Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mixail Qorbaçov bütün əməllərinə görə məhkəmə qarşısında cavab verməlidir”


Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar şəhidləri anılıb


PİA.AZ APA-ya istinadən xəbər verir ki, hər il olduğu kimi bu ildə səfirliyə gələn rəsmi qonaqlar, xarici ölkələrin səfirləri, hərbi-attaşelər Heydər Əliyevin xatirəsinə ucaldılmış barelyefin qarşısına əklil qoyaraq Azərbaycan xalqına başsağlığı veriblər.

Səfirliyin foyesində  faciə qurbanlarının adlarını əks etdirən tablo nümayiş olunub. Tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında ingilis və rus dillərində məlumat verilib.
 
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, bu kütləvi cinayətin səbəbkarı əlbəttə ki, sovet rəhbərliyi və onun əmrini icra edən sovet ordusu olub: "Faciənin qurbanları isə Azərbaycan xalqı ilə bərabər Bakıda yaşayan digər xalqlar olub. Tanınmış dövlət xadimlərindən Sovet İttifaqının rəhbərliyini törətdiyi cinayətə görə ittiham edənsə, ilk dəfə ümummilli lider Heydər Əliyev olub. O, səfirliyin binasındakı öz cəsarətli çıxışı ilə Azərbaycan xalqının yaddaşında qalıb".
 
Diplomat Azərbaycanın bu cinayəti müasir demokratik Rusiya ilə əlaqələndirmədiyini də vurğulayıb: "Bu, son günlərini yaşayan Sovet rəhbərliyinin cinayəti idi". 
 
Ümumrusiya Azərbaycan Konqresinin prezidenti, professor Fazil Qurbanov isə çıxışında ÜAK adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. O, bu faciənin heç bir zaman Azərbaycan xalqının yaddaşından silinməyəcəyini bildirib.
 
Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev də Azərbaycan xalqına başsağlığı verib: "Mən dəfələrlə Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edəndə orada yatanların üzünə baxmışam. Çox cavan insanlar o zaman həlak olublar. Bu, o deməkdir ki, onların uşaqları və nəvələri doğulmayıb. Bizim sizinlə əsas vəzifəmiz tarixdə belə vəhşi cinayətin bir daha təkrarlanmaması üçün bütün səyləri göstərməkdir. Bu faciə və digər vəhşiliklər öz qiymətini almalıdır. Fikrimcə, Mixail Qorbaçov bütün əməllərinə görə, məhkəmə qarşısında cavab verməlidir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar