Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Minlərlə yeni iş yeri açılacaq“


“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Ələt qəsəbəsində Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyətə başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, bu limanın fəaliyyəti nəticəsində Azərbaycanın inkişafı daha da sürətlə gedəcək, ölkə iqtisadiyyatına yeni investisiyalar qoyulacaq və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını daha da genişləndirəcək”


Bu fikirləri prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışında bildirib.

Ölkə başçısı yeni terminalının əhəmiyyətindən söz açıb.

“Təxminən 4 il bundan əvvəl - 2010-cu ilin noyabrında bu limanın təməli qoyulmuşdur. Məqsəd ondan ibarət idi ki, Azərbaycan öz tranzit imkanlarından tam şəkildə istifadə etsin. Mütləq bizə yeni böyük ticarət limanı lazım idi və dövlət bu məqsədlərə böyük həcmdə investisiya ayırmışdır. Burada tikilən bütün infrastruktur dövlət büdcəsi hesabına mümkün olmuşdur və bu, bir daha onu göstərir ki, ölkəmizin, o cümlədən nəqliyyat sektorunun inkişafı ilə bağlı çox konkret proqramlarımız, planlarımız var. Biz bu planları ardıcıl surətdə icra edirik və hazırda Azərbaycanda mövcud olan nəqliyyat infrastruktur obyektləri bizim nəqliyyat təhlükəsizliyimizi təmin edir.

Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik və başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində iştirak edirik. İki gün bundan əvvəl Bakıda tarixi hadisə baş vermişdir - “Cənub” qaz dəhlizinin təməl daşı qoyulmuşdur. Enerji təhlükəsizliyi məsələləri əlbəttə ki, hər bir ölkənin milli təhlükəsizlik məsələləridir. Biz bu sahədə ardıcıl surətdə apardığımız fəaliyyət nəticəsində Azərbaycanın enerji təhlükəsizliyini tam şəkildə təmin etmişik və bundan sonra onilliklər ərzində bu, ölkəmizə həm maddi, həm siyasi dividendlər gətirəcək, eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi öz rolunu daha da böyük həcmdə oynayacaqdır”.

Dövlət başçısı çıxışında bildirib ki, biz hazırda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəal işləyirik və demək olar ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin edirik, ixrac imkanlarımız yaranır. 

“Bir sözlə, növbə çatıb ki, biz nəqliyyat təhlükəsizliyimizi tam şəkildə təmin edək. Artıq neçə ildir ki, bu istiqamətdə fəal iş aparılır. Bu limanın açılışı da bax, bu böyük işlərin tərkib hissəsidir.

Bu gün bu böyük limanın birinci mərhələsinin birinci hissəsi istifadəyə verilir. Birinci mərhələ gələn il tam şəkildə başa çatacaq. Bu limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteyner olacaq. Yəni, Ələt Ticarət Limanı Xəzər dənizində ən böyük limandır. Biz bu limanın tikintisi ilə eyni zamanda, Xəzər dənizində əməkdaşlığı daha da dərinləşdirəcəyik.

Yaxın günlərdə Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti Zirvə görüşü keçiriləcəkdir. Keçən Zirvə görüşü Bakıda keçirilmişdir. Hesab edirəm ki, yeni Zirvə görüşü ərəfəsində Xəzərdə ən böyük ticarət limanının istifadəyə verilməsi bizim ümumi işimizə bir töhfədir”.

Prezident diqqətə çatdırıb ki, bu limanın fəaliyyəti nəticəsində Ələt qəsəbəsində də müsbətə doğru daha böyük dəyişikliklər olacaq: 

“Mən dəfələrlə demişəm, bütövlükdə Azərbaycanın bir neçə sənaye mərkəzi vardır ki, onlardan biri Qaradağ rayonudur. Burada yaradılan yeni sənaye müəssisələri - bu yaxınlarda ölkəmizin ən böyük sement zavodunun, metal konstruksiyalar zavodunun, Səngəçal terminalının və bu limanın fəaliyyətə başlaması Qaradağ rayonunun inkişafına da bir töhfədir. Eyni zamanda, burada minlərlə yeni iş yeri açılacaqdır ki, Ələt qəsəbəsinin sakinləri bundan istifadə edəcəklər. Yüksək maaş veriləcək və bu liman gələcəkdə bu ərazidə infrastrukturun genişlənməsinə xidmət göstərəcək.

Bizim böyük planlarımız var və hesab edirəm ki, bu, bölgənin, bu zonanın inkişafına yeni təkan verəcəkdir. Eyni zamanda, biz bu layihəni planlaşdıranda, əlbəttə ki, şəhərimizin ekoloji vəziyyətini də nəzərə alırdıq. Çünki biz hesab edirik ki, bu gün Bakıda icra edilən quruculuq, abadlıq işləri mütləq ekoloji tədbirlərlə dəstəklənməlidir. Biz bu işləri paralel şəkildə aparırıq. Bakının yaşıllaşdırılması, milyonlarla ağacın əkilməsi, bəzi köçürmələrin həyata keçirilməsi və o ərazilərdə ictimai yerlərin, parkların, istirahət zonalarının yaradılması bizim siyasətimizin təzahürüdür”

Ölkə başçısı çıxışı zamanı vurğulayıb ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. 

“Biz gözəl şəhərimizi öz işimizlə daha da gözəlləşdiririk. Hazırda şəhərimizin mərkəzində yerləşən ticarət limanı əlbəttə ki, oradan köçürülməlidir və o zona bizim bulvara birləşdirilməlidir. Beləliklə, Bakıda yeni bir gözəl istirahət məkanı yaranacaqdır.

Bakı bulvarı artıq 100 ildən bir qədər çoxdur ki, mövcuddur. Onun ilkin uzunluğu 3,5 kilometrdir. Biz əlavə tədbirlər nəticəsində Bakı bulvarının uzunluğunu böyük dərəcədə artıra bilmişik. Yeni bulvar tikilibdir, artıq fəaliyyətdədir. Yeni bulvardan sonra Bayraq Meydanı Bulvarı artıq fəaliyyətə başlayıb. Bayraq Meydanından bu istiqamətə idman şəhərciyi tikilir. Orada da bulvarın uzadılması artıq icra edilir. Əks istiqamətə - Dəniz vağzalından Zığ, “Ağ şəhər” istiqamətinə “Ağ şəhər” bulvarı tikilir və artıq “Ağ şəhər” istiqamətinə çatıbdır.

Beləliklə, bu ilin sonuna qədər Bakı Bulvarının uzunluğu 16 kilometrdən çox olacaq. Yüz il bundan əvvəl 3,5 kilometr, müstəqillik dövründə 16 kilometr. Hazırda şəhərin mərkəzində yerləşən ərazisində ictimai yerlər, parklar, istirahət zonaları olacaq. Beləliklə, Bakı sakinlərinin və şəhərimizin qonaqlarının istirahəti üçün yeni imkanlar yaranacaq.

Bax, bu limanın fəaliyyətə başlaması görün nə qədər böyük dəyişikliklərə gətirib çıxarır. Yenə də deyirəm, ilk növbədə, bizim nəqliyyat infrastrukturumuz daha da gücləndiriləcəkdir. Bu istiqamətdə son illərdə böyük işlər görülübdür.

Keçən il istifadəyə verilmiş gəmiqayırma zavodunda artıq hazırda gəmilər inşa edilir. Həm ölkə daxilindən, həm neft konsorsiumu tərəfindən sifarişlər verilibdir. Eyni zamanda, biz gözləyirik ki, Xəzəryanı ölkələrdən sifarişlər olacaq. Bizim gəmiqayırma zavodumuzda bütün növ gəmilər istehsal oluna bilər. Bax, budur bizim siyasətimizin əsas istiqamətləri. Bu siyasət konkret nəticələrə gətirib çıxarır. Azərbaycanda heç vaxt gəmiqayırma zavodu olmamışdı. Gəmi təmiri zavodu olmuşdu, gəmiqayırma olmamışdı. Biz xaricdən asılı idik.

Prezident çıxışında onu da əlavə edib ki, biz Azərbaycanı bütövlükdə nəqliyyat, logistika mərkəzinə çevirmək üçün çox fəal işləyirik. 

“Avtomobil yolları tikilir, Bakı-Gürcüstan sərhədi avtomobil yolu istifadəyə verilib, Bakı-Rusiya sərhədi avtomobil yolunun böyük hissəsi tikilib. Bakı-İran sərhədi avtomobil yolunun tikintisi davam edir. Yəni, avtomobil yolları, dəmir yollarının reabilitasiyası, tikintisi, dəniz nəqliyyatı, gəmiqayırma zavodu, ticarət limanı, aviasiyamız, xüsusilə yük aviasiyamız inkişaf edir. İndi bizim böyük yük təyyarələrimiz var. Yeddi aeroport tikilib, onlardan beşi beynəlxalq aeroportdur. Artıq o aeroportlardan sərnişinlər başqa ölkələrə uçurlar. Azərbaycan bu mərkəzdə, bu regionda hava nəqliyyatı, hava yük nəqliyyatı üzrə liderliyini təmin edir.

Bir sözlə, bütün bu işlər artıq deməyə əsas verir ki, biz öz nəqliyyat infrastrukturumuzu ən müasir səviyyədə yaratmışıq, işlərin böyük hissəsi artıq başa çatıb. Bu liman çatışmayan bir seqment, element idi. Biz indi onu da istifadəyə veririk. Tam gücü ilə iki il bundan sonra çalışacaqdır. O vaxta qədər biz yeni yükləri Azərbaycana gətirməliyik. Burada çox düşünülmüş tarif siyasəti aparılmalıdır ki, tərəfdaşlarımız Azərbaycan üzərindən yükdaşımalarını daha da böyük həcmdə göndərsinlər və biz də bundan fayda görək.

Eyni zamanda, görülən bütün bu işlərin məqsədi Azərbaycanı daha da gücləndirməkdir, Azərbaycanın önəmini artırmaqdır. İki gün bundan əvvəl təməlini qoyduğumuz “Cənub” qaz dəhlizi ölkəmizin önəmini böyük dərəcədə artıracaq. Çünki biz Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində çox böyük addım atmışıq. Azərbaycan bu istiqamətdə əvəzolunmaz ölkəyə çevrilir.

Bu limanın tikintisi də bizim önəmimizi artırır. Çünki Xəzər dənizində buna bənzər ikinci liman yoxdur və bu liman bizim iqtisadi gücümüzü artıracaq. İqtisadiyyat da artır, inkişaf edir. Bu yaxınlarda dünyanın iqtisadi məsələlərlə məşğul olan ən mötəbər Forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Biz bir pillə də artmışıq və dünya miqyasında bu sahədə 38-ci yeri tutmaq əlbəttə ki, böyük nailiyyətdir, böyük uğurumuzdur”.

Dövlət başçısı daha sonra görüləcək işlərdən, qarşıya qoyulan planlardan söz açıb:

“Ölkəmiz inamla irəliyə gedir, bizim konkret planlarımız var, bu planlar reallaşır. Bugünkü hadisə bir daha onu göstərir ki, bizim nəzərdə tutduğumuz bütün məsələlər keyfiyyətlə, vaxtında icra edilir. Eyni zamanda, bu limanın tikintisi beynəlxalq əməkdaşlığın təzahürüdür. Bu böyük, nəhəng infrastruktur obyektinin layihələndirilməsini Hollandiya şirkəti icra edib. Əlbəttə, bu, bizə şərait yaradır ki, Azərbaycan belə gözəl infrastruktur imkanlarına malik olsun.

Azərbaycanda beynəlxalq əməkdaşlıq sürətlə inkişaf edir. Əgər enerji sahəsində beynəlxalq əməkdaşlıq olmasa idi, biz öz zəngin neft-qaz resurslarımızı dünya bazarlarına çıxara bilməzdik. Azərbaycan investisiyalar üçün açıqdır. Azərbaycanda minlərlə xarici şirkət fəaliyyət göstərir, işləyir, dövlətdən kontraktlar alır, o kontraktları icra edir. Bizim xarici şirkətlər qarşısında qoyduğumuz əsas şərt keyfiyyətdir və ən müasir standartlardır. Biz burada bunu görürük. Ona görə, bu limanın layihələndirilməsində, tikintisində iştirak etmiş bütün şirkətlərə, insanlara, həm xarici vətəndaşlara, Azərbaycan vətəndaşlarına minnətdarlığımı bildirirəm. Əminəm ki, limanın fəaliyyəti uğurlu olacaq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar