Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məşhurlaşan müğənnimiz uzaq başı toy qiymətini qaldırır“

Mən hər şeydən tez bezənəm. Amma aktrisalıqdan yorulmuram


PİA.AZ aktrisa Ülviyyə Əliyevanın Axşam.az-a müsahibəsini təqdim edir: 

- Elçin müəllimin “Baladadaşın toy hamamı” əsərində hamamçının arvadını  oynayıram. Epizodik roldur, ikinci hissədə səhnəyə çıxıram. Balaca rol olsa da,  mənim üçün Elçin müəllimin əsərində oynamaq böyük şərəf idi. Bu aralar başım bu tamaşaya qarışmışdı.

- Tamaşaçılardan razısınız? Yetərincə izləyici gəlir?

- Bir ara durğunluq var idi. Amma indi çox yaxşıdır. Son zamanlar tamaşaçılar ancaq komediyaya üstünlük verir.

- Çoxları sizi “Keyxanım”  kimi tanıyır. Hərdən buna əsəbiləşmirsiniz ki?

- Əslində “Keyxanım”dan qabaq mən “Hərənin öz payı, öz tayı” filmindəki “Çiçək” obrazımla tanınmışam. İndi insanların mənə “Keyxanım” deməsinə əsəbiləşmirəm. Əgər mən bütün  obrazlarımı “Keyxanım” kimi oynasaydım, onda deyərdim ki, bu obraz mənə yapışıb.  Bir ad ki, məni xalqa sevdirib və tanıdıbsa, nə gözəl.
 
- Son işiniz olan “Əntiqə Rəfiqələr”də sizi Tünzalə Əliyeva ilə birlikdə gördük. Hər zaman  birlikdə görməyə öyrəşdiyimiz “Dilarə Əliyeva-Tünzalə Əliyeva-Ülviyyə Əliyeva”  üçlüyünü bir arada görə biləcəyik?

- Allah ömür versin... Bu, bizim  Tünzalə ilə ilk müstəqil işimizdir. Nəhayət ki, özümüz serial çəkirik.  Tünzalənin ideyası oldu. Çox şükürlər olsun ki, bu günə kimi heç bir məşhurdan etiraz eşitməmişik. Sənətə qalmaqalnan gəlməmişik, heç kimə söz atmamışıq, ona  görə də müğənnilərlə dostluq əlaqəmiz var. Onların evinə gedib, çəkiliş  etməyimiz müğənnilər üçün də maraqlıdır.

- Sizi həm də efirdə aparıcı kimi görürük. Bir əldə bir neçə qarpız tutmaq çətin deyil?

- Gecikməyi  də, gözləməyi də sevmirəm. Çalışıram ki, həyatımı cədvələ düzüm. Məsələn, əgər  bir işi çatdıra bilməyəcəmsə, yalandan söz vermirəm. İşləməyi çox sevirəm. Ona  görə də işimin çoxluğundan şikayətlənmirəm.

- Bilirik ki, xınayaxdı mərasimlərinin təşkili ilə də məşğul olursunuz...

- Hələlik bu sahədə durğunluqdur. Devalvasiya hamıya təsir edib. Əslində mən xınayaxdılarda o qədər  də reklam olunmamışam. Bu mənim əlavə qazanc yerimdir. Olmayanda məyus olmuram. 

- Sizi son zamanlar nə məyus edir?

- Hələ içimdə olan obrazı tam oynamamışam, bu məni məyus edir. Artıq yaşım gedir və istəyərdim ki, məhz mənə uyğun, özümü tam göstərə biləcəyim obrazı oynayım. Verilişlərin birində ad günümü qeyd edirdim, orda bir mahnı ifa elədim. Həmin efirdən sonra mənə nə qədər zəng gəldi. Hamı şoka düşmüşdü. Amma mən 19-ildir səhnədəyəm və bu illər ərzində mən səhnədə mahnı oxuyuram. Çox istəyərdim ki, bir müzklda oynayım. Hamı bilir ki, mən çox gözəl rəqs edə bilirəm. Məni ən çox sənətin kənarda qalması məyus edir. Sənətdən sual verən yoxdur. Adamın fəaliyyətini izləmirlər,  verilişlərdə qonaq olanda sual verə bilmirlər. 

- Gündəmdə çox olmağı sevmirsiniz... -
 
- Gündəmə sənətimlə gəlmək istəyirəm. Efirə çıxmaq üçün gərək səbəbim olsun. Müğənnilər canımızdır, amma son zamanlar aktyorluğa keçiblər. Hətta yeni il çəkilişlərində də həm mahnı oxuyur, həm aktyorluq edirlər. Aktyorlarımız da bir kənarda qalıb.

- Fanatlarınızla necə  münasibət qurursunuz? Heç manyak pərəstişkarınız olub?

- Sevənlərim çoxdur. Onlarla yazışıb danışıram. Amma hələ ki, məni narahat edən biri olmayıb.  O vaxtlar sənət adamları əlçatmaz idi, fanatlıq edərdilər. İndi hər şey fərqlidir. Əgər Tarkan da iki gündən bir restoranda toy oxusa, o da əlçatan olardı. Biri özünə ulduz deyirsə, əlçatmaz olmalıdır. Amma biz bəzən məcbur olub, hansısa bir tədbirə gediriksə, artıq əlçatmaz deyilik. Axırda da gəlib pul verəndə iradların bildirirlər. Bizdə şou-biznes yoxdur. Bizdəki biznesdir. Buna  səbəb pul qazanmaqdır. Məşhurlaşan müğənnimiz uzaq başı toy qiymətini qaldırır. 

- Tünzalə Əliyeva öz fanatı ilə ailə həyatı qurub. Sizə evllik təklifi  edən pərəstişkarınız olsa, nə cavab verərdiniz?

- Hər şey ola bilər. Həyat sürprizlərlə doludur. İnsan həyatı bir göz qırpımında dəyişə bilər. Məşhurluq qazanmaq çətindir, amma o hörməti qoruyub saxlamaq iki qat çətindir. 

- Nə vaxtsa peşman olmusunuz?

- Heç vaxt... Mən hər şeydən tez bezənəm. Amma aktrisalıqdan yorulmuram. Çünki rəngarəngdir. Hər sahədən başın çıxmalıdır. Hətta maşın sürəndə də sürəti sevmirəm. Amma bəzən məcburən sürətli sürmüşəm. Həddimi aşmıram, qanunları pozmuram. Həmişə deyirlər ki, “Qadındı da... Düz maşın  sürməz”. O sözün acığına bütün qaydaları əzbərləmişəm və riayət edirəm.  

- Heç şeytana aldanmısınız?

- Riski sevmirəm. Bir addım atanda  yüz dəfə ölçüb-biçirəm. Uduzmağı sevmirəm. Ona görə də diqqətliyəm. 4 il maşın  üçün pul yığdım. Ondan sonra 6 ay marka üzərində düşündüm. Elə avtomobil almaq  istəyirdim ki, ehtiyat hissələri ucuz olsun.

- Ülviyyə Əliyeva kamera arxasında necə biridir?

- Ailəmi çox sevirəm. Çox nadir hallarda boş vaxtım olur. Onu da ailəmə sərf edirəm. İnsanlara əhval-ruhiyyə verməyi sevirəm.  Bədbin insanların yanında qalmıram.

- Sizi filmlərdə görmürük... 

- Bu, özümə də təəccüblüdür. Heç dəvət almıram. Yeni çıxan bütün  filmlərə gedib baxıram. Özü də bileti pulla alıram. Deyirəm ki, xarici filmə biletə pul xərcləyirəmsə, niyə öz həmkarıma dəstək olmayım ki. Axırıncı dəfə  “Oğlan evi”nə baxmışam, çox da bəyənmişəm. Hamımızın uğurlu da, uğursuz da  işlərimiz var.

- Bir ara söz yayıldı ki, Toppuş bacı və Keyxanım Dilarə Əliyeva ilə küsülüdür...

- 15 il bir yerdə olduq. Küsülü deyilik. Hərdən görüşürük, danışırıq. Amma tamaşaçıları yormaq olmaz. İndi hərəmiz öz işimizdəyik. Mən 19 ildir çalışıram. İşsiz qalsam, xəstəlik taparam. Gələcəkdə  ola bilsin ki, hansısa layihədə bir araya gələk.

- Ülviyə Əliyeva şəxsi  həyatını çox vaxt gündəmdən kənarda tutur...

- Şəxsi həyatla bağlı sualları heç vaxt sevməmişəm. Sənət adamı nə qədər sirli qalırsa, o qədər  maraqlı olur. Zülfiyyə Xanbabayevanın şəxsi həyatını heç kim bilmir, bu insan illərdir hamıya maraqlıdır. Camaatı şəxsi həyat bezdirir. Mən həm də tamaşaçıyam. Kənarda  görürəm ki, efirdəki qalmaqallara əsəbiləşirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar