Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mirşahinin zühuruna hazır olun!” – Həftənin sitatları


Anar Gəraylı: “O məktubu doğrudan Mirşahinin yazmadığını görmürsünüz?”.


ANS kollektivi: “ÜMİD YERİMİZ ULU ÖNDƏR! .... Sizə Əbədiyyət Adamı kimi üz tuturuq. Qiymətinizə yenə və daha çox ehtiyacımız var! Son sözü Siz deyin. Qoy adınız və ruhunuz köməyimiz olsun!”.

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının prezdenti İlham Əliyev: “1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft sənayesində yeni dövr başlayıb”.

ABŞ prezidenti Donald Tramp: “Mən Rusiyaya görə çox təqyiqlə üzləşirdim. Artıq bu aradan qaldırıdı”.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan: “Gecə-gündüz yürüməyə davam edəcəyik. Əmanəti bu günlərə qədər daşıyan könül yoldaşım Binəli Yıldırım bəyə təşəkkür edirəm. Üzərimizdəki spekulyasiyalara yenə seçki sandığında cavab verəcəyik. Dayanmaq yoxdur, çalışacağıq”.

Rusiya prezidenti Vladimir Putin: “Dövlət Departamentinin razılığı olarsa, Moskva Lavrovla Ttampın görüşünün audioyazısını Konqressə təqdim etməyə hazırdır”.

Fransanın prezidenti Emmanuel Makron: "Mənim mandatım fransızlara özlərinə əminliyi geri vərəcək”.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev:Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Ancaq Azərbaycan bir çox dövlətlərin, siyasi dairələrin maraq dairəsindədir, şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var"

ABŞ Milli Təhlükəsizlik Agentliyinin və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general Maykl Heyden: “Seçkiyə bir neçə gün qalana qədər mən Tarmpın Vladimir Putinə qəribə bağlılığını özüm üçün aydınlaşdırmaq istəyirdim. İndi, 6 aydan sonra mənə aydındır ki, Tram Putin üçün o adamdır ki, ruslar o, adamlar barədə “sərfəli axmaq” ifadəsini işlədirlər”.

Gənclər və idman naziri Azad Rəhimov:Azərbaycan idmançıları-istər kişi, istərsə də qadın idmançılarımız Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında möhtəşəm çıxış edirlər”.

ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli: “Öz qəddar hərəkətlərinə görə əsas məsuliyyəti Əsəd özü daşıyır. Lakin onun müttəfiqləri olan İranRusiyanın üzərinə də ağır yük düşür. Rəsmi Tehran və Moskva şərait yaradırlar ki, Əsəd insanları oğurlayıb işgəncə versin, məhkəməsiz öldürsün, “çəllək” bombaları və kimyəvi silahdan istifadə edərək hava zərbələri endirsin. Digər ölkələr Suriya rejiminin törətdiyi dəhşətləri etiraf edir. Artıq Rusiyanın bu ölkələrin sırasına qoşulmaq vaxtı çatıb”.

Rusiya XİN-nin mətbiat katibi Mariya Zaxarova: “ÜAK federal qanunvericiliyinin çoxsaylı pozuntularına görə ləğv edilib. Bu qərarın Azərbaycana qarşı qeyri-dost addım kimi qiymətləndirilməsi qəribədir”.

Ağ Evin mətbuat katibi Şon Spayser: Prezident Trampla Lavrovun görüşünün ruslar tərəfindən səsqeydinin aparılmasından Ağ Evin xəbəri yoxdur”.

Analitik Hüseynbala Səlimov:Rusiyanın demoqrafik göstəriciləri onun coğrafi ölçülərinin fonunda gülünc dərəcədə kiçikdir və bu, rusların “yaralı” yeridir...”. 

Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər: “Çox da o qara oğlan İslamiyyə Oyunlarında xaç çevirib, İslamiada keçirilibsə, multikulturistlik nəzəriyyəsinə uyğun olaraq, 2018-ci ildə Xristianiada, 2019-cu ildə Yəhudiada, 2020-ci ildə Krişnaiada, 2021-ci ildə Bəhaiiada, 2022-ci ildə də Vusal Mamedovun şərəfinə Ateistiada və bu minvalla, hər il bir dinin, dinsizliyin şərəfinə bu yarışlar keçirilməlidir. Əks halda, digər din mənsubları bizdən inciyər, bizim üçün də o illər islami bədii gimnastikasız darıxdırıcı keçər. Azad müəllim, ilk dəfə səndən bir xahiş edirəm, nəzərə al”.

Milli Azadlıq Hərəkatının lideri mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov:Azərbaycan müxalifəti çörəklə imtahana çəkildi”.

Helsinki komissiyasının həmsədri konqresmen Kristofer Smit:  Moskva güc yolu ilə suveren əraziləri işğal edib, başqa ölkələrə qarşı taktiki nüvə silahını tətbiq edəcəyi ilə hədələyib. ABŞ-ın və onun müttəfiqlərinin hərbi obyektlərini izləyib, götürdüyü öhdəliklərə baxmayaraq, şəffaflıqdan imtina edib. Bu, yolverilməzdir”.

Məşhur sovet və rus kino-teatr aktyoru, SSRİ-nin xalq artisti Valentin İosifoviç Qaft: “Bu dəhşətlidir. Dəhşətli odur ki, bütün bunlar indiyə qədər havadan asılı qalıb. Mən hər iki tərəfə (Ermənistana və Azərbaycana-red.) eyni cür yanaşıram. Əgər gələcəkdə də qan töküləcəksə, bu çox qorxuludur. Dözmək, həll yolu axtarmaq lazımdır. Ola bilər ki, nə vaxtsa müdrik insan tapılsın və hər şeyi düzəldə bilsin”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Əsl diplomat uşağına belə acıqlanır: "Özünü yaxşı apar, yoxsa durub, sənin təhlükəsizliyinə təhdidlər yaradaram”.

Avropa İttifaqı: “Münaqişənin hərbi yolla həlli yoxdur, beynəlxalq hüquq normalarına uyğun olaraq tez bir zamanda siyasi yolla həll olunmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini tam olaraq dəstəkləyir”.

Politoloq Şahin Cəfərli: “Nə qədər doğrudur bilmirəm, amma erməni mənbələrində Rusiyanın Azərbaycan hava məkanından istifadə edərək Ermənistana hərbi yüklər daşıdığı haqda informasiyalara rast gəldim”.

YAP-nın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov:Azərbaycanın nailiyyətləri müəyyən qüvvələrdə narahatlıq və qısqanclıq yaradır. Onlar Azərbaycanın uğurlarının üzərinə kölgə salmaq, həyata keçirilən siyasətə qara yaxmaq üçün canfəşanlıq edirlər. Ümumiyyətlə, bəzi şəxslərin siyasi səbatsızlığı onların peşə fəaliyyətinə də sirayət etməkdədir. Bu tip adamlar “hər dövrün adamı” olmaq xüsusiyyətinə malikdirlər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu:İlham Əliyev Səudiyyə Ərəbistanına səfərə getməklə doğru qərar verdi. Birincisi, ABŞ prezidenti ilə təmas imkanı olacaq, ikincisi, Rusiyaİrandansa həqiqi müttəfiqlərimizin yanında olmalıyıq”.

Yazar Aysel Əlizadə: Rusiyanın əlindən bir şəhərimizin adı gah Yelizavetpol, gah Kirovabad olub. İmkan ver, Gəncəmizi yaşayaq. Xanlıqlarımızı dağıtmısan, Cümhuriyyətimizi viran qoymusan, bəy nəsillərinin kökünü kəsmisən, az qalsın, məhv etmisən. Genimizi zədələmisən. Parçalamısan ölkəmizi. Zəngəzur, İrəvan, Dərələyəz, Dərbənd, Borçalı... Güneylə ayrılmağımıza səbəb olmusan. Qarabağımızı almısan. Azərbaycanın dağılması nə verəcək sənə bundan sonra? Tarixi yanlışlıq, başqa heç nə! Bu gedişlə öz ölkən də dağılar. Rusca vəziyyəti yaxşıya doğru dəyişmək zamanıdı. Ayıl!”.

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev: “Mirşahinin zühuruna hazır olun! Az qalıb! Yenə də şəkil çəkdirən siz olacaqsınız, əsas fon mən! Söz verirəm!”.
Azərbaycanın Xalq yazıçısı, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov:Konqres özü-özündən öldü. Biz öz günahımız, səhvlərimiz olan kimi başlayırıq ki, “ermənilərin işidir”. Yüz faiz doğrudur ki, ermənilər konqresin ləğvinə görə sevinirlər. Onlar gülürlər ki, Heydər Əliyevin yaratdığı o boyda təşkilatı gör nə günə salıblar. Bu, başqa məsələ. Amma onların nə işi var ki, bu məsələyə qarışsınlar? Konqresin nə fəaliyyəti var idi ki, ermənilər bununla məşğul olsun? Demək olar ki, konqres 5-6 ildir fəaliyyəti göstərmirdi. Təzə prezidentinsə müəyyən işləri görməyə vaxtı olmayıb”.

Milli Azadlıq Hərəkatının lideri mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov: “Əbülfəz Elçibəyin hakimiyyətinə, Azərbaycan dövlətinə qarşı dayanan dövlətlərin çeşidinə baxsaq, görərik ki, hakimiyyəti saxlamaq imkansız idi”.

“Musavat.com” saytının redaktoru Xalid Kazımlı: “Bu ölkədə ən çatışmayan şeylərdən biri də mərhəmətdir, bağışlama hissidir. Ədalət və mərhəmət çatışmazlığı olan ölkədə heç nə ola bilməz - nə demokratiya, nə azad seçki, nə insan haqları, nə də azad media...”.

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov: “Tənbəllik edirik. Ancaq ermənilər işləyirlər, özü də çox möhkəm. Özü də bu gün, dünən, srağagün yox, çoxdan işləyirlər. Onlar stəkanda fırtına yaradıblar. Xristian dünyasının yarıdan çoxu ermənilərə inanır, elə bilir ki, yer kürəsində ən zəif, ən yazıq bir millətdirlər və çox günahlarından keçmək lazımdır”.

Yazar Aysel Əlizadə: ““Sovet xoşbəxtliyi” eyforiyadan başqa bir şey deyildi. Qəbul et. Dağılandan sonra sıfırdan başlamalı olduq. El arasında daha bir misalımız var: “Vəziyyət ruscadı”. Yaxşı məna vermir. “Ruscadı” - yaxşı deyil anlamı verir. Bu xalq ömrü boyu rusca vəziyyətin nə demək olduğunu görüb”.

Analitik Hüseynbala Səlimov: “Məni ən çox təəccübləndirən, bilirsiniz, nədir? Böyük siyasətin bütün eybəcərliklərini əslində biz öz daxili siyasətimizdə, öz cəmiyyətmizə və siyasi opponentlərimizə münasibətdə tətbiq edirik. Amma bunu kənardan görəndə başlayırıq ki, bəs prinsip belə getdi, “ikili standart” o tərəfdən gəldi!..”.

ANS-in kollektivi: “ÜMİD YERİMİZ ULU ÖNDƏR! .... Biz Sizə burda, yanımızda olanda İlin Adamı dedik, bu adı bizdən alarkən ANS-i şərəfləndirmiş, bizə, obyektivliyimizə yüksək dəyər vermişdiniz. İndi isə Sizə Əbədiyyət Adamı kimi üz tuturuq. Qiymətinizə yenə və daha çox ehtiyacımız var! Son sözü Siz deyin. Qoy adınız və ruhunuz köməyimiz olsun!”.

YAP-nın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov: “Bizdə elə cəzalar var ki, ölüm cəzasından da sərtdir”.

Jurnalist Fərahim Qasımov: “Fransa mediasında gedən xəbərə görə, ölkənin yeni prezidenti Makronun geyindiyi kostyumun qiyməti 450-500 avrodur. First lady Brigitte Trogneux isə, geyimini kirayə götürüb... Bizdə Xətai rayon 82 saylı mənzil-kommunal istismar sahəsinin rəisinin geyindiyi corab bu qiymətədir”.

İqtisadçı ekspert Natiq Cəfərli:  “Belə görürəm İslamiadada bizimkilər bir ton medal alacaqlar, pulun olmayan vaxtı, gəl, indi bunlara bir vaqon mükafat ödə, sizə bu lazım idi?! İndi əsl vətənpərvər medal almaz ki, pul büdcədən çıxmasın, xeyir vətənə qalsın”.

MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov: “Mənə bir şey çatmır ki, qapalı keçirilən iclaslarda baş verənlər mətbuatda necə dərc olunur. Bu necə qapalı iclasdır? Mən burada adlar çəkəcəyəm, əgər onlardan biri mətbuatda dərc olunsa, aləm bir-birinə dəyər”.

“Qaynarinfo.az” saytının baş redaktoru Zahir Əzəzmət: “Mən həmişə fəxr etmişəm ki, aftava kimi milli sərvətimiz var”.

“Ümid” Partiaysının sədri İqbal Ağazadə: “Onlar sıradan adamlar deyil, qaçaq-quldur deyil. Onlar oğru və ya adam öldürən deyillər, dövlətin on illərlə təhlükəsizliyində dayanmış adamlardır”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Kainatda bizim bilmədiyimiz çox şey var. Amma din bildiyimiz şeydir. Bilirik ki, yalandır”.

Əməkdar artist Zöhrə Abdullayeva: “Bu dəqiqə ölmək istəyirəm. Həyatı anlayanda, həyatdan köçür insan. Darıxıram, çox darıxıram. Arzum odur ki, oğlumun canı sağ olsun. Tək istəyim budur. İllər keçdikcə insan müdrikləşir”.

“Repot”un əməkdaşı İlkin Pirəli: “5-6 subay gənc jurnalistə iki otaqlı bir mənzil verilsin. Həmin gənclər qarşılıqlı anlaşma şəraitində o evdən istifadə etsinlər. Ümid edirəm, təklifimi hökumət qəbul edəcək”.

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev:  “Yanılırsınız "marallar!" ANS-i hakimiyyət yox, kütləvi laqeyidlik bağlayıb!”.

Tanınmış jurnalist Azər Sarıoğlu: “ Həzrət Abbasa və Leninin qəbrinə məktub yazan xalq dəyişməyibmiş”.

ANS-in kollektivi: "Böyük Dostumuz və Liderimiz! Əziz Heydər Əliyev! Sizə rəhmət olsun! Ruhunuzu narahat etdiyimizə görə üzr istəyirik. Amma başqa çıxış yolumuz qalmadı. Özünüz bizə dəfələrlə tapşırmışdınız ki, bir çətinliyə düşsək, sizə müraciət edək. İndi məhz o zamandır. Bizi ürəkləndirən odur ki, həmişə ANS-i qiymətləndirmisiniz, qorumusunuz, ən çətin vaxtlarımızda arxa olmusunuz”.

Jurnalist Anar Gəraylı: “Yəqin, Azərbaycanda ən az naxçıvanlı ASAN Xidmətdədi. Niyə? Çünki ASAN-da tapşırıqla işə götürmürlər. Ən azı, kütləvi deyil”.

Əməkdar artist Elnarə Abdullayeva: “ Mənim üçün toya getməmək problem deyil. Toy olmayacaq, sənətdən uzaqlaşıb, mal-qara saxlayacam, normal həyatımı yaşayacam. Yəni hər günümüzə şükür etməliyik. Allah nəyi nəsib edirsə, ona da qane olmalıyıq”.  

“Yenicag.az” saytının baş redaktoru Aqil Ələsgər: “25 il sonra asqırıb ayılıb, Çingiz Mustafayevin ruhuna sataşmaq, o zaman hansısa gərgin situasiyada dediyi sözlərə görə, şəhidi "razborka"ya çəkmək çox çirkindir. Dünən qardaşının televiziyasında boy göstərmək üçün sıraya girənlərin bu addımı adamı iyrəndirir. Şəhidə, milli qəhrəmana münasibət gücə nisbətli olmamalıdır. ANS səhv edib, cəzasını da çəkir, fəqət bundan Çingiz zərər görməməlidir. Şəhid toxunulmazdır. Cənnətə daş atmayın!..”.

Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Mail Yaqublu: “Əgər bir politoloq Azərbaycanda və dünyanın hər hansı bir yerində bunu inkar etsə ki, İŞİD ABŞ-ın layihəsi deyil, mən ona sadəcə gülərəm”.

Deputat Əli Məsimli: “Beynəlxalq Bank ətrafındakı problemlərin həllinin uzanması bu bank üçün bütün məsuliyyəti öz üzərinə götürən dövlət üçün əlavə problemlər yaradacaq və əlavə xərclər tələb edəcək. Bu da büdcəyə və ölkənin maliyyə durumuna, maliyyə-bank sisteminə mənfi təsir göstərəcək”.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov: “Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK ) qeydiyyatının ləğvi onu göstərir ki, Rusiyada yaşayan, ona sığınan insanların hüquqları qorunmaya da bilər”.

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev:  “Sabah qarşınızda olacam. Qabağımda əliyalın olacaqsınız! Söz verirəm: Heç birinizə rəhm etməyəcəm! Hesabla bu qədər sadəlövh olmamalıdır axı adam! Yəni sizə doğurdan da elə gəlir ki, məni dəfn etmisiniz?!”

Yazar Aysel Əlizadə: Avropa Birliyi dağılsa, ölkələr sıfırdan başlamalı olmayacaqlar. İki yerə parçaladığın Almaniyanın bu gün elə bir brendi yoxdu ki, Rusiya onunla rəqabətə girə bilsin. Koreyanın Rusiyaya bağlanan hissəsinə baxın, ABŞ-la qalan hissəsinə. “Kimlər” nəslinin şəklindən başqa bir şey yoxdu Şimali Koreyada. Olmur əzizim, bir əlin bu ölkədə, bir əlin o birində inkişaf etmək olmur”. 

“Musavat.com” Saytının redaktoru Xalid Kazımlı: “Ancaq Mirşahin də gərək “qoy ANS açılsın, görəcəksiz” təhdidi sovurmayaydı. Qarabağ qazisi Oruc Məmmədəliyevin tutdurulması vaqiəsi onsuz da yaddan çıxmır”.

Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Mail Yaqublu: “Əgər siz Tanrıya inanırsınızsa, onun ədalətinə də inanmalısınız. Ədalətsiz Tanrıya inanmaq əslində Tanrını inkar etmək deməkdir. Tanrı ədalətlidirsə, bu qədər haqsızlıqların cavabsız qalması mümkün deyil. Mütləq şəkildə ölümdən sonra həyat olmalıdır. Bunu yunan alimləri Platon da, Pifaqor da deyib. Ruh ölmür”.

Politoloq Şahin Cəfərli: Mariya Zaxarova Ümumrusiya Azərbaycan Konqresinin bağlanması ilə bağlı Azərbaycan XİN-in bəyanatına sərt reaksiya verib. Cəbhədə mayın 15-də baş vermiş hadisədə isə Azərbaycanı günahlandırıb.Mən ÜAK məsələsinə ciddi əhəmiyyət verərək uzaqgedən nəticələr çıxarmağın yanlış olduğunu düşünürdüm, amma deyəsən, bu dəfə nələrsə baş verir...”.

Tanınmış jurnalist Azər Sarıyev: “Ərəblər özlərindən sonrakı bütün işğalçılardan güclü imiş. Möhvumat toxumunu necə tutuzdurublarsa, 1300 ildir xalqın genindən çıxmır”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Oruc tutmağa hazırlaşan vurağan yoldaşlar son 5 günü hər gün içəcək. Göz doysun...”.

Jurnalist Anar Gəraylı: O məktubu Mirşahinin yazmadığını görmürsünüz doğrudan?”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar