Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Metsamor AES terrorçular üçün əlçatandır” - “Greenpeace“ rəsmisi


“Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası böyük bir ərazi üçün çirklənmə mənbəyidir


 Bütün AES-lər təhlükəlidir, xüsusən də istismar müddəti bitmiş olmasına baxmayaraq, fəaliyyətini davam etdirən AES-lər”.
 
Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında “Greenpeace Rusiya” təşkilatının enerji layihəsinin koordinatoru, enerji sahəsində tanınmış ekspert Rəşid Alimov bildirib. O deyib ki, Metsamor AES vaxtilə zəlzələyə müqavimət göstərib: “Yəni, layihə artıq köhnəlib və müasir tələblərə cavab vermir. Metsamor AES-də qoruyucu üzlük və müasir standartlara uyğun təhlükəsizlik sistemi mövcud deyil”.
 
Ekspert Metsamor AES-də qəza olacağı təqdirdə, hansı ərazilərin çirklənəcəyi ilə bağlı indiyə kimi dünyada bir sıra tədqiqat institutlarının araşdırma apardığını, həyəcan təbili çaldığını vurğulayıb: "Bunlardan biri Avstriyanın Yer haqqında Elmi İnstitutunun apardığı araşdırmadır. Araşdırmada Metsamor AES-də qəza baş verəcəyi halda, Azərbaycan da daxil olmaqla, böyük bir ərazinin çirklənəcəyi qeyd olunub. Bildirilib ki, havaşəraitindən asılı olaraq Metsamor AES-dəki mümkün qəza böyük ərazini çirkləndirə bilər və bu, region üçün olduqca təhlükəlidir”.
 
R. Alimov Metsamor AES-in mövcudluğunun nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların, terrorçuların  regiona diqqətini artırdığını da əlavə edib: “Metsamor AES yaxın ərazidə hərbi əməliyyatların baş verəcəyi halda hücuma məruz qala biləcəyi kimi, həm də terrorçular üçün əlçatandır”.
 
Ekspertin fikrincə, həm Ermənistanın, həm də regionun digər ölkələrinin bərpa olunan enerji mənbələrindən istifadəsi üçün böyük potensialı var: "Metsamor AES-in köhnə və təhlükəli blokları bağlanmalıdır". 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar