Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Metroda yayımı bərpa etmək gücümüz çərçivəsində deyil”


“Yeni köşklərdə qəzet yayımı ilə bağlı vəziyyət yaxşılığa doğru gedir”


Mətbuat Şurasının qəzet yayımı ilə bağlı vəziyyəti araşdıran komissiyasının üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu dekabrın 11-də “Media forum” saytına belə deyib.

O bildirib: “Daha ciddi irəliləyiş olsun deyə əlimizdən gələni edirik. Monitorinq qrupu olaraq yeni köşklərə qəzet paylayan “Əks-səda” firmasının rəhbəri Vüqar Həsənovla daima təmasdayıq. Təəssüf ki, bütün təşəbbüslərimizə baxmayaraq metroda qəzet yayımının bərpası istiqamətində irəliyə doğru bir addım ata bilmirik. Dəyişikliyin olması üçün həmişə şans var. Amma metroda yayımı bərpa etmək bizim gücümüz çərçivəsində deyil. Monitorinq qrupunda və xüsusi yaradılan komissiyada qərara gəlmişik ki, bu mövzuda dövlət başçısına təqdim edilməsi üçün hazırlanacaq hesabatda metroda qəzet satışının bərpası ilə bağlı təklifimiz qeyd olunsun. Əks halda görülən işlərin faydası, qəzet sənayesi üçün əhəmiyyəti zədələnəcək.

Bizim üçün əsas məsələlərdən biri də “Qasid”, “Qaya” və “Əks-səda” yayım firmalarının normal bir düzənə gətirilməsidir. Çünki bu firmaların hamısı birlikdə 700-dən çox qəzet köşkü deməkdir. Amma ən önəmlisi metro stansiyalarındakı yayım problemini çözməkdir”.

“Yeni Müsavat” qəzetinin yayımında hansı irəliləyişin olduğu haqda sualı cavablandırarkən baş redaktor deyib ki, noyabrın 24-də prezidentlə keçirilmiş görüşdən sonra qəzetin tirajında artım var:

“Əvvəlki tirajımız 7300 nüsxə idi. İndi isə qəzetimiz 8300-8400 tirajla nəşr olunur. Bu da yeni köşklərin qəzet götürməyə başlaması ilə əlaqədardır. Lakin metrodan itirdiyimiz 1500 tirajı və “Qasid” yayım firmasından məcburən kəsdiyimiz 2500 nüsxəni hələ də bərpa edə bilməmişik”.

Mətbuat yayımı ilə məşğul olan “Metroservis”in fəaliyyətinə noyabrın 14-dən xitam verilib. Firmanın köşkləri metro keçidlərindən yığışdırılıb. “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin metroda yayımı isə oktyabrın ortalarından qadağan olunmuşdu.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar