Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Moskva anlamalıdır ki, regional siyasətindən ciddi narazılıq var”


Bu gün həm Qüdrət Həsənquliyev, həm də Fazil Qəzənfəroğlu Milli Məclisin iclasında Rusiyanın siyasətini tənqid ediblər


Bildirilib ki, Ermənistanla hərbi müttəfiqliyini daha da dərinləşdirən Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır.

Bu və ya digər məqamlarla bağlı Strateq.az-a açıqlama verən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya həqiqətən təhlükəli qonşudur və belə bir dövlətlə normal münasibətlərin davamına çalışılmalıdır:

"Ancaq bu demək deyil ki, rəsmilərimiz Rusiyanı tənqid etməməli, heç olmazsa yumşaq şəkildə “Rusiya işğalçı ölkədə “İsgəndər” raketlərini yerləşdirməklə, Ermənistanla birgə qoşun birlikləri yaratmaqla Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsizliyinə kölgə salır” ifadəsini səsləndirməməlidirlər. Əgər rəsmilər deyə bilmirlərsə, bu tip fikirlər heç olmazsa parlamentdə səslənməlidir. Bu gün həm Qüdrət Həsənquliyev, həm də Fazil Qəzənfəroğlu Milli Məclisin iclasında Rusiyanın siyasətini tənqid ediblər. Bildirilib ki, Ermənistanla hərbi müttəfiqliyini daha da dərinləşdirən Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır. Haqlı tələbdir".

Politoloqun sözlərinə görə, bu cür tənqidlər daima səslənməlidir:

"Moskvada anlasınlar ki, Azərbaycanda Rusiyanın regional siyasətindən ciddi narazılıq var. “Azərbaycanda 90 min şagird rus dilində təhsil alır” raportlarını verməklə deyil e, şimal qonşumuz Ermənistanda bundan dəfələrcə az rus dilində təhsil alan topluma dəstək verir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar