Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Messi fenomenini heç kim çözə bilmir“



Tanınmış aparıcı: "Azərbaycan futbolunda məşqçi yox, oyunçu problemi var"


Lent.az-ın "Məşhur fanatlar" rubrikasının növbəti qonağı "Lider TV"nin xəbər aparıcısı Günay Yelmarqızıdır. İdmana, xüsusən də futbola bağlı olan tanınmış televiziya jurnalisti ilə söhbətimiz maraqlı alındı.
 
- İdmana, xüsusən də futbola marağınız necə yarandı?

- Bəli, idmana marağım və həvəsim var. Bəzi idman növləri ilə məşğul oluram. Futbola uşaq vaxtından baxırdım. Futbola maraq məndə "Neftçi" sayəsində yaranıb. Uşaq vaxtı atamla bərabər bu klubun qarşılaşmalarını izləyirdim.
 
- İdmanın hansı növləri ilə məşğul olursuz?

- Bir çox idman növləri ilə vaxtaşırı məşğul olmuşam. Amma ən çox üzgüçülük və böyük tennisi sevirem. Və hər iki idman növü ilə vaxt və imkan daxilində məşğul oluram. Arzum velosiped sürməyi öyrənməkdir . Onu hələ ki, bacarmıram. Mənə velosiped sürməyi öyrədənə "priz" düşür (gülür)
 
- Qeyd etdiniz ki, futbola marağınız "Neftçi" sayəsində yaranıb. Amma heç kimə sirr deyil ki, "Qarabağ"ın qadın fanatlarından birisiz. Bunu "Neftçi"yə xəyanət adlandırmaq olarmı?

- Bəli, "Qarabağ"ı sevirəm. "Qarabağ" mənim işğaldakı vətənimdir, Ağdamdır, itirdiyim uşaqlıqdır. Mən fanat deyiləm. Sadəcə "Qarabağ"ı sevirəm və imkanım daxilində dəstək oluram. "Neftçi" uşaqlığımdı, bu klubun da uğurlarına sevinirəm. "Qarabağ" isə bu günümdür və hər şeyimdir. "Qarabağ" mənim üçün işğal altındakı torpaqlarımızın simvoludur. Məncə, biz hamımız bu klubu sevməli və dəstəkləməliyik.
 
- "Qarabağ"a sevginiz təkcə qarabağlı olmağınızla bağlıdı? Yoxsa, komandanın sərgilədiyi futbol və Qurban Qurbanov amili də rol oynayır?

- Qarabağlı olmasaydım belə, "Qarabağ"ı sevərdim. Əvvəla bu klubu mənim ən çox sevdiyim məşqçi çalışdırır. "Qarabağ"ı Qurban Qurbanovun şah əsəri sayıram. Məncə, bu klubun bu cür sevilməsində Qurban Qurbanovun böyük rolu var. Üstəlik, "Qarabağ"da mənim çox dəyərli dostlarım çalışır. Və ən əsası "Qarabağ" bu gün Azərbaycan futbolunun ən güclü komandasıdır. Yəni mən "Qarabağ"ı bütün çatışan-çatışmayan cəhətləri, uğurları və uğursuzluqları fonunda sevirəm.
 
- Azərbaycan yığmasının necə, oyununu bəyənirsizmi? Və yeni baş məşqçi Robert Prosineçkidən nə gözləyirsiz?

- Təəssüf ki, yığmamız klublarımızın göstərdiyi nəticələri təkrarlaya bilmir. Çox arzu edərdim ki, daha yaxşı nəticələr göstərsinlər. Yeni baş məşqçiyə gəlincə, mən düşünürəm ki, Azərbaycan futbolunda məşqçi yox, oyunçu problemi var. Bu mənim subyektiv fikrimdir.
 
- Qurban Qurbanovu ən yaxşı məşqçi sayan Günay Yelmarqızı kimi Azərbaycanın ən güclü futbolçusu hesab edir?

- "Qarabağ"ın bütün futbolçularını (gülür). Tam səmimi deyirəm, "Qarabağ"ın bütün oyunçularını hansısa göstəricisinə görə bəyənirəm. Rəşad, Vüqar, Qara, İlqar, heç birini ayırmıram. Bir də qapıçı Fərhad Vəliyevi qeyd etmək istəyirəm.
 
- Xarici klublardan kimə azarkeşlik edirsiniz?

- "Real"a.
 
- Nəyə görə məhz "Real"a?

- Düzünü desəm, "Real"ı Joze Mourinyoya görə sevmişəm. Amma İspaniya futbolunu da bəyənirəm. Dünya çempionatlarında favoritim həmişə İspaniya yığması olur.
 
- Bəs hansı ulduz futbolçunun fanatısız?

- Fanatlığı qəbul etmirəm. Amma bəyəndiyim futbolçular var. İndi meydanlardan uzaq olan Luiş Fiqunu bəyənirdim. Ümid edirəm ki, Fiqu UEFA prezidenti seçiləcək. Müasir oyunçular arasında isə xüsusi bəyəndiyim biri yoxdur.
 
- Amma yəqin ki, Messi-Ronaldo müqayisəsini siz də aparırsınız....

- Messi fenomenini heç kim çözə bilmir də. Amma dünya çempionatından sonra mənim Messi ilə bağlı miflərə inamım qalmadı. Məlum oldu ki, o göydən filan gəlməyib, hamı kimi yer adamıdır.
 
- "Real" azarkeşi olduğunuzu nəzərə alsaq, Ronaldoya daha çox üstünlük verdiyinizi gözləmək olardı...

- Yəni onu demək istəyirəm ki, Ronaldo heç də Messidən pis oyunçu deyil (gülür).
 
- Günay xanım, Azərbaycan futbolu niyə azarkeş toplaya bilmir? İnsanlar nəyə görə stadionlara yalnız Avrokubok oyunlarında və ya milli nəhəng yığmalarla oynayanda gəlirlər? Azarkeş probleminin səbəbini və çıxış yolunu nədə görürsüz?

- Çox qəliz mövzudur. Çünki güclü futbol, insanları həyəcanlandıran qarşılaşmalar hələ ki, yoxdur. Avrokubok oyunlarında daha çox təbliğat aparılır, daha çox diqqət yetirilir deyə, stadionlar dolu olur. Bizdə təəssüf ki, azarkeş mədəniyyəti də yüksək səviyyədə deyil. Bunun bir yolunu tapmaq, insanları futbola cəlb etmək üçün mexanizmlər yaratmaq lazımdır. Ən əsası stadionda 90 dəqiqə hər kəsi həyəcan içərisində saxlayan oyun olmalıdır.
 
- Azarkeş mədəniyyəti demişkən, məlum səbəbdən heç stadiona getdiyiniz üçün peşman olmusuzmu?

- Bilirsiz, indi azarkeş mədəniyyətində xeyli irəliləyiş var. Bu, sevindirici haldır. Həm də xanımlara elə yer ayrılır ki, orda hər şey nəzarətdə olur. Yəni problem olmur. Mən hər hansı qeyri-etik bir məqamla rastlaşmamışam. Bir də azarkeş mədəniyyəti təkcə söyüş söyməmək məsələsi deyil. Bura oyunu sona qədər izləmək, stadiona münasibət, səliqə-səhmana riayət və təbii ki, bir-birinə hörmət də daxildir.
 
- "Qarabağ"dan bu il hansı nəticəni gözləyirsiz?

- Ölkə daxilində çempionluq, Avroliqada da uğurlu çıxış gözləyirəm. Avroliqada ən azı bir neçə mərhələ keçə, qrupdan çıxa bilər. Bunun özü də bir uğurdur.
 
- Subay xanımsınız. Maraqlıdır, futbolçu, ümumiyyətlə, idmançı ilə ailə qurarsınızmı?

- Mütləq hansısa bir sahənin adamı ilə ailə qurmalıyam deyə bir kriteriyam yoxdur. Bu, idmançı da ola bilər, digər sahədə çalışan insan da. Əsas məsələ həyatının insanına rast gəlməkdir. Xanımların idmançı ilə ailə qurmalarına çox normal baxıram. Burada nə var ki? İdmançılara böyük hörmətim var. Sağlam bədəndə sağlam ruh olar.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar