Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mənim də övladım var, heç kəs onu tanımır”


Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlunun paytaxtın Zığ-hava limanı şosesində sürət yarışına çıxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.


YAP-çı deputat açıqlamasında deyib ki, kimliyindən asılı olmayaraq, xüsusilə də məmur övladları ilk növbədə qanunun tələblərinə riayət etməlidir: “Çünki vətəndaşların hamısı qanun qarşısında bərabərdir. Burada məmur övladları ikiqat məsuliyyət daşıyır. Ona görə də məmur övladları nizam-intizama, davranış və etik qaydalara əməl etməlidir. Mənim də övladım var, ancaq heç kəs onu tanımır. Düşünürəm ki, belə də olmalıdır”.

S.Novruzov qeyd edib ki, dəbdəbəli həyat tərzinə və bahalı avtomobilə sahib olmaq insan üçün əsas göstərici deyil: “İnsan üçün əsas göstərici onun ağılı, təhsili, vətəninə, dövlətinə olan yaxşı xidməti və sədaqətidir. Cəmiyyətin də hər kəsdən gözlədiyi müsbət göstərici bunlardır. Yoxsa kimsə hər hansı bahalı markalı avtomobil sürməklə və dəbdəbəli həyat tərzi keçirməklə özünü kiməsə göstərə bilirsə, bu onların özləri kimi 1-2 nəfərin diqqətinə cəlb edəcək. Ancaq digərlərinin buna münasibəti isə kəskin pis olacaq.

Hakim partiya olaraq biz bütün fəaliyyətimizdə ümummilli lider Heydər Əliyevin tövsiyə etdiyi sadə həyat tərzini və cəmiyyətdə hər zaman sadəliyi təbliğ edirik. Bundan sonra da biz bunu təbliğ edəcəyik”.(publika.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar