Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Meydan TV”nin jurnalistlərini ölkədən buraxmadılar


“Meydan TV”-nin bir neçə əməkdaşının Azərbaycandan çıxışına qadağa qoyulub


Bu barədə Bizimyol.info saytına açıqlqmasında internet televiziyasının əməkdaşı Aytən Fərhadova məlumat verib. 

O, bildirib ki, bu gün Meydan TV-nin əməkdaşları seminarda iştirak etmək üçün Gürcüstana getmək istəsələr də, bir neçə nəfərini sərhəddən buraxmayıblar. 
“Bizim əməkdaşlardan bir neçəsi bir neçə gün əvvəldən Gürcüstana gediblər. Bu gün isə 6 nəfər - Natiq Cavadlı, Aynur Elgünəş, Sevinc Vaqifqızı, Şirin Piri, Elnur Muxtar və mən Ağstafada, “Böyükkəsik” sərhəd buraxılış məntəqəsində saxlanıldıq.  Aynur Elgünəş və Sevinc Vaqifqızını hər zaman olduğu kimi ciddi yoxladıqdan sonra ölkədən çıxmalarına icazə verildi. Bizə isə bildirildi ki, sizin adınızın qarşısında “Stop” olduğu üçün, ölkədən çıxmağınıza qadağa qoyulub. Ancaq bu qadağanın nəyə əsasən qoyulduğu barədə bizə heç bir məlumat verilmədi.  Suallarımıza cavab olaraq, bizə Daxili İşlər Nazirliyinə müraciət etməyimizi məsləhət gördülər” – deyə Aytən Fərhadova bildirdi. 
Meydan TV-nin icraçı direktoru Emin Milli də öz «facebook» səhifəsində bu barədə məlumat paylaşaraq, əməkdaşlara qoyulan qadağanın “Meydan TV” barəsində cinayət işi olması ehtimalını irəli sürüb.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar