Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Moskva bunu etsə, Azərbaycanı birdəfəlik itirər”


Rusiyalı politoloq: “Qarabağda yeni müharibənin olacağı çox da inandırıcı deyil"


"Kiçik qarşıdurmaların olması mümkündür, lakin real olaraq böyük müharibədən danışmaq tezdir"

"Çünki bu müharibə nə Azərbaycana, nə Ermənistana, nə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə sərf etmir. ABŞAvropanın müharibəni niyə istəməməsi aydındır. Rusiyanın özü də regionda yeni münaqişə istəmir”.

Bunları rusiyalı politoloq Vadim Dubnov deyib.

Onun sözlərinə görə, Rusiyanın Qarabağa sülhməramlı çıxarması mümkündür: “Lakin bu Moskvanın Azərbaycanı birdəfəlik itirməsi ilə nəticələnə bilər. Bunu Kreml istəmir. Bakının sülhməramlıların Qarabağa daxil olmasına icazə verməsi də inandırıcı deyil. Ən azından Rusiya bunun əvəzində ona ciddi vəd verməlidir. Halbuki, Moskva belə bir vəd verə bilmir”.

V. Dubnov qeyd edib ki, təmas xəttində artilleriyanın işə düşməsi yaxşı hal deyil: “Lakin fikrimcə, münaqişəyə nəzarət olunur. Sadəcə olaraq, hazırki status-kvo Azərbaycana sərf etmir və o, dünyanın diqqətində bu məsələni daim gündəmdə saxlamağa çalışır. Ermənistana gəlincə, Serj Sərkisyan müharibə ritorikası ilə məşğuldur. Eyni zamanda, o, təkcə Ermənistanın mövqeyini nümayiş etdirmir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həmçinin, Rusiyanın deyə bilmədiklərini də dilə gətirir. Yəni Moskva özünü birbaşa demək istəmədiklərini Sarkisyanın dili ilə söyləyir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar