. Dövrü olaraq kommunal xidmətlərin qiyməti artırılacaq. Səbəb kommunal xidmətlərin düzgün idarə edilməməsi səbəbindən maya dəyərinin daim şişməsidir. Bu qurumların fəaliyyətində şəffaflıq yoxdur və vəsaitlər səmərəsiz xərclənib. Dövlət büdcəsinin dəstəyi azaldıqca qiymətlər artacaq. Bir müddətdən sonra artım olmuş qurumlar maya dəyərinin yüksək olmasını və buna görə də satış qiymətinin artmasının vacibliyini bildirəcəklər”.

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev: “Bahalaşma monopoliya ilə bağlıdır. Bizim istehlak bazarımız monopolistlərin əlindədir. Nə istəyirlərsə onu edirlər. Bəziləri də bunu idxalın üzərinə atır. Bir dəfə götürüb baxmırlar ki, bizim idxal strukturunda ərzağın xüsusi çəkisi nə qədərdir. Cəmi 12 faizdir. Milyardlarla manatlıq idxalda cəmi 12 faiz ərzaq gətiririk. Həm idxal, həm də daxili bazar monopolistlərin əlindədir. Bütün bazarların başında kimlərsə dayanır, rayondan gələn sahibkarı heç içəri buraxmırlar, alverçilər kəndlilərdən ucuz qiymətə alıb öz istədikləri qiyməti qoyurlar. Bütün bazarlar monopolistlərin əlindədir”.

İqtisadçı ekspert Natiq Cəfərli: “Hökumət gəlir yerlərinin artırılmasını da və büdcənin formalaşmasındakı yükü əhalinin üzərinə qoyur”.

Jurnalist Nahid Canbaxışlı: “Tarif Şurasının üzvləri heç olmasa qazın, elektirik enerjisinin qiymətini qaldıranda qəbir əzabını gözləri önünə gətirirlərmi? Allah yəqin ki, bunlara elə bir qəbir əzabı rəva görər ki, anadan əmdikləri süd sümüklərindən gəlib tökülər. Allah elə bir qəbir əzabı rəva görər ki, öldüklərinə belə peşman olarlar. Allahım, sən hər gün övladına bir tikə çörək üçün evdən çıxan, gecələr evinə əliboş qayıdanların ahı ilə Tarif Şurası üzvülərinin qəbir əzabını müəyyən et-AMİN”

Millət vəkili Zahid Oruc: “Biz Dağlıq Qarabağ ermənilərinə deməliyik ki, sizi Qarabağda girov saxlayan Ermənistan hakimiyyətidir. Əgər silahı yerə qoyub təslim olsanız, sizi Azərbaycan vətəndaşlığı gözləyir. Azərbaycan dövlətini, Konstitusiyasını, ərazi bütövlüyünü qəbul edən, silahı yerə qoyan erməniləri daha yaxşı perspektiv gözləyir. Amma Xocalı faciəsini və xalqımıza qarşı digər cinayətləri törətmiş ermənilər bağışlanılmayacaq”.

VİP sədri Əli Əliyev: “Təkcə ölkə daxili deyil, xaricdə dətəhlükələr yaşayırıq. Xəritəmizə baxsaq görərik. Elə bir ağır vəziyyətə gəlmişik ki, bunu aradan qaldırmaq lazımdır. Hakimiyyət hazırda çox güclüdür. İqtidar iqtisadi böhrandan daha çox siyasi böhrandan ehtiyatlanır. Böhranla bağlı hakimiyyətin siyasəti hər şeyi sübut edir. Hakimiyyət bu korrupsioner komanda ilə də ayrılmaq istəmir. Çünki çəkinir. Cahangir Hacıyevə hökm oxundu, içəridən iqtidarı ifşa edən müraciət yaydı. Nazir müavini bu yaxınlarda yaxın bir adamıma deyib ki, bu vəziyyət belə davam edə bilməz, dövlət dağılacaq”.

Millət vəkili Aqil Abbas: “Dostum Tahir Kərimli açıqlama verir ki, maaşını alanda utanır. Qardaş, utanırsan, alma. Kimin maaşı çoxluq edirsə, aparıb ehtiyacı olana versin”.

Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri Rizvan Talıbov: “Ölkədə baş verən hadisələrdə daha çox iqtidarı günahkar bilib, müxalifəti az günahlandırmışam. Amma indi fikrim dəyişib. Müxalifətdə də günahlar görürəm. Bu gün xalqın arxasınca gedə biləcəyi partiya yoxdur. Heç bir dövlət bu artıma getməz, bu məcburiyyətdən irəli gəlir. Üzümüzə burda duran liderlərə tutub deyirəm ki, xalqın önündə olun ki, xalq da arxanızca getsin. Yox belə deyilsə, siyasi səhnədən çəkilin. Xalq onsuz da öz liderini tapacaq”.

Millət vəkili Qüdrət Həsənqiliyev: “İnkişaf etmiş ölkələrdə, hətta inkişaf etməkdə olan ölkələrdə, məmurların orta sayı bizdəkindən iki dəfə azdır. Heç olmasa, gəlin inzibati idarəetmədə, Nazirlər Kabinetində 30 faiz ixtisar aparaq ki, buradan əldə olunacaq vəsaiti daha səmərəli proqramlara, işlərə sərf edə bilək. Onsuz da, əksər məmurların maaşı o qədər çox deyil. Amma biz bu ixtisarlarla həm büdcəyə qənaət etmiş olarıq, həm də digər məmurların - həqiqi işləyəsi məmurların normal maaş almasına şərait yaradarıq”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Bir gün Molla Nəsrəddinin inəyi itir. Axtara-axtara dua edir ki, kimə rast gəlir-gəlsin, interaz-ın adminlərinə rast gəlməsin. Soruşurlar ki, a molla, niyə? Deyir, çünki götürüb öz loqolarını zırrayacaqlar inəyin üstünə, sonra gəl sübut elə ki, bu, kimin malıdır”.

Əməkdar artist Şəbnəm Tapdıq: “Hamı mənə olduğumdan az yaş verir. İndi mənə 32 yaş verirlər. Gəlirlər ki, bu uşaq sənlə ailə qurmaq istəyir. Deyirəm, rus və ya başqa dilləri bilirsən? Cavab verir ki, yox. Özü də 32 yaşı var. Mənim səviyyəm olmayan biri yanımda gəzə bilməz. Mən akademik qadınam. İndi də əlimdə lüğət, dil öyrənirəm”.

Jurnalist Fazil Əhməd: “Artıq evdə islahata başladıq. Qışdır deyib, soyuducunu tokdan tam ayırdıq, evdə xeyli işıqlı zajiqlalka var, onunla keçinə biləcəyimizi də nəzərə alaraq, lamoçkaların sayını da 1-ə endirdik, tozsoranı birbaşa "karobkası"na qoyduq. Digər alternativləri də fikirləşirik. Ümidvaram, islahatımız bəhrəsini verəcək”.

Millət vəkili Rüfət Quliyev: "İstər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyətində “kombi” istilik sistemindən istifadə edimir: “Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək”.

İqtisadçı Natiq Cəfərli: “Bir müddət sonra əhali ilə «Azəriqaz» və «Azərişıq» arasında hesablanma qaydasına görə ciddi mübahisə olacaq”.

Müsavat Partiyasının başqanı Arif Hacılı: “Əhalinin 95 faizi isə yaşamaq uğrunda mübarizədə daha çətin duruma düşəcək”.

Tia.az saytının baş redaktoru Əlişir Əhəd: “Adamın 123 dənə belə millət vəkili olandan sonra düşmən lazım deyil. Sübut üçün sitat: Elman Nəsirov: “Tarif Şurasının qərarı istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir”. Araz Əlizadə: “Büdcəni nə iləsə doldurmaq lazımdır”. Rüfət Quliyev: “Qiymətlərin artması əhalinin böyük əksəriyyətinə təsir göstərməyəcək. Ölkəmiz inkişaf edəcək". Tahir Rzayev: “Bu qərar aztəminatlı ailələrə o qədər də ziyan vurmur”. Buda sitatın sonu. Nəticəni seçicilər çıxaracaq”.

Tanınmış jurnalist Azər Sarıyev: “İçki, həm də kişilərin rahat, utanmadan ağlaya bilməsi üçünmüş”.

Millət vəkili Əli Məsimli: “Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətini qaldırması ölkədə kataklizmlərə yol aça bilər”.

Millət vəkili Aqil Abbas:Azərbaycanda 3 deputatı söyürlər: Fazil Mustafanı, Hadı Rəcəblini və məni”.

Yazar Mirmehdi Ağaoğlu: “Qızının cehiz pulunu düzəldə bilməyən kişi özünü qatarın altına atıb, ölməyib. Kasıb ölə də bilmir”.

Jurnalist Fazil Əhməd: “O vaxt bizim kolxozun bir sədri vardı. Rəhmətlik lotu kişiydi. Həmişə pambıqçılara, suçulara deyərdi ki, ay bədbəxtlər, zaval gələndə, birinci sizə gələcək, mənim vecimə də deyil”.

İqtisadçı ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban:Azərbaycanda maliyyə kredit sistemi çox bərk “xəstələnib”.

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı: "Bizdən başqa kimsə bu xalqı düşünməyəcək. Dünyanın nizami dəyişir. Problemlər çoxdur, həm də getdikcə artmaqdadır. Bu gün xalq çox zaman deyir ki, bu müstəqillik nəyə lazımdır. Görün hansı vəziyyətə gəlib çıxmışıq”.

Jurnalist Tural Ismayılov: “Başda öldürən şişdən betərdir...Qəlbdə böyüyən qadın xərçəngi...”

Yazar Qan Turalı: “Yazıçı adı, şair adı “maarif xadimi” adıyla yox, alkoqolik adı ilə assosiasiya olunursa, bu Gəncə şərab zavodunun yox, bizim günahımızdır.”

Akif Çovdarovun oğlu Ruslan Çovdarov: “ANS-in bizim ailəyə vurduğu mənəvi ziyanı Allah bağışlamadı və nəticəsinin nə olduğuna da hamı şahid oldu”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: "Biz öz məqsədimizi düzgün anlada bilmirik. Biz çox şeyi açıq şəkildə deyə bilmiriksə, kimsə arxamızca gəlməz. Biz desək ki, qaz, işığın qiyməti aşağı düşsün, xalq arxamızca gəlməz. Amma desək ki, hakimiyyət istefaya getsin, bəlkə o zaman gələrlər. Heç nədən çəkinmək lazım deyil. Cəsarətli olmaq lazımdır”.

Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemət:Azərbaycanda bilirsiniz də, onsuz da qanan, qandıran yoxdur. Ona görə rəhbərlik bilir. Məni cənab prezident bura qoymasaydı, mən bu taxtabiti yuvasında nə gəzirdim?”

VİP sədri Əli Əliyev: “Hökumət bu böhranın qarşısını almaq gücündə deyil. Bu hakimiyyəti yıxmaq ölkəni xaosa apara bilər. İqtidar çalışır ki, onunla qarşıdurmaya gedək. Bunlar bizi anlaya bilməz”.

PİA.Az-ın əməkdaşı Gülşən Şərif: “Mətbuatda çalışan dostlar, tanışlar, həmkarlar, siz Allah indiki kritik vəziyyətdə hökuməti tərifləyib qıcıq yaratmayın. Belə necə deyim, çox şablon görünür ee. Adam elə bilir, AzTv-nin işçisisiniz. Ata nənəmin bir sözü vardı. “Xətrinə dəyməsin”, deyib, xətirə dəyən bütün sözlərini deyirdi. İndi nənəm demiş, xətrinizə dəyməsin aa, “prosta” vaxtı düz seçməmisiz”.

Jurnalist Anar Yusifoğlu: “Hava da insanlar kimi tez-tez dəyişir... amma insanların sürətinə çata bilmir...”.

Jurnalist Tural Aslanlı: “Çovdarovun oğlu at kimi dirənib ki, bizim mülkümüz yoxdur, atamın adına qəsdən yazıb onu ləkələyirlər. Utanmasan oynamağa nə var eeee..”

Yazar, jurnalist Jalə Mütəllimova: “Yanıb ölsələr də, intihara əl atsalar da, sona qalanların hamısı bu məmləkətə hamımızdan çox dəyər verənlərdir. Sadəcə, dəhşət orasındadır ki, ölkədə hər şeyin qiyməti günbəgün bahalaşır, qaz, işıq, dərman kimi... Eyni sürətlə də insan dəyərdən düşür. Azərbaycan insanı ən ucuz olan məmləkətə çevrilir”

Yeni Çağ.az saytının baş redaktoru Aqil Ələsgər: “Deyilir ki, gecə yarısı edilən dualar qəbul olunurmuş. Bu münasibətlə, Aztelekomdan Bakinternetə Azərbaycanda aylıq limitsiz internet verdiyini iddia edən və bunun üçün dövlətdən pul alan bütün provayderlərin ənvatına necə lazımdır ürək sözlərimi göndərirəm. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə nacizanə şəkildə xahiş edirəm ki, öz ayıbınızı örtmək üçün başqalarının arxasında gizlənməyin, mətbuata başqa yerlərdən zənglər etdirib, tənqidi yazıların önünü almaqdansa, bacarırsanlz işinizi görün, bacarmırsınızsa, Mikanın Təhsil Nazirliyinin başında etdiyi dəlləkliyi bu nazirlikdə etməyin. Çünki ondan fərqli olaraq, sizin səriştəsizliyinizi gizlətmək olmur. Unutmadan deyim ki, mən həmişə “Yesələr də işləyirlər” prinsipinə qarşı olsam da, etiraf edim ki, sizdən öncəkilərin dönəmində belə bir bərbad xidmət heç dial-up illərində belə yox idi...”.

Millət vəkili Aqil Abbas: “Mənim atamın goruna 932 adam söyüb, hesablamışam”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Mənə elə gəlir ki, Nurəddin Məmmədli Əli Kərimlinin filialıdır: nə yazırsa, kopyalayır”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar