Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Millət qalxanda prezidentin ətrafındakılar qaçıb gedəcək, amma...“


"Heydər Əsədov və onun “podelnik”i Ziya Məmmədov bilir ki..."


Xəbər verdiyimiz kimi bu gün ölkədə çörəyin qiymətində bahalaşma baş verib. 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev moderator.az-a açıqlamasında qiymətlərin bilərəkdən qaldırıldığını deyir:

“Mən dəfələrlə ölkədə prezidentə xəyanətin olduğunu demişəm. Bu gün Azəbaycanda kənd təsərüfatı ölü vəziyyətdədir. Mənə səhərdən etibarən yüzlələ zənglər gəlib. İnsanlar çörəyin bahalaşmasından çox narazıdır. İqtidar üzvlərinin 60-70 faizi yerində olmayan insanlardır. Bunlar prezidentə daim yalan danışırlar. Bu məmurlar yalnız öz var-dövlətini artırmağı düşünürlər. Görürsünüzmü milləti necə prezidentin üzərinə qaldırırlar? Xalqın canı boğazına yığılıb. Suyu, işığı qaldırırlar, indi də çörəyi qaldırdılar. Heydər Əsədov deyir ki, Azərbaycan artıq özünü taxılla təmin edir. Edirsə niyə çörəyin qiyməti bu gün bahalaşır? Xaricdən alınan taxıl dollarla alınır, sahibkar da məcburdu dollar qalxdıqca çörəyin qiymətini qaldıra. Ölkədə çayların kənarında minlərlə hektar boş ərazilər var. Həmin ərazilərdə taxıl əkmək elə çətin məsələ də deyil. Amma Heydər Əsədov və onun kimilər bu gün kabinetdən çıxmır. Heydər Əsədov heç rayonlarımızın yerini tanımır. Heydər Əsədovun Həsən Əliyev küçəsində olan villasının dəyəri 10 milyondur. Onun bir neçə belə villası var. Amma aldığı maaş 1750 azn-dir. Bu adamdan niyə soruşmurlar ki, sən bu villaları hansı pula almısan? Prezident Aparatının Kənd Təsərüfatı şöbəsinin müdiri Heydər Əsədovun əməlləri barədə prezidentə düzgün məlumat çatdırmalıdır. İnsanları çörəklə sınağa çəkirlər. Millət qalxanda prezidentin ətrafındakılar qaçıb gedəcək. Amma qardaşımın arxasında yenə də mən dayanacam. Heydər Əsədov və onun “podelniki” Ziya Məmmədov bilir ki, onların əməllərinin üstü açılır. Bu iki şəxs tezliklə qandallana bilərlər. Buna görə də onlar çalışırlar ki, xalqı prezidentdən narzı salıb insanları küçələrə çıxarsınlar.”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar