Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Moskva Azərbaycandan təminat almaq istəyir”



Ərəstun Oruclu: “Generalitet blokunu təmsil edən Rusiya rəsmilərinin Azərbaycana səfərlərindən yaxşı bir şey gözləmirəm...”


Rusiya Təhlükəsizlik Şurasının katibi, general Nikolay Patruşev Azərbaycana gəlib. 

Səfərin məqsədləri barədə mətbuata artıq bəzi bilgilər verilib. Ancaq yüksək çinli Rusiya rəsmisinin məhz bu ərəfədə Bakıya gəlməsi ətrafında müxtəlif fikirlər səslənir. 

Xüsusilə də mayın 21-22-də Avropa İttifaqının Şərq Tərəfdaşlığına üzv ölkələrin Riqa sammitinin keçiriləcəyini nəzərə alsaq, güman etmək olar ki, Moskva Bakının bu tədbirdə hansısa “təhlükəli” addımlar atacağından ehtiyatlanır. Qeyd edək ki, artıq Bakıya hansısa ad altında Avropa İttifaqı ilə sazişi imzalamaq çağırışı edilib. Odur ki, Rusiyanın bunu nəzərə almaması mümkün deyil. 

Lakin digər versiyalar da səslənir. Səfərin Moskvada keçirilən “Qələbə bayramı” mərasimlərindən dərhal sonra reallaşması da medianın diqqətindən yayınmayıb. Hesab olunur ki, Azərbaycan hakimiyyəti ilə Qərb arasında gərginliyin pik həddə çatdığı vaxtda Patruşevin Bakıya səfəri təsadüfi deyil. Administrasiya rəsmisi Novruz Məmmədovun Qərbi kəskin tənqid etməsi, eyni zamanda “Azərbaycanı Suriyaya çevirmək istəyirlər” deməsindən sonra Kremlin Bakıya “öz köməyini” təklif edəcəyi də gələn xəbərlər arasındadır. 

“Patruşevin səfəri daha çox ikitərəfli münasibətlərə aiddir. Nəzərə alsaq ki, əslində normal ölkələr arasında ikitərəfli münasibətlər daha çox xarici işlər nazirləri və yaxud xarici işlər nazirlikləri səviyyəsində müzakirə olunmalıdır. Amma Rusiyanın istər Azərbaycanla, istər digər qonşuları ilə bağlı siyasətində daha çox güc faktoru üstünlük təşkil edir. Rusiya siyasətində təzyiq, təhdid, hədə kimi vasitələrdən çox geniş istifadə edilir. Ona görə də keçmiş FSB direktorunun, yaxud da bugünkü Təhlükəsizlik Şurası katibinin Azərbaycana səfəri və yüksək ehtimalla ikitərəfli münasibətlərin müzakirəsi heç də təsadüfi deyil”.

Bu fikirlərin müəllifi, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun sözlərinə görə, ola bilər ki, səfərlə bağlı bizim bilmədiyimiz məqamlar da var: “Amma hər halda, yüksək ehtimalla, belə bir ranqda Rusiya rəsmisinin Azərbaycana səfəri ikitərəfli münasibətlər məsələsinə həsr olunub. İstisna olunmur ki, danışıqlarda Azərbaycanın daxili siyasətində hansısa məqamlarla bağlı Rusiyanın tələblərini və ya mesajlarını çatdırsın. Məsələn, hamımızın yadındadır ki, 2005-ci il parlament seçkiləri ərəfəsində Rusiya xarici kəşfiyyat xidmətinin direktoru Lebedev Azərbaycana gəlmişdi. Onun səfərinin ardınca ölkədə bir neçə yüksək çinli məmur, o cümlədən Əli İnsanovla Fərhad Əliyev həbs olundu. Ola bilər ki, Patruşev də buna bənzər məqsədlə gəlib. Hər halda, generalitet blokunu təmsil edən Rusiya rəsmilərinin Azərbaycana səfərlərindən yaxşı bir şey gözləmirəm”. 

Ekspert şübhə etmir ki, Azərbaycandakı anti-Rusiya meyllərinə qarşı sərt mövqenin qoyulması tələbi və ya istəyi də danışıqların predmeti ola bilər: “Onu da istisna etmirəm ki, Azərbaycan hakimiyyəti Rusiyanın bu tip tələblərini həmişə can-başla yerinə yetirib”. 

Oruclu Rusiya rəsmisinin səfərinin Şərq Tərəfdaşlığına üzv ölkələrin Riqa sammiti ərəfəsinə təsadüf etməsinə də fərqli prizmadan yanaşır: “Rusiyanın Riqa sammitinə münasibəti aydındır. İndi Azərbaycandan da təminat almaq istəyirlər ki, Bakı hansısa sazişə imza atmasın”. 

Politoloq Hikmət Hacızadə  səfər müzakirələrinin daha çox Riqa sammitinə həsr olunacağını gözləyir. Ekspertin fikrincə, RusiyaAzərbaycan Riqa sammiti ilə bağlı birgə mövqe axtarır.

Müsavat başqanı Arif Hacılı qeyd etdi ki,Azərbaycan hakimiyyətinin son zamanlar Rusiya ilə bağlı siyasəti xüsusi narahatlıq doğurur: “Putinin keçmiş SSRİ məkanına, o cümlədən Azərbaycana ərazi iddialarına rəsmi cavab verilməməsi, Azərbaycan televiziya kanallarında Qərb və ABŞ əleyhinə təbliğatın Rusiya KİV ləri ilə eyniyyət təşkil etməsi, indi Patruşevin Azərbaycana səfəri,Azərbaycan hakimiyyətinin Rusiya qarşısında təslimçi siyasətinin əlamətləridir. Bu siyasət Azərbaycan üçün heç də uğurlu prespektiv vəd etmir”.  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar